Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-966/2022 22.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Ərizəçi və vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı torpaq islahatı zamanı Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 nömrəli qərarı ilə Ağdaş rayonunun Əmirarx kəndi ərazisində yerləşən 0.3426 hektar həyatyanı və 0.55 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ərizəçi və X2 ümumi birgə mülkiyyətinə verilməsi hüquq əhəmiyyətli faktın müəyyən edilməsi tələbi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı torpaq islahatı zamanı Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 nömrəli qərarı ilə Ağdaş rayonunun Əmirarx kəndi ərazisində yerləşən 0.3426 hektar həyatyanı və 0.55 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ərizəçi və X2 ümumi birgə mülkiyyətinə verilməsi hüquq əhəmiyyətli faktın müəyyən edilməsi tələbi haqqında ərizə ilə müraciət edərək Ağdaş rayonu, Əmirarx kəndi ərazisində yerləşən 0.3426 hektar həyətyanı torpaq sahəsinin X1 və X5 ümumi birgə mülkiyyətində olmasına dair ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və həmin kənd ərazisində 0.55 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X3 və X5 ümumi birgə mülkiyyətinə verilməsinə dair JN-116 (kod ********) torpağa mülkiyyət hüququna dair Dövlət aktının X2 və Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək verilən tələbin tamamilə əsas olduğunu, mübahisələdirlən Aqrar İslahat Komissiyasının qərarı ilə qeyd olunan torpaq sahəsinin X3 və atası X4 mulkiyyətində olduğunu, həmin mülkiyyətə dair hüquqi sənədin qəbul edilməsindən 24 il keçdiyini, bu gün də Aqrar İslahat Komissiyasının 2008- 1998-ci il tarixli 18 №-li qərarının hüquqi sənəd olduğunu, şəxsin həmin sənədi ləğv etmədən hazırki iddianın mübahisələndirə bilməyəcəyini, digər tərəfdən şəxsin hazırki iddiasının formal xarakterli olmasını, heç bir hüquqi sənədə əsaslanmadığını, iddianı qaldırmağa belə subyektiv hüququnun olmadığını, mirası özünün qəbul etdiyini, bu barədə Ali Məhkəmənin son qərarının mövcud olduğunu, hazırki tələbin hüquqi əhəmiyyətinin olmadığını, X3 vəfat etdiyini, Ərizəçi onun atasının adına olan həyətyanı və pay torpağına qarşı hazırki iddia ilə çıxış edə bilməyəcəyini, qaldırılan tələb hüquqi baxımından düzgün olmadığını bildirmiş və ərizənin rədd edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, etiraz ərizəsi və iş materiallarını araşdıraraq hesab edir ki, məhkəməyə aid hüquq haqqında mübahisə olması müəyyən edildiyi üçün ərizə baxılmamış saxlanılmalı və iş üzrə ərizəçiyə izah edilməlidir ki, mübahisə ilə bağlı iddia icraatı qaydasında aidiyyatı məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı torpaq islahatı zamanı Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 nömrəli qərarı ilə Ağdaş rayonunun Əmirarx kəndi ərazisində yerləşən 0.3426 hektar həyatyanı və 0.55 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ərizəçi və X2 ümumi birgə mülkiyyətinə verilməsi hüquq əhəmiyyətli faktın müəyyən edilməsi tələbi haqqında ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-966/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-966/2022
22.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver