Məhkəmə qərarları › İş №2(014)-932/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-932/2020

23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-932/2020 23.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı ASC-nin nümayəndəsi R.Məmmədovun iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı Kredit borcunun tutulması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbi haqqında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4422,58 manat əsas borc, 140,61 manat faiz borcu, 3,85 manat gecikdirilmiş faiz borcu, cəmi 4567,04 manat borcun, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 3281,86 manat əsas borc, 423,83 manat faiz borcu, 140,07 manat gecikdirilmiş faiz borcu, cəmi 3845,76 manat borcun, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulmasını xahiş etmişdir Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmiş, lakin Cavabdeh tərəfindən məhkəmə əmrindən etiraz edilərək məhkəmə əmrinin ləğv edilməsinə və işin iddia icraatı qaydasında mahiyyəti üzrə baxılmasına dair qərardad çıxarılması barədə ərizə verilmişdir. Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadına əsasən xx xxxxxx 2018-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması üçün təyin edilmişdir. İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbi haqqında iddiasını onunla əsaslandırmışdır ki, İddiaçıSC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 10%-lə 36 ay müddətinə 10000 manat kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərini icra etməyən Cavabdehnın xx xxxxxxx 2018-cı il tarixədək 3281,86 manat əsas borc, 423,83 manat faiz borcu, 140,07 manat gecikdirilmiş faiz borcu, cəmi 3845,76 manat borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Odur ki, cavabdehdən İddiaçıSC-nin xeyrinə 3281,86 manat əsas borc, 423,83 manat faiz borcu, 140,07 manat gecikdirilmiş faiz borcu, cəmi 3845,76 manat borcun,20 manat məbləğində ödənilmiş dövlət rüsumunun,0,40 manat xidmət haqqının tutulması xahiş edilir. İddiaçı ASC-nin nümayəndəsi R.Məmmədov məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və bildirdi ki, məhkəməyə müraciət etmək üçün borc hesablandıqdan sonra cavabdeh tərəfindən ödəniş edilmişdir. Həmçinin qeyd edir ki, borc hesablanarkən cavabdehə artıqlaması ilə güzəşt etmişlər. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayənəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçıSC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 10%-lə 36 ay müddətinə 10000 manat kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərini icra etməyən Cavabdehnın xx xxxxxxx 2018-cı il tarixədək 3281,86 manat əsas borc, 423,83 manat faiz borcu, 140,07 manat gecikdirilmiş faiz borcu, cəmi 3845,76 manat borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir.. Həmçinin iddiaçı tərəfindən 20 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir, ödənilmiş 20 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı cavabdehdən alınaraq iddiaçıya verilməlidir. 10 manat dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət mədaxilinə keçirilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3281,86 manat əsas borc, 423,83 manat faiz borcu, 140,07 manat gecikdirilmiş faiz borcu, 20 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı, cəmi 3866,16 manat (üç min səkkiz yüz altmış altı manat on altı qəpik) tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh 10 (on) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar