Məhkəmə qərarları › İş №2(014)-931/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-931/2022

23.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-931/2022 23.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçi Maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi maraqlı şəxlər Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs1 və maraqlı orqan ƏMDK yanında DƏDRX-nın 17 saylı Ərazi İdarəsinə qarşı «sənədin məxsus olma faktının müəyyən edilməsi» tələbinə dаir işə аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçi maraqlı şəxlər Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs1 və maraqlı orqan ƏMDK yanında DƏDRX-nın 17 saylı Ərazi İdarəsinə qarşı «sənədin məxsus olma faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Qarasuqumlaq kəndi ərazisində yerləşən 3.41 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ərizəçi, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs1 və X6 ümumi birgə mülkiyyətinə verilməsinə dair JN-116 KOD 90319028 torpağa mülkiyyət hüququna dair Dövlət aktının Maraqlı şəxs3, Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 12 saylı qərarına əsasən 3.41 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-116 kod 90319028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən rəsmiləşdirilmişdir. X1 xx.xx.2009-cu ildə qaraciyər çatmamazlığı səbəbindən vəfat etmişdir. Lakin həmin dövlət aktında texniki səhvə yol verilərək Ərizəçi X3 qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsini DƏDRX-nin 17 saylı Yevlax ərazi İdarəsində tam mülkiyyət hüququ əsasında adlarına qeydə aldıraraq paylarını müəyyən etmək məqsədi ilə həmin idarəyə müraciət etmişlər, lakin dövlət aktının adlılar siyahısında yuxarıda qeyd edilən səhvlər olduğundan torpağı qeydə aldıra bilməmişlər. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Odur ki, Ağdaş rayon Qarasuqumlaq kəndi ərazisində yerləşən 3.41 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ərizəçi, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs1 və X6 məxsusluğu faktının məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs3 məhkəmə iclasında ərizə verərək bildirdi ki, ərizəçi onun oğludur. X17 adında oğlu yoxdur. Torpağa mülkiyyət hüququna dair dövlət aktında texniki səhv olaraq Mustafayev Nurlan yazılmışdır. Onun oğlunun adı Ərizəçidir. Maraqlı şəxs2 məhkəmə iclasında ərizə verərək bildirdi ki, ərizəçi onun oğludur. X17 adında oğlu yoxdur. Torpağa mülkiyyət hüququna dair dövlət aktında texniki səhv olaraq Mustafayev Nurlan yazılmışdır. Onun oğlunun adı Ərizəçidir. Maraqlı şəxslər Maraqlı şəxs1 və maraqlı orqan DƏDRX-nın 17 saylı Ərazi İdarəsinin nümayəndəsinə məhkəmə iclаsının vахtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, Maraqlı şəxs1 və DƏDRX-nın 17 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclаsınа gəlməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmişlər və işə оnların iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişdir. Məhkəmə maraqlı şəxs və maraqlı orqanın nümayəndəsinin, məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, ərizəçi şəxs onun qardaşının oğludur. X17 adında qardaşı oğlu yoxdur. Torpağa mülkiyyət hüququna dair dövlət aktında texniki səhv olaraq Mustafayev Nurlan yazılmışdır. Onun qardaşı oğlunun adı Ərizəçidir. Məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatını dinləyib, şahid ifadəsini nəzərə alıb, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 12 saylı qərar ilə və Dövlət aktı qeydiyyat kitabında qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair JN:116 saylı (kod ********) dövlət aktına əsasən Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs1, X8 və X4 rayonun Qarasuqumlaq kəndi ərazisində 3.41 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Mingəçevir şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 14 sentyabr 1987-ci il tarixli Xİİ-ЖГ 418504 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi 24 avqust 1987-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs3, anası Maraqlı şəxs2dır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Mingəçevir şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 27 aprel 1967-ci il tarixli A3 ******* saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X10 13 aprel 1967-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. X2r. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Mingəçevir şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 18 avqust 1984-cü il tarixli İX-ЖГ 482082 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Maraqlı şəxs1 9 mart 1984-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs3, anası Maraqlı şəxs2dır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Şıxlı Kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 fevral 2022-ci il tarixli, 41 saylı arayışından məlum olur ki, xx.xx.1957-ci ildə Ağdaş rayon Qumlax kəndində anadan olmuş, Ağdaş rayon Qarasuqumlaq kəndində yaşayan Maraqlı şəxs3 və ailəsinə məxsus 3.41 ha torpağa mülkiyyət hüququna dair dövlət aktındakı (JN-116; KOD ********) adlarla şəxsiyyət vəsiqəsindəki adlarda texniki səhvlər vardır. Texniki səhvlərin düzəlişi aşağıdakı kimidir. Maraqlı şəxs3-olmalıdır-Maraqlı şəxs3 və eyni şəxsdir. Maraqlı şəxs2-olmalıdır- Maraqlı şəxs2 və eyni şəxsdir. Maraqlı şəxs1-olmalıdır- Maraqlı şəxs1 və eyni şəxsdir. X8olmalıdır- Ərizəçi və eyni şəxsdir. X9-olmalıdır- X9 və eyni şəxsdir. (X9-: xx.xx.2009-cu il tarixli, AZ-İ№ 371116 ölüm haqqında şəhadətnamə) Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Şıxlı Kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli, 112 saylı arayışından məlum olur ki, xx.xx.1957-ci ildə Ağdaş rayon Qarasuqumlaq kəndində anadan olmuş Maraqlı şəxs3 Ağdaş rayonu Qarasuqumlaq kəndində qeydiyyatdadır və yaşayır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxs 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş 07 aprel 2022-ci il tarixli **********81 saylı məktubdan məlum olur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-158A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən “Nurlan” adı ilə, şəxsiyyət vəsiqənizdəki “Nurani” adı arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilərək yazılması 17 saylı Yevlax ərazi idarəsinin səladiyyətinə aid deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanunun 23.1ci maddəsində qeyd edildiyi kimi; Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqları qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Şıxlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 dekabr 2009-cu il traixli AZ-İ 371116 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 20 noyabr 2009-cu il tarixdə vəfat etmişdir. Beləliklə məhkəmədə aydın oldu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 12 saylı qərarı ilə Ağdaş rayonu, Qarasuqumlaq kənd ərazisində yerləşən 3.41 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs1, X8 və X5 birgə mülkiyyətinə verilmişdir və bu barədə adlarına JN 116 KOD 90319028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin aktda texniki səhvə yol verilərək ərizəçinin adı Ərizəçi əvəzinə səhvən X8 yazılmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında verilən izahatlar faktı təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs1, X8 və X5 birgə mülkiyyətinə verilmiş Ağdaş rayonu, Qarasuqumlaq kəndi ərazisində yerləşən 3.41 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə dair JN 116 KOD 90319028 dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə rədd edilsin. Qətnamənin icrası ƏMDK yanında DƏDRX-nın 17 saylı Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar