Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-91/2021 19.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh “xxxx” ASC-in nümayəndəsi M.Məmmədovun iştirakı ilə İddiaçı “xxxx” ASC-yə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqan “xxxx” ASCnin X1 qaydalarının pozulması haqqında aktına əsasən, qanunsuz olaraq hesablanaraq onun abonent koduna vurulmuş 260,64 manat pulun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Ağdaş rayonunun Hapıtlı kəndində özünə məxsus evdə yaşayır. Yaşayış evinin elektrik sayğacı həyətin küçə tərəfində quraşdırılmışdır. Yaşadığı evə quraşdırılımış elektrik sayğacı üzrə sərf etdiyi elektrik enerjisinə görə borcunu vaxtlı-vaxtında ödəmişdir. Quraşdırılmış elektrik sayğacına ayda bir dəfə həmin ərazinin nəzarətçisi tərəfindən mütəmadi baxış keçirilmiş, istifadə olunan elektrik enerjisinə görə hesabat-bildirişi ona təqdim edilmişdir və sayğacda hər hansı nasazlığın olması barədə ona məlumat verilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, sayğacın DSM möhürü yoxdur,hesab mexanizminin rəqəmlərində müdaxilə cızıqları vardır. Ona görə də həmin sayğacı dəyşdirərək yenisi ilə əvəz etmişlər və çıxarılmış sayğacı yoxlanılması üçün özləri ilə aparmışlar. Bir müddət əvvəl ona məlum olmuşdur ki, xx xxxxxx 2020-ci il tarixli, 178553 saylı aktla ona sayğaca müdaxilə nəticəsində 260,64 manat elektrik enerjisi itirildiyindən həmin məbləğ onun abunə koduna vurulmuşdur.O, bütün bunlara aydılıq gətirmək məqsədi ilə cavabdeh orqanın Ağdaş Elektrik şəbəkəsində olarkən oradan ona həmin aktın surətini və abunə haqqında saldonu verməklə kifayətlənmişlər. Bildirir ki, həmin elektrik sayğacına tərəfindən hər hansı formada müdaxilə olunmamışdır. Bundan əlavə onun evinə quraşdırılmış elektrik sayğacı həyətimin divarından çöldə, yəni küçə tərəfdə quraşdırıldığından ona nəzarət etmək iqtidarında olmamışdır. Həmin sayğaca bildiyinə görə nəzarəti cavabdeh orqanın təyin etdiyi nəzarətçi həyata keçirməlidir. Ona görə də hesab edir ki, həmin akt cavabdeh orqanın əməkdaşları tərəfindən qanunsuz olaraq tərtib edilmiş və həmin akta əsasən 260,64 manat itirilmiş enerjisinin dəyəri qanunsuz olaraq hesablanaraq onun abunə koduna vurulmuşdur ki, bu da istehlakçı kimi onun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd etmək istəyir ki, sayğac evinin həyətindən kənarda yerləşdiyi yəni küçədə qurraşdırılmış hər hansı bir qoruyucu qutuda olmadığı üçün onun zədələnməsinə görə nə o, nə də ki, onun ailəsi məsuliyyət daşımır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh “xxxx” ASC-in nümayəndəsi M.Məmmədov məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə xxxx ASC-nin təsisi etdiyi “Mərkəzi Aran”RETSİnin struktur tərkibində fəaliyyət göstərən X2 əməkdaşları tərəfindən Ağdaş rayonunun Hapıtlı kəndində yaşayan və fəaliyyət göstərən elektrik enerjisi istehlakçıları tərəfindən “EEİQ”-na riayət edilməsi vəziyyəti yoxlanarkən məişət abonenti İddiaçı məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. İddiaçıya məxsus fərdi yaşayış evindən kənarda yəni küçədə qurraşdırılmış hər hansı bir qoruyucu qutuda olmayan elektrik hesablama sayğacının baxış keçirilərkən hesablama mexanizminin dayandığı enerji uçotunun pozulması faktı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar X2 əməkdaşları tərəfindən X1 Qaydaları”nın tələblərinə uyğun olaraq xx xxxxxx 2020-ci il tarixli AKT RN 178553 saylı Akt tərtib edilmişdir. Müdaxilə olunma ehtimalı ilə açılan işıq sayğacı ilə yerinə qurraşdırılmış yeni işıq sayğacı arasında təbii qaz sərfiyyatı arasındakı fərqə baxdıqda iddiaçının qaz sayğacına müdaxilədən xəbərdar olması aydın görünür.Məhz bu səbəbdən iddiaçının abonent koduna 260,64 manat cərimə yazılmışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xxxx ASC-nin təsisi etdiyi “Mərkəzi Aran”RETSİ-in struktur tərkibində fəaliyyət göstərən X2 əməkdaşları tərəfindən tərtib edilmiş X1 Qaydaları”nın tələblərinə uyğun olaraq xx xxxxxx 2020-ci il tarixli AKT RN 178553 saylı Aktdan görünür ki, rayonunun Hapıtlı kəndində yaşayan və fəaliyyət göstərən elektrik enerjisi istehlakçıları tərəfindən “EEİQ”-na riayət edilməsi vəziyyəti yoxlanarkən məişət abonenti İddiaçı məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir və ona məxsus fərdi yaşayış evindən kənarda yəni küçədə qurraşdırılmış hər hansı bir qoruyucu qutuda olmayan elektrik hesablama sayğacının baxış keçirilərkən hesablama mexanizminin dayandığı enerji uçotunun pozulması faktı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı adına olan abunə haqqında məlumatdan görünür ki, İddiaçı 2020-ci il üzrə borcu 260,64 manatdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır və dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir və hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin Qanunun 18-ci maddəsinin 2-ci bəndinə görə istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulmuş malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş «X1 qaydaları»nın 8.33-cü bəndinin tələblərinə əsasən, məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Aktın əsasında enerjitəchizatı müəssisəsi qeydə alınmamış elektrik enerjisinin miqdarını müəyyən edir və məişət abonentinə əlavə ödəniş sənədi yazır. Enerji təchizatı müəssisəsinin qərarına məişət abonentinin etiraz ərizəsi verməsi onu qoyulmuş müddətdə ödəniş sənədi üzrə elektrik enerjisinin haqqını ödəməkdən azad etmir. Məişət abonenti on gün müddətində əlavə ödəniş sənədi üzrə elektrik enerjisi haqqını ödəmədikdə, enerji təchizatı müəssisəsi bu qaydaların 8.31-ci bəndinə uyğun olaraq onu elektrik şəbəkəsindən aça bilər. Tərəflər iddia ilə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “EEQ”-in 8.32-ci bəndinə əsasən “Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırılmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik saygacını zədələyərək onu sıradan çıxarılmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur.Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3, 560.3.1 və 560.3.5.2-ci maddələrinin tələbinə görə qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi və istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Ağdaş rayonu,Hapıtlı kəndində yaşayır, iddiaçının yaşayış sahəsinə qoyulmuş elektrik sayğacı həyətindən kənarda küçədə quraşdırılmışdır. Həmçinin sayğacın hər hansı kənar müdaxilədən qorunmaq üçün müvafiq örtüklə örtülməməsi tərəflərin izahatları nəticəsində məhkəməyə məlum olmuşdur. Yaşayış sahəsinə qoyulmuş elektrik sayğacının işlək vəziyyətdə saxlanılmasına görə abonent cavabdehlik daşımır. Həmin cavabdehliyi elektrik enerjisi paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf aktlarda və iddiaçıya ünvanladığı məktublarda elektrik sayğacına şəxsən abonent tərəfindən müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, elektrik sayğacı müdaxilədən qorunmaq üçün müvafiq örtüklə örtülmədən küçədə yerləşir. Lakin buna baxmayaraq itirilmiş elektrik enerjisi dəyəri iddiaçıdan tələb edilir. Bütün bunlar cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. Odur ki, belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən iddiaçı barəsində X1 qaydalarının pozulması haqqında akta əsasən əsassız hesablanaraq iddiaçının yaşadığı ünvanın abonet koduna vurulmuş itirilmiş elektrik enerjisinin dəyərinə görə 260,64 manat borc silinməlidir. İddiaçının ödəməkdən azad edildiyi 20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə keçirilməlidir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən iddiaçılar istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar uzrə dövlət rüsumu ödəməkdən azad edilirlər. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. “Mərkəzi Aran”RETSİ-də fəaliyyət göstərən Aktlar üzrə komissiya tərəfindən xx xxxxxx 2020-ci il tarixli AKT RN 178553 saylı akta əsasən əsassız hesablanaraq İddiaçı **********00106 saylı abonent koduna vurulmuş 260,64 manat (iki yüz altmış manat altmış dörd qəpik) borc silinsin. Cavabdeh “xxxx” ASC-dən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-91/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-91/2021
19.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver