Məhkəmə qərarları › İş №2(014)-959/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-959/2023

11.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-959/2023 11.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi İddiaçı, Maraqlı şəxs, eyni zamanda digər maraqlı şəxslər Məmmədova (Həmidova) Dunay Surxay qızı və Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi İddiaçı maraqlı şəxslər Nümayəndə, Məmmədova (Həmidova) Dunay Surxay qızı, Cavabdeh2, Cavabdeh3 və Ağdaş rayon Notariat ofisinə qarşı mirasın qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxslər Nümayəndə, Məmmədova (Həmidova) Dunay Surxay qızı, Cavabdeh2, Cavabdeh3 və Ağdaş rayon Notariat ofisinə qarşı mirasın qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi İddiaçı xx xxxx 1952-ci ildə Mingəçevir şəhərində doğulmuşdur. X9, anası X7 olmuşdur. Məmmədova (Həmidova) Dunay Surxay qızı, Cavabdeh2 və Cavabdeh3 ərizəçinin doğma bacı və qardaşlarıdır. Mərhum X9 23 mart 1989cu ildə, mərhum anası X7 27 sentyabr 1986-cı ildə ölmüşdür. Ancaq mərhumun vəfatından sonra mirasın qəbuluna dair heç bir vərəsəlik işi açılmamışdır. X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 0,0861 hektar torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 125,30 kvadratmetr yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı 2023-cü ilin may ayında ərizə ilə Ağdaş rayon Notariat ofisinə müraciət etmişdir. Lakin nəzərədə tutulmuş mirasın qəbul edilməsi faktının müəyyən edilməsi üçün Notariat ofisi tərəfindən 17 may 2023-cü ildə 385 saylı məktubla ərizəsinə imtina cavabı verilişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqlarının dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən xx.xx.2022-ci ildə reyestr nömrəi **********53-10301, qeydiyyat nömrəsi ********** olan içərisində 125,30 kvadratmetr yaşayış evi olan 0,0861 hektar yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ayrılmışdır. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 yanvar 2022-ci il tarixli 125 saylı arayışa əsasən mərhum X6 əri X18, X11, Cavabdeh2, İddiaçı və Cavabdeh3 ibarətdir. Ağdaş şəhəri İHB-nın Ağdaş şəhər İƏD üzrə nümaəyəndəliyindən alınmış arayış ilə mərhum X5 öldüyü günədək ərizəçi İddiaçı ilə birlikdə ünvan 2 ünvanında yaşamışdır. Sözügedən miras mərhumun ölümündən bugündək onun tərəfindən istifadə edilmişdir. Kommunal xərcləri, torpaq vergiləri də onun tərəfindən ödənilmişdir. Əmlakın idarəçiliyi onun tərəfindən həyat keçirilmişdir. Mirası faktiki olaraq o, qəbul etmişdir. Sadəcə qeydiyyat ünvanları texniki səhv olaraq “H.Hacıyev küçəsi, ev 8” kimi qeyd edilmişdir. Digər vərəsələr də miras qalmış əmlakı nə notariusa ərizə verməklə, nə də faktiki olaraq qəbul etmirlər, vərəsəlik hüquqlarını rəsmiləşdirmək niyyətində deyillər. Mirasın qəbul edilmə müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün müraciət etməyəcəklər. Hesab edir ki, ərizəsi əsaslıdır və təmin edilməlidir. Mirasın qəbulu faktının müəyyən edilməsinə dair ərizəsinin təmin edilərək qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs, eyni zamanda digər maraqlı şəxslər Məmmədova (Həmidova) Dunay Surxay qızı və Cavabdeh2 nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, ərizəçi onun atasıdır. Əmisi Cavabdeh3 uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır və hətta oranın vətəndaşıdır. Mərhum baba və nənəsinin ölümündən sonra Vidadi həmin evdə yaşamış və mirası faktiki qəbul etdiyini bildirərək ərizənin təmin edilməsinə təmsil etdiyi şəxslərin etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, maraqlı şəxslər Cavabdeh3 və Ağdaş rayon Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə maraqlı şəxslər Cavabdeh3 və Ağdaş rayon Notariat ofisinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. Vidadinin valideynləri vəfat etdikdən sonra orada daimi olaraq Vidadi və onun ailəsi yaşamışdır. Dunay orada heç vaxt yaşamayıb. Vaqif Mingəçevir şəhərində yaşayıb. Nizami Rusiya Federasiyasında yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilən X15 da özündən əvvəl ifadə vermiş şahid X8 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Ağdaş rayon Notariat ofisinin 17 may 2023-cü il tarixli, 385 saylı məktubundan görünür ki, miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa əsas ola biləcək sübut təqdim etməsi tələb edilmiş, lakin bunlarla bağlı tərəflərindən notariat ofisinə hər hansı sənəd təqdim edilməmişdir. Buna əsasən müvafiq ərizə ilə məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, 125 saylı arayışdan görünür ki, xx.xx.1926-cı il tarixdə Ağdaş rayonunda doğulmuş və ölüm akt qeydində sonuncu yaşayış yeri ünvan 2 ünvanı qeyd olunmuş mərhumə X5 ailə üzvləri əri X18 (ölmüş), qızı X11, oğlu Cavabdeh2, oğlu İddiaçı və oğlu Cavabdeh3 ibarətdir. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 21 yanvar 2022-ci il tarixli, 260 saylı araışdan görünür ki, X7 öldüyü günədək Ağdaş şəhəri, H.Hacıyev küçəsi 8 nömrəli evdə yaşamışdır. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 21 yanvar 2022-ci il tarixli, 261 saylı araışdan görünür ki, İddiaçı mərhum X7 ilə birlikdə Ağdaş şəhəri, H.Hacıyev küçəsi 8 nömrəli evdə yaşamışdır. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 21 yanvar 2022-ci il tarixli, 262 saylı araışdan görünür ki, ünvan 3 ünvanda yaşayan İddiaçı anası X7 xx.xx.1986-cı il tarixdə ölmüşdür. X4, Cavabdeh2, İddiaçı və Cavabdeh3dur. İşin materiallarında olan 19 yanvar 2022-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 127 saylı araışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1914-cü il tarixdə Ağdaş rayonunda doğulmuş X13 nikah haqqında akt qeydinin müəyyən edilməsi məqsədi ilə xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilədək “Vətəndaşlıq vəziyyəti Aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlama aparılmış X13 nikah haqqında akt qeydi aşkar edilməmişdir. İşin materiallarında olan notariatal qaydada təsdiq olunmuş **********175 saylı ərizədən görünür ki, Məmmədova (Həmidova) Dunay Surxay qızı və Cavabdeh2 mərhum anaları X5 ölümündən sonra miras qalmış əmlakı nə notariusa ərizə verməklə, nə də faktiki olaraq qəbul etməmişlər. Vərəsəlik hüquqlarını rəsmiləşdirmək niyyətində deyillər. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş elektron Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0861 hektar torpaq sahəsi X5 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X7 27 sentyabr 1986-cı il tarixdə ölmüş, onun ölümündən sonra birinci dərəcəli vərəsələri X12, Cavabdeh2, İddiaçı və Cavabdeh3dur. X2 ölümündən sonra oğlu İddiaçı onun əmlakına sahiblik etməyə və əmlakı idarə etməyə faktik başlayaraq, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirsə də, digər birinci dərəcəli vərəsələr 37 il müddət keçməsinə baxmayaraq, həmin əmlaklarda yaşamamamışlar və faktiki sahiblik etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Eyni Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göstərilən Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Eyni Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, X5 ölümündən sonra ünvan 1 ünvanında yerləşən 0,0861 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 125,30 kvadratmetr yaşayış evi ərizəçi İddiaçı tərəfindən miras kimi faktiki qəbul edilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X5 ölümündən sonra ünvan 1 ünvanında yerləşən 0,0861 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 125,30 kvadratmetr yaşayış evi ərizəçi İddiaçı tərəfindən miras kimi faktiki qəbul edilməsi müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar