Məhkəmə qərarları › İş №2(014)-894/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-894/2023

11.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-894/2023 11.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Maraqlı şəxs, eyni zamanda ərizəçinin nümayəndəsi Maraqlı şəxs2 iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin ailəsinə, yəni babası Maraqlı şəxs1 və ailə üzvlərinə Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli 01 nömrəli qərarı ilə 0,06 hektar ölçüdə həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-3746A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən rəsmiləşdirilmişdir. Həmin JN-3746A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə onun, yəni Ərizəçi soyadı, adı və cinsiyyəti səhvən “X3” kimi qeyd edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişlər. Lakin idarədən onlara hüquq müəyyənedici sənədlərin həmin şəxsə mıəxsus olması faktının məhkəmə orqanlarına məxsus olması bildirilmişdir. Hazırda həmin buraxılmış yalnışlıqları hər hansı bir formada düzgün qeyd etdir bilmir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Məhkəmə iclasında maraqlı şəxs, eyni zamanda ərizəçinin nümayəndəsi Maraqlı şəxs2 ərizədə göstərilənləri təsdiq edərək verilmiş torpaq sanədində qızının soyadı, adı və cinsinin səhv yazıldığını, onun ailə üzvlərində X3 adlı şəxs olmadığını bildirərək ərizənin təmin edilməsini xahiş etdi. Ərizəçi məhkəyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, ərizəçi tanıyır və ərizəçinin babası Maraqlı şəxs1 adına dövlət tərəfindən torpaq sahəsi verilmişdir. Lakin həmin torpaq sənədində ərizəçinin soyadı, adı və cinsi səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X1 da özündən əvvəl ifadə vermiş şahid X5 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli, **********28 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli 01 nömrəli qərarı ilə JN-3746A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Maraqlı şəxs1 və ailə üzvləri Maraqlı şəxs2, Maraqlı şəxs3 Mayis qızı, X3, Maraqlı şəxs4 mülkiyyətinə Ağdaş şəhəri ərazisində 0,06 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperstiv bağlar, dövlət baçılıq təsərrüfatını bağı verilmişdir. İşin materiallarında olan 02 aprel 2002-ci il tarixdə Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 2002-ci il tarixdə doğulmuş, atası Maraqlı şəxs2, anası Maraqlı şəxs3dır. İşin materiallarında olan 26 avqust 2000-ci il tarixdə Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Hacıyev X2 Günel Mayıs qızı ilə xx.xx.1976-cı il tarixdə 89 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2002-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsi, eyni zamanda Maraqlı şəxs2 izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi babası Maraqlı şəxs1 mülkiyyətinə Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli 01 nömrəli qərarı ilə JN-3746A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə texniki səhv olaraq mülkiyyətçinin soyadı, adı və cinsi “Ərizəçi” əvəzinə “X3” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçinin sənəddə göstərilən soyadı, adı və cinsi onun şəxsiyyətini təsdiq edən sənəddəki soyadı, adı və cinsi ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Maraqlı şəxs1 və ailə üzvləri Maraqlı şəxs2, Maraqlı şəxs3 Mayis qızı, X3, Maraqlı şəxs4 verilmiş Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli 01 nömrəli qərarı ilə JN-3746A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Maraqlı şəxs1 və ailə üzvləri Maraqlı şəxs2, Maraqlı şəxs3 Mayis qızı, Ərizəçi, Maraqlı şəxs4 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Maraqlı şəxs1 və ailə üzvləri Maraqlı şəxs2, Maraqlı şəxs3 Mayis qızı, X3, Maraqlı şəxs4 verilmiş Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 05 yanvar 2006-cı il tarixli 01 nömrəli qərarı ilə JN-3746A KOD 90301004 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Maraqlı şəxs1 və ailə üzvləri Maraqlı şəxs2, Maraqlı şəxs3 Mayis qızı, Ərizəçi və Maraqlı şəxs4 məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar