Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-96/2023 24.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dаir işə 24 yanvar 2023-cü il tаriхdə Ağdaş rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998ci il tarixli 17 saylı qərarına əsasən ailəsinə yəni o, Ərizəçi1, həyat yoldaşı X7 və oğlu- Ərizəçi2 Rahman oğluna Ağdaş rayonu Hüşün kəndindən verilən Ağdaş rayon Torpaq şöbəsi tərəfindən Dövlət Aktı qeydiyyat kitabında xx.xx.1999-cu il tarixdə 6085 nömrəsi ilə qeydə alınmaqla 1.47 hektar kənd təsərrüfatlı təyinatlı pay torpaq sahəsinə işlənmiş JN:136, KOD 90312028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının və 0.15 ha torpaq sahəsinə işlənən JN-203F KOD 90312028 saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 ərizəni onunla əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə Ağdaş rayonu, Hüşün kəndində ona və ailə üzvlərinə 1.47 ha kənd təsərrüfatı məhsulları üçün pay torpaq sahəsi, 0.15 ha fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahələrinə onların adlarına Ağdaş Rayon Torpaq şöbəsi tərəfindən Dövlət aktı qeydiyyat kitabında xx.xx.1999-cu il tarixdə 6085 nömrə ilə qeydə alınmaqla JN-136, KOD 90312028 torpağa mülkiyyət hüququna dair dövlət aktı və JN-203F, KOD 90312028 torpağa mülkiyyət hüququna dair şəhadətnamə işlənmişdir. Həmin akt və şəhadətnamə əsasında AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək çıxarış almaq istəyən zaman məlum olmuşdur ki, aktın və şəhadətnamənin adlı siyahısında “Rəhman” adı ilə şəxsiyyət vəsiqəsində “Rahman” adı arasında və dövlət aktında göstərilən “Ülvi” adı ilə şəxsiyyət vəsiqəsindəki “Ülvin” adları arasında və şəhadətnamədə qeyd edilən X17 ilə şəxsiyyət Ərizəçi1 adlarında uyğunsuzluq qeyd edilmişdir. Uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət edilməlidir. Onlara aid doğum haqqında şəhadətnamələrdə və şəxsiyyət vəsiqələrində, onların adı Ərizəçi1 və Ərizəçi2 kimi qeyd edilmişdir. Akta və şəhadətnaməyə düzəliş edilməsi barədə, yəni X17 və X2 Ərizəçi1 və Ərizəçi2 kimi qeyd edilməsi barədə AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsə də, həmin şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Hesab edir ki, JN- 136, KOD 90312028 torpağa dair dövlət aktında və JN-203F, KOD 90312028 torpağa mülkiyyət verilməsinə dair şəhadətnamədə qeyd edilən yalnışlıqlara düzəliş edilməlidir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Ərizəçi1 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi2 məhkəmə iclаsının vахtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, Ərizəçi2 məhkəmə iclаsınа gəlməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və işə оnun iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı orqanın nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə ərizəçi və maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 11 oktyabr 2022-ci il tarixli **********55 saylı məktubdan məlum olur ki, Ağdaş rayonu Hüşün kəndində yerləşən1.15 ha, 0.28 ha və 0.05 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli, **********, ********** və ********** qeydiyyat nömrələri ərizələrinizə “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsində baxılmışdır. Təqdim edilən sənədlər idarənin arxiv materialları və elektrin baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş X17 və ailə üzvlərinə məxsus JN-136 nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda və JN-203F nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə” göstərilən “Rəhman” adı ilə şəxsiyyət vəsiqəsindəki “Rahman” adı arasında və “Ülvi” adı ilə şəxsiyyət vəsiqəsindəki “Ülvin” adı arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilərək yazılması 17 saylı Yevlax ərazi idarəsinin səlahiyyətinə aid deyil. Belə ki, həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəm orqanlarına məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi; Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqları qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən “şəxsin sənəddə göstərilən adı və atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəmə orqanlarına məxsusdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il traixli 05/09İS-021862-22 saylı arayışdan məlum olur ki, “Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. Ərizəçi1 xx.xx.1962-ci ildə Ağdaş rayon Hüşün kəndində anadan olmuşdur. Arvadı- X18, oğlu- Ərizəçi2, oğlu- X8r. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Kükəl kənd soveti tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli XVİİ- ЖГ saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi2 xx.xx.1993-cü il tarixdə Ağdaş rayon Hüşün kəndində anadan olmuşdur. X3, anası X9r. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Kükəl kənd soveti tərəfindən verilmiş xx.xx.1971-ci il tarixli AЗБ-059891 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X15 xx.xx.1971-ci il tarixdə Ağdaş rayon Hüşün kəndində anadan olmuşdur. X1, anası X5r. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Kükəl kənd soveti tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli Xİİİ- ЖГ 326224 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Ərizəçi1 xx.xx.1962-ci il tarixdə Ağdaş rayon Hüşün kəndində anadan olmuşdur. X4, anası X12. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Kükəl kənd soveti tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli V- ЖГ 467787 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X17 ilə X15 nikahlarını xx.xx.1993-cü il tarixdə bağlamışlar. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən “Torpağın mülkiyyətə verilməsinə dair” JN:203F saylı (kod ********) şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X13, X7, X16 və X11 Ağdaş rayon Hüşün kəndində 0.15 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 417 saylı qərar ilə “Torpağa mülkiyyət hüququna dair” JN:136 saylı (kod ********) dövlət aktının təsdiq edilmiş surətindən məlum olur ki, X13, X7 və X16 Ağdaş rayon Hüşün kəndində 1.47 hektar torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1962-ci il tarixdə Ağdaş rayon Hüşün kəndində anadan olmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən AA00574196 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. Beləliklə məhkəmədə aydın oldu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cı il tarixli 17 saylı qərar ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN:203F saylı (kod 9031202B) şəhadətnaməyə əsasən X13, X7, X16 və X11 Ağdaş rayon Hüşün kəndində 0.15 hektar torpaq sahəsi və Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cı il tarixli 17 saylı qərar ilə “Torpağa mülkiyyət hüququna dair” JN:136 saylı (kod ********) dövlət aktına əsasən X13, X7, X16 Ağdaş rayon Hüşün kəndində 1.47 hektar torpaq sahəsi verilmişdir. Həmin aktda və şəhadətnamədə texniki səhvə yol verilərək Ərizəçi1 əvəzinə səhvən X17 yazılmış, Ərizəçi2 əvəzinə səhvən X19 yazılmışdır. İşdə toplanmış sübutlar və məhkəmə iclasında verilən izahatlar faktı təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər hansı bir tərəf öz tələblərinini və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarının əsaslandığı halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olub-olmadığını müəyyən edərkən məhkəmə qanunla müəyyən edilmiş qaydada əlavə olunmuş materiallardan sübut kimi istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X13, X7, X14 mülkiyyətinə verilmiş Ağdaş rayon Hüşün kəndində yerləşən 1.47 ha torpaq sahəsinə dair JN:136 saylı KOD 90312028 saylı dövlət aktının və X13, X7, X16 və X6 mülkiyyətinə verilmiş Ağdaş rayon Hüşün kəndində yerləşən 0.15 ha torpaq sahəsinə dair JN:203F saylı KOD 90312028 saylı şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamənin icrası maraqlı orqan AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-96/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-96/2023
24.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver