Məhkəmə qərarları › İş №2(014)-893/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-893/2023

02.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-893/2023 02.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi2, Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs4 iştirakları ilə Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilərin və ailə üzvlərinə Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 saylı qərarı ilə 0,14 hektar ölçüdə kənd həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-002A, KOD 90316018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən rəsmiləşdirilmişdir. X6 04 yanvar 2008-ci ildə X11 ilə rəsmi nikah qeyd etdirməklə evlənərək “Moluşova” soyadını qəbul etmişdir. Həmin JN-002A, KOD 90316018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi2 ata adı səhvən “Güleyxan” kimi, Ərizəçi1 adı səhvən “Lalə” kimi qeyd edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişlər. Lakin idarədən onlara hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən olunması məhkəmə orqanlarına məxsus olması bildirilmişdir. Hazırda həmin buraxılmış yalnışlıqları hər hansı bir formada düzgün qeyd etdirə bilmirlər. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Məhkəmə iclasında Ərizəçi2 ərizədə göstərilənləri müdafiə edərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs4 ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, Ərizəçi1, maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Ərizəçi1, maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi2, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs4 izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək göstərdi ki, ərizəçilər onun qonşularıdır. Ərizəçilərin adına dövlət tərəfindən torpaq sahəsi verilmişdir. Lakin həmin torpağın sənədlərində ərizəçilərin adı və ata adları səhv yazılmışdır. Nizaminin atasının adı Cüleyxan olmuşdur. Həmçinin, Jalənin adı səhvən Lalə kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 da özündən əvvəl ifadə vermiş şahid X9 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli, № 3- 21-3-35/2-İ-0029/2023 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan 7 oktyabr 1963-cü il tarixdə Ağdaş rayonu VVAQ bürosu tərəfindən verilmiş АЗ № 461821 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1958-ci il tarixdə ünvan 1ində doğulmuş, atası ---, anası X8r. İşin materiallarında olan 29 aprel 1984-cü il tarixdə Ağdaş rayonu Pirəzə kənd XDS icraiyyə komitəsi tərəfindən verilmiş X-ЖГ № 254683 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1984-cü il tarixdə ünvan 1ində doğulmuş, atası X12, anası X4r. İşin materiallarında olan 04 yanvar 2008-ci il tarixdə Ağdaş RİHB-nın Pirəzə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 374102 nömrəli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X1 Yeganə Nizami qızı ilə 04 yanvar 2008-ci il tarixdə 1 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Moluşov, arvada Moluşova soyadı verilmişdir. İşin materiallarında olan 24 avqust 1979-cu il tarixdə Ağdaş rayon Pirəzə kənd coveti tərəfindən verilmiş İİ-ЖГ № 250461 nömrəli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İbrahimov X2 Xuraman Cümşüd qızı ilə xx xxxxx 1958-ci il tarixdə 13 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə İbrahimov, arvada İbrahimova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN- JN-002A, KOD 90316018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 Güleyxan oğlu, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs6, Maraqlı şəxs3, Maraqlı şəxs4, X18 və Maraqlı şəxs5 mülkiyyətinə ünvan 1indən 0,14 hektar fərdi yaşayış evi, həyətyanı səhə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılı təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1984-cü il tarixdə ünvan 1ində doğulmaqla, ünvan 1i ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1958-ci il tarixdə ünvan 1ində doğulmaqla, ünvan 1i ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında Ərizəçi2, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs4, şahidlərin izahatlarından və mülki işin materiallarından müəyyən olundu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 20 avqust 1998-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN-002A, KOD 90316018 saylı Şəhadaətnamədə texniki səhv olaraq ərizəçilər Ərizəçi2 ata adı “Cüleyxan” əvəzinə səhvən “Güleyxan”, X13 adı “Jalə” əvəzinə “Lalə” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçilərin adları sənəddə göstərilən adları onların şəxsiyyətlərini təsdiq edən sənəddəki adları ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli, 16 saylı qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair JN- 002A, KOD 90316018 saylı Şəhadətnamənin Ərizəçi2, Ərizəçi1, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, İbrahimova (Moluşova) Yeganə Nizami qızı, Maraqlı şəxs6 və Maraqlı şəxs5 Nizami qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli, 16 saylı qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-002A, KOD 90316018 saylı Şəhadətnamənin Ərizəçi2, Ərizəçi1, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, İbrahimova (Moluşova) Yeganə Nizami qızı, Maraqlı şəxs6 və Maraqlı şəxs5 Nizami qızına məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar