Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-974/2022 15.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 232.04 manat borcun silinməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 232.04 manat borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Ağdaş rayonu, Qoşaqovaq kəndində yaşayır. Cavabdeh orqanın "xxxx"ASC ilə aralarında bağlanmış elektrik enerjisi ilə təmin edilməsi haqqında (əhali üçün) müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqan tərəfindən elektrik enerjisi ilə təmin edilmiş, yaşadığı ünvanda təbii olaraq elektrik enerjisindən istifadə edir və yaşadığı həyətdən çöldə, yəni küçədə quraşdırılmış ona məxsus 03880353 zavod nömrəli sayğacına baxış keçirmişlər. Baxış zamanı sayğacın daxili qüsuru nəticəsində göstəricisində sıçrayış olduğu aşkar edilərək R 245753 saylı akt tərtib edilmişdir. Akta əsasən “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanması və quraşdırılması” haqqında 084486 saylı protokolu ilə qüsurlu sayğac M600 markalı 21497305 zavod nömrəli yeni sayğacla əvəz olunmuş və istifadəsinə verilmişdir. Çıxarılan sayğac isə rəy verilməsi üçün “Mərkəzi Aran” RETSİ-nin Sayğac quraşdırma bölməsinə göndərilmişdir. Bundan sonra onun abonent koduna 232.04 manat borc hesablanmışdır. “Mərkəzi Aran” RETSİ-nin Sayğac quraşdırma bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli 042619 saylı akt, həmçinin onun abonent koduna hesablanmış 232.04 manat borc qanunsuzdur. Odur ki, "xxxx" ASC tərəfindən **********00177 nömrəli abonent koduna əsassız hesablanmış 232.04 manat borcun silinməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək hesablanmış borcdan ödəniş etdiyini, 166.94 manat məbləğində əsassız hesablanmış borcun qaldığını bildirdi və **********00177 nömrəli abonent koduna əsassız hesablanmış 166.94 manat borcun silinməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-in nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı Ağdaş rayonu, Qoşaqovaq kəndində yaşayan İddiaçı “cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" ASC tərəfindən **********00177 nömrəli abonent koduna əsassız hesablanmış 232.04 manat silinməsi tələbinə dair” iddia ərizəsi ilə Ağdaş rayon Məhkəməsinə müraciət edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini bu kimi səbəblərdən qanunsuz və əsassız hesab edir. Belə ki, xx.xx.2022-ci il tarixdə “Mərkəzi Aran” RETSİ-nin əməkdaşları Ağdaş EŞ-nin nəzarətçi mühəndisi S.Əliyev elektrik montyorları N.Yusifov və E.Səfərov tərəfindən Ağdaş EŞ-nin xidməti ərazisinə daxil olan Ağdaş rayonu, Qoşaqovaq kəndində yaşayan elektrik enerjisi istehlakçıları tərəfindən elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına da baxış keçirilmiş, baxış zamanı sayğacda daxili gücün artması nəticəsində sıçrayış olması və sayğacın rəqəmlərinin 7155 Kvt saat miqdarında dəyişməsi faktı aşkar edilmişdir. Aşkar edilmiş “Enerji pozuntu”su ilə əlaqədar enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən “EEİQ”na uyğun olaraq Akt R № 245753 saylı akt tərtib edilmişdir. Aktın “Pozuntu faktının qısa məzmunu” hissəsində “Baxış zamanı məlum oldu ki, sayğacda daxili gücün nəticəsində sıçrayış olmuş, sayğac 7155 rəqəmindən 98787 göstəricisinə dəyişmişdir” qeydiyyatı aparılmışdır. Aktın “Tələb” hissəsində “Sayğac yeni sayğacla əvəz olunsun, çıxarılan sayğac laboratoriya şəraitində yoxlanılsın” qeyd edilmişdir. İddiaçı aktın tərtibatında iştirak etməsinə baxmayaraq akta imza etməkdən imtina etməsi barədə enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən aktın müvafiq hissəsində imza edilməklə qeydiyyat aparılmışdır. “Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən İddiaçı elektrik enerjisindən qanunsuz istifadə etdiyi üçün sutkanın 24 saatı nəzərə alınmaqla 166 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 232.04 manat təşkil edən 2490 Kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddiaçı Teyyub qızı barəsində elektrik enerjisindən istifadəyə görə hesabat aparılarkən Enerjitəchizatı müəssisəsi tərəfindən ona qarşı hər-hansı bir hüquqa zidd və ya qərəzli hərəkətlərə yol verilməmişdir. İddiaçı yaranmış borcdan ödəniş etdikdən sonra 166.94 manat məbləğində borcu qalmışdır. Buna görə də iddiaçının iddiası əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan X5 Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən İddiaçı ünvanlanmış MA-468 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı abonent koduna hesablanmış 232.04 manat borcdan ödəniş edildikdən sonra 166.94 manat məbləğində borc qalmışdır. İş materiallarında olan İddiaçı adına olan abonentin saldosundan görünür ki, İddiaçı 2022-ci ilə görə 232.04 manat borcu vardır. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə “Mərkəzi Aran” RETSİ-nin əməkdaşları Ağdaş EŞ-nin nəzarətçi mühəndisi S.Əliyev elektrik montyorları N.Yusifov və E.Səfərov tərəfindən Ağdaş EŞ-nin xidməti ərazisinə daxil olan Ağdaş rayonu, Qoşaqovaq kəndində yaşayan elektrik enerjisi istehlakçıları tərəfindən elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmiş, baxış zamanı sayğacda daxili gücün artması nəticəsində sıçrayış olması və sayğacın rəqəmlərinin 7155 Kvt saat miqdarında dəyişməsi faktı aşkar edilmişdir. Aşkar edilmiş “Enerji pozuntu”su ilə əlaqədar enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən “EEİQ”na uyğun olaraq Akt R № 245753 saylı akt tərtib edilmişdir. Aktın “Pozuntu faktının qısa məzmunu” hissəsində “sayğacda daxili gücün nəticəsində sıçrayış olmuş, sayğac 7155 rəqəmindən 98787 göstəricisinə dəyişmişdir” qeydiyyatı aparılmışdır. Aktın “Tələb” hissəsində “Sayğac yeni sayğacla əvəz olunsun, çıxarılan sayğac laboratoriya şəraitində yoxlanılsın” qeyd edilmişdir. İddiaçı aktın tərtibatında iştirak etməsinə baxmayaraq akta imza etməkdən imtina etməsi barədə enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən aktın müvafiq hissəsində imza edilməklə qeydiyyat aparılmışdır. “Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən İddiaçı elektrik enerjisindən qanunsuz istifadə etdiyi üçün sutkanın 24 saatı nəzərə alınmaqla 166 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 232.04 manat təşkil edən 2490 Kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır və dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci və 2-ci bəndlərinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir və hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3, 560.3.1 və 560.3.5.2-ci maddələrinin tələbinə görə qeyriqanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi və istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Həmin Qanunun 18-ci maddəsinin 2-ci bəndinə görə istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulmuş malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.33-cü bəndinin tələblərinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Aktın əsasında enerjitəchizatı müəssisəsi qeydə alınmamış elektrik enerjisinin miqdarını müəyyən edir və məişət abonentinə əlavə ödəniş sənədi yazır. Enerji təchizatı müəssisəsinin qərarına məişət abonentinin etiraz ərizəsi verməsi onu qoyulmuş müddətdə ödəniş sənədi üzrə elektrik enerjisinin haqqını ödəməkdən azad etmir. Məişət abonenti on gün müddətində əlavə ödəniş sənədi üzrə elektrik enerjisi haqqını ödəmədikdə, enerji təchizatı müəssisəsi bu qaydaların 8.31-ci bəndinə uyğun olaraq onu elektrik şəbəkəsindən aça bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “EEQ”-in 8.32-ci bəndinə əsasən “Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırılmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik saygacını zədələyərək onu sıradan çıxarılmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən iddiaçılar istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar uzrə dövlət rüsumu ödəməkdən azad edilirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC-nin təsisi etdiyi “Mərkəzi Aran” RETSİ-in struktur tərkibində fəaliyyət göstərən X2 əməkdaşları tərəfindən elektrik istehlakçıları tərəfindən elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilən zaman sayğacda daxili gücün artması nəticəsində sıçrayış olması nəticəsində idiaçının abonent koduna 232.04 manat borc yazılmış, iddiaçı yaranmış borcdan ödəniş etdikdən sonra 166.94 manat məbləğində borcu qalmışdır. Aşkar edilmiş yararsız elektrik hesablama sayğacının quraşdırılaraq enerjidən həmin sayğac vasitəsi ilə qanunsuz istifadə edilməsi nəticəsində iddiaçıya hesablanmış borc əsassızdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının **********00177 nömrəli abonent koduna əsassız hesablanmış 166.94 manat məbləğində borc silinməli, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı 8**********00177 nömrəli abonent koduna əsassız hesablanmış 166.94 (bir yüz altmış altı manat doxsan dörd qəpik) manat borc silinsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-974/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-974/2022
15.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver