Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-961/2023 03.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Mustafayeva (Mürsəlova) Zülfiyyə Zülfü qızına və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Mustafayeva (Mürsəlova) Zülfiyyə Zülfü qızına və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixdə ölmüş X6, xx.xx.2010-cu il tarixdə ölmüş X7, xx.xx.2001-ci il tarixdə ölmüş X10, Maraqlı şəxs2 Niyazi qızının, Mustafayeva (Mürsəlova) Zülfiyyə Zülfü qızının, xx.xx.2001-ci il tarixdə ölmüş X31, Ərizəçi mülkiyyətinə Ağdaş rayonu, Qaradağlı kəndində J№-109, KOD 90307018 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında 2,17 ha kənd təsərüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Bundan başqa xx.xx.2008-ci il tarixdə ölmüş X6, xx.xx.2010-cu il tarixdə ölmüş X7, Maraqlı şəxs2. Ərizəçi mülkiyyətinə Ağdaş rayonu, Qaradağlı kəndində J№-094A, KOD 90307018 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 0,34 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bundan başqa xx.xx.2008-ci il tarixdə ölmüş X6, xx.xx.2010-cu il tarixdə ölmüş X7, Maraqlı şəxs2, Ərizəçi mülkiyyətinə Ağdaş rayonu, Qaradağlı kəndində J№- 094B, KOD 90307018 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. J№-109, KOD 90307018 “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı, J№ -094A, KOD 90307018 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və J№-094B, KOD 90307018 Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək Çıxarış almaq istəyən zaman məlum olmuşdur ki, J№-109, KOD 90307018 “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının adlı 1ci adlı siyahısında X1 və ata adı səhv yazılmaqla X26, 3-cü adlı siyahısında xx.xx.2001-ci il tarixdə ölmüş X10 adının son hərifi səhv yazılmaqla xx.xx.2001-ci il tarixdə ölmüş X5 qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsə də həmin torpağa mülkiyyət hüququna dair dövlət aktına düzəliş edilməsindən imtina edilmişdir.Torpağa mülki yyət hüququna dair dövlət aktında qeyd edilən yalnışlıqlara düzəliş edilməlidir. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs2, Mustafayeva (Mürsəlova) Zülfiyyə Zülfü qızı və Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə maraqlı şəxslər Maraqlı şəxs2, Mustafayeva (Mürsəlova) Zülfiyyə Zülfü qızı və Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək göstərdi ki, ərizəçini və ailə üzvlərini tanıyır. Ərizəçinin ailə üzvlərinin adlarına dövlət tərəfindən torpaq sahəsi verilmişdir. Lakin həmin torpağın sənədlərində ərizəçinin ailə üzvlərinin soyadı, ata adı və adı səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X44 da özündən əvvəl ifadə vermiş şahid X52 ilə eyni məzmunlu ifadə vermişdir. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-094B nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1999-cu il tarixli 15 saylı qərarı ilə X12 və ailə üzvləri X19, Maraqlı şəxs2 Niyazi qızı və Ərizəçi mülkiyyətinə Ağdaş rayonu, Qaradağlı kəndindən 0,06 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq bağı verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN- 109 nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1999-cu il tarixli 15 saylı qərarı ilə X12 və ailə üzvləri X19, X28, Maraqlı şəxs2 Niyazi qızı, X20, X45 və Ərizəçi mülkiyyətinə Ağdaş rayonu, Qaradağlı kəndindən 2,17 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN- 094A nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1999-cu il tarixli 15 saylı qərarı ilə X12 və ailə üzvləri X19, Maraqlı şəxs2 Niyazi qızı və Ərizəçi mülkiyyətinə Ağdaş rayonu, Qaradağlı kəndindən 0,34 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq bağı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qaradağlı kənd sovetliyi tərəfindən verilmiş 18 iyun 1979-cu il tarixli, Vİ-ЖГ № 339123 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx xxxxx 1979-cu ildə Ağdaş rayonu, Qaradağlı kəndində anadan olmuş, atası X28, anası Maraqlı şəxs2dır. İşin materiallarında olan Ağdaş rayon Qaradağlı kənd sovetliyi tərəfindən verilmiş 28 may 1985-ci il tarixli, X-ЖГ № 462716 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi 4 may 1985-ci ildə Ağdaş rayonu, Qaradağlı kəndində anadan olmuş, atası X28, anası Maraqlı şəxs2dır. İşin materiallarında olan Ağdaş rayon Qaradağlı kənd sovetliyi tərəfindən verilmiş 18 iyun 1979-cu il tarixli, Vİ-ЖГ № 339123 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx xxxxx 1979-cü ildə Ağdaş rayonu, Qaradağlı kəndində anadan olmuş, atası X28, anası Maraqlı şəxs2dır. İşin materiallarında olan Ağdaş rayon Qaradağlı kənd soveti tərəfindən verilmiş 28 iyul 1976-cı il tarixli, İ-ЖГ № 330061 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X3 Svetlana Niyazı qızı ilə 28 iyun 1976-cı ildə nikahlarını akt qeydləri kitabında 06 nömrə ilə qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra arvada Mürsəlova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qaradağlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş 14 oktyabr 1998-ci il tarixli, Vİ-ЖГ № 382855 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X2 Zülfiyyə Zülfü qızı ilə 14 oktyabr 1998-ci ildə nikahlarını akt qeydləri kitabında 12 nömrə ilə qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra arvada Mustafayeva soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qaradağlı kənd soveti tərəfindən verilmiş 5 sentyabr 1964-cü il tarixli, İ-ИЕ № 438949 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 Dosxanım Ağa qızı 5 dekabr 1964-cü ildə nikahlarını akt qeydləri kitabında 19 nömrə ilə qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra arvada Hümmətova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 5 sentyabr 2001-ci il tarixli, AZ № 038900 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X30 27 avqust 2001-ci ildə ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 iyul 2001-ci il tarixli, AZ № 038768 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X46 22 may 2001-ci ildə ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qaradağlı kənd icra nümayəndəliyi şöbəsi tərəfindən verilmiş 05 sentyabr 2008-ci il tarixli, AZ-İ № 308866 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 20 avqust 2008-ci ildə ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qaradağlı kənd icra nümayəndəliyi şöbəsi tərəfindən verilmiş 11 yanvar 2011-ci il tarixli, AZ-İ № 44639 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X32 13 dekabr 2010-cu ildə ölmüşdür. Beləliklə, məhkəmə iclasında Ərizəçi və şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-109, KOD 90307018 Dövlət Aktında texniki səhv olaraq X1 və ata adı “X24” əvəzinə “X26” kimi, X10 adı “X27” əvəzinə “X28” kimi, Maraqlı şəxs2 ata adı “Maraqlı şəxs2” əvəzinə “Maraqlı şəxs2 Niyazi qızı” kimi, Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-094A, KOD 90307018 Şəhadətnamədə texniki səhv olaraq X1 və ata adı “X24” əvəzinə “X26” kimi, Maraqlı şəxs2 ata adı “Maraqlı şəxs2” əvəzinə “Maraqlı şəxs2 Niyazi qızı” kimi, Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-094B, KOD 90307018 Şəhadətnamədə texniki səhv olaraq X1 və ata adı “X24” əvəzinə “X26” kimi, Maraqlı şəxs2 ata adı “Maraqlı şəxs2” əvəzinə “Maraqlı şəxs2 Niyazi qızı” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, X1 və ata adı, X10 adı sənəddə göstərilən adlarla düz gəlmir, həmin sənədlər hüquqmüəyyənedici sənədlərdir və ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədlərin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 15 nömrəli qərarı ilə xx.xx.2008-ci il tarixdə ölmüş X12, xx.xx.2010-cu il tarixdə ölmüş X7, xx.xx.2001-ci il tarixdə ölmüş X9, Maraqlı şəxs2 Niyazi qızının, Mustafayeva (Mürsəlova) Zülfiyyə Zülfü qızının, xx.xx.2001-ci il tarixdə ölmüş X31, Ərizəçi Ağdaş rayonu Qaradağlı kəndində mülkiyyətinə verilmiş J№-109, KOD 90307018 Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının xx.xx.2008-ci il tarixdə ölmüş X13, xx.xx.2010-cu il tarixdə ölmüş X14, xx.xx.2001-ci il tarixdə ölmüş X16, Maraqlı şəxs2, Mustafayeva (Mürsəlova) Zülfiyyə Zülfü qızına, xx.xx.2001-ci il tarixdə ölmüş X35 və Ərizəçi, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 15 nömrəli qərarı ilə xx.xx.2008-ci il tarixdə ölmüş X12, xx.xx.2010-cu il tarixdə ölmüş X7, Maraqlı şəxs2 Niyazi qızının, Ərizəçi Ağdaş rayonu Qaradağlı kəndində mülkiyyətinə verilmiş J№-094A, KOD 90307018 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin xx.xx.2008-ci il tarixdə ölmüş X13, xx.xx.2010-cü il tarixdə ölmüş X14, Maraqlı şəxs2, Ərizəçi, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 15 nömrəli qərarı ilə xx.xx.2008-ci il tarixdə ölmüş X12, xx.xx.2010-cu il tarixdə ölmüş X7, Maraqlı şəxs2 Niyazi qızının, Ərizəçi Ağdaş rayonu Qaradağlı kəndində mülkiyyətinə verilmiş J№-094B, KOD 90307018 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin xx.xx.2008-ci il tarixdə ölmüş X13, xx.xx.2010-cü il tarixdə ölmüş X14, Maraqlı şəxs2, Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Mustafayeva (Mürsəlova) Zülfiyyə Zülfü qızına və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 15 nömrəli qərarı ilə xx.xx.2008-ci il tarixdə ölmüş X12, xx.xx.2010-cu il tarixdə ölmüş X7, xx.xx.2001-ci il tarixdə ölmüş X9, Maraqlı şəxs2, Mustafayeva (Mürsəlova) Zülfiyyə Zülfü qızının, xx.xx.2001-ci il tarixdə ölmüş X31, Ərizəçi Ağdaş rayonu Qaradağlı kəndində mülkiyyətinə verilmiş J№-109, KOD 90307018 Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının xx.xx.2008-ci il tarixdə ölmüş X13, xx.xx.2010-cu il tarixdə ölmüş X14, xx.xx.2001-ci il tarixdə ölmüş X16, Maraqlı şəxs2, Mustafayeva (Mürsəlova) Zülfiyyə Zülfü qızına, xx.xx.2001-ci il tarixdə ölmüş X35 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 15 nömrəli qərarı ilə xx.xx.2008-ci il tarixdə ölmüş X12, xx.xx.2010-cu il tarixdə ölmüş X7, Maraqlı şəxs2 Niyazi qızının, Ərizəçi Ağdaş rayonu Qaradağlı kəndində mülkiyyətinə verilmiş J№-094A, KOD 90307018 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin xx.xx.2008-ci il tarixdə ölmüş X13, xx.xx.2010-cü il tarixdə ölmüş X14, Maraqlı şəxs2, Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 15 nömrəli qərarı ilə xx.xx.2008-ci il tarixdə ölmüş X12, xx.xx.2010-cu il tarixdə ölmüş X7, Maraqlı şəxs2 Niyazi qızının, Ərizəçi Ağdaş rayonu Qaradağlı kəndində mülkiyyətinə verilmiş J№-094B, KOD 90307018 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin xx.xx.2008-ci il tarixdə ölmüş X13, xx.xx.2010-cü il tarixdə ölmüş X14, Maraqlı şəxs2, Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-961/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-961/2023
03.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver