Məhkəmə qərarları › İş №2(014)-915/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-915/2024

07.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-915/2024 07.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X7 iştirakları ilə Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qızı X4 xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. Qızı anadangəlmə Oliqofreniya, dərin imbesillik dərəcəsində xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən də qızı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində birinci dərəcəli əlil kimi qeydiyyatdadır. Qızı xəstə olduğu üçün dövlətdən müddətsiz sosial müavinət alır. Qızı xəstə olduğu üçün hal-hazırda özünə aid sənədlərinə imza edə bilmir. O, xəstə olmaqla öz hərəkətlərinin mənasını anlaya bilmək və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətində deyildir. Faktiki olaraq ona ərizəçi baxır və onun üzərində faktiki qəyyumluğu özü həyatа keçirir. Hesab edir ki, qızı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə, ərizəçi Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının qərarına əsasən onun qəyyumu təyin edilər və onun yerinə bütün sənədləri imza edə bilər. Lakin Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etsə də ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Göstərilənlərə əsasən xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X11 ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş TSEK-də Müayinə Aktından SER TSE-01 № 021124 saylı çıxarışın surətindən görünür ki, X4 İİ dərəcə əlildir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş TSEK-də Müayinə Aktından SER TSE-01 № 516374 saylı çıxarışın surətindən görünür ki, X4 İ dərəcə əlildir. İşin materiallarında olan Maraqlı şəxs Başçısının Güvəkənd kən inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № 5-32-12/2- 188/2024 saylı arayışdan görünür ki, Ərizəçi Ağdaş rayonu, Güvəkənd kəndində yaşayır. Şəxsin İ qrup əlil olan övladı X4 onun himayəsində yaşayır. İşin materiallarında olan Mingəçevir şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1989-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1989-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası X5, anası Ərizəçidır. İşin materiallarında olan xx.xx.1988-ci il tarixdə Ağdaş rayon Güvəkənd kən sovetliyi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Ərizəçi xx.xx.1988-ci il tarixdə 20 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsinə dair xx.xx.2024-cü il tarixli Çıxarışdan görünür ki, X4 xx.xx.2014-xü il tarixdən Oliqofreniya, dərin imbesillik dərəcəsində İ dərəcə əlilliyi müəyyən edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2024-cü il tarixli, 506 saylı rəyindən görünür ki, Motivləşdirici hissə. Yoxlanılan şəxs X2 hal-hazırda ORTA DƏRƏCƏLİ KƏMAĞİLLİQ, İFADƏ OLUNMUŞ DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F71.1 müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işindəki tibbi sənədlər (Ağdaş RMX PHŞ-dan verilmiş xx.xx.2023cü il tarixli arayış), anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri {yoxlanılan şəxsin bələdliyinin zəifləməsi, yaddaşının mexaniki tipli olması, təfəkküründə konkretlik aşkar edilməsi, oxumaq, yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkürünün zəif olması, adi məişət problemlərini belə sərbəst həll etmək qabiliyyətində olmaması, emosiyalarında ifadə olunmuş davamsızlıq müşahidə edilməsi, düşdüyü vəziyyətə tənqidinin olmaması, intellektinin inkişafdan geri qalması, şəxsiyyətində qüsur aşkar olunması, İQ=32 % vəs.) sübut edir. Yekun hissəsi. Ekspert psixiatr mülki iş materiallarının, həmin mülki işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları cavablandırılaraq bildirilmişdir ki, X3 hər hansı cinayət əməli şamil edilmədiyindən onun anlaqlı olub-olmaması barəsində rəy vermək mümkün deyildir. X4 hazırki ekspertiza zamanı ORTA DƏRƏCƏLİ KƏMAĞİLLİQ, İFADƏ OLUNMUŞ DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F71.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında deyildir. X4 hal-hazırda FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab olunmalıdır. Beləliklə, məhkəmədə iclasında müəyyən olundu ki, Ərizəçi uşaqlıqdan xəstə olmuş, birinci dərəcəli əlildir, Ağdaş rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsində 1991-ci ildən “Oliqofreniya, kəskin imbesillik səviyyəsində-F71.1” diaqnozu ilə dispanser qeydiyyatdadır. Fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələbinə dair ərizəsi təmin edilməli, xx.xx.1989-cu il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələbinə dair ərizəsi təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar