Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-939/2025 25.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X8, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızı, 18 dekabr 1983-cü il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı X6 xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. O, kəskin nəzərə çarpacaq ağıl zəifliyi və s. xəstəsi kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində birinci dərəcəli əlil kimi qeydiyyatdadır. Qızı xəstə olduğu üçün dövlətdən müddətsiz sosial müavinət alır. Qızı xəstə olduğu üçün hal-hazırda özünə aid sənədlərinə imza edə bilmir. O, xəstə olmaqla öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Faktiki olaraq ona özü baxır və onun üzərində faktiki qəyyumluğu özü həyata keçirir. Hesab edir ki, qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə, o Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının qərarına əsasən onun qəyyumu təyin edilər və onun yerinə bütün sənədlərə özü imza edər. Lakin maraqlı şəxs Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etsəsə də ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Buna görə də, məhkəmədə xx.xx.1983-cü il tarixdə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək bildirdi ki, qızı uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkir. Ona görə də ərizənin təmin edilməsini, qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş edir. Maraqlı şəxs Ağdaş rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Ağdaş rayon Orta Ləki kənd soveti tərəfindən verilmiş 24 yanvar 1984-cü il tarixli 426449 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 18 dekabr 1983-cü il tarixdə Ağdaş rayonu, Yuxarə Ləki kəndində anadan olmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan 03 aprel 2001-ci il tarixli 030000 saylı əlilik üzrə vəsiqənin surətindən görünür ki, X6 uşaqlıqdan birinci qrup əlildir. İş materiallarında olan şəxsiyyəti təsdiq edənsənəd üzrə axtarışın surətindən görünür ki, X4 uşaq serebral iflicinin qalıq əlamətləri. Tetraplegiya. Kəskin nəzərə çarpan ağıl zəifliyi diaqnozu qoyulmuşdur. İş materiallarında olan ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, X4 uşaq serebral iflicinin qalıq əlamətləri. Tetraplegiya. Kəskin nəzərə çarpan ağıl zəifliyi diaqnozu qoyulmuşdur. İş materiallarında olan X12 Şöbəsi tərəfindən verilmiş 08 iyul 2025-ci il tarixli 344 saylı “Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin rəyinə əsasən X6 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyil. Yoxlanılan şəxs X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və maraqlı orqanın nümayəndəsinin izahatını dinləyib və işdə olan yazılı sübutları tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305-306, 317-322, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 18 dekabr 1983-cü ildə anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə аid еdilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-939/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-939/2025
25.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver