Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-998/2023 13.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı yaşayış evi və sahəsindən mülkiyyət və istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış evi və sahəsindən mülkiyyət və istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı 21 oktyabr 2007-ci il tarixdı evlənmişlər. Birgə nikahlarından 3 uşaqları doulmuşdur. Birgə yaşadıqları dövrdə birlikdə mehriban yaşamışlar və münasibətləri normal olub. Aralarında heç bir problem olmamışdır. Bir neçə ildir ki, cavabdehlə münasibətləri pozulmuşdur. Ağdaş Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(014)-155/2023 saylı qərarı ilə nikahları pozulmuş, oğlanları Məmmədov Nuran və Məmmədov Şəhriyar iddiaçının, qızı Məmmədova Sevgi isə cavabdehin himayəsinə verilmişdir. Cavabdeh ilə birgə nikah dövründə tikdiyi yaşayış evi olan daşınmaz əmlakından cavabdeh iddiaçını məhrum etmişdir. Hazırda cavabdeh birgə nikah dövründə tikdiyi yaşayış evi olan əmlakını ona geri qaytarmaqdan imtina edir. İddiaçı da iki övladı ilə birlikdə qohumlarının evinə sığınmışdır. Buna görə də birgə nikah dövründə birgə əldə etdikləri mülkiyyətinin müdafiəsinin məhkəmə tərəfindən təmin edilməsi məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Ağdaş rayonu, Yenicə kəndində yerləşən iddiaçıya məxsus daşınmaz əmlak olan yaşayış evinə və istifadə hüququna 2000 (iki min) manat kompensasiya verilməklə xitam verilməsi, yaşayış evi və yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Ağdaş rayonu, Yenicə kəndində yerləşən özünə məxsus daşınmaz əmlak olan yaşayış evinə və yaşayış sahəsinə Cavabdeh yaşayış mülkiyyət və istifadə hüququna 4000 manat məbləğində kompensasiya verməklə xitam verilməsi, cavabdehin yaşayış evindən və yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək evdən çıxmayacağını bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komissiyasının Ağdaş rayon şöbəsi tərəfindən verilmiş 10 oktyabr 2014-cü il tarixli rəyin surətindən görünür ki, İddiaçı Ağdaş rayonu, Yenicə kəndi ərazisindın ona torpaq ayrılması üçün bələdiyyə müraciət etmiş və İddiaçı Ağdaş rayonu, Yenicə kəndi ərazisində 0,03 hektar torpaq sahəsi ayrılmasına etiraz edilməmişdir. İşin materiallarında olan Ağdaş rayon Yenicə bələdiyyəsi tərəfindən tərtib edilmiş 10 oktyabr 2014-cü il tarixli Protokol və Aktın surətindən görünür ki, Ağdaş rayonu, Yenicə kənd sakini İddiaçı bələdiyyə torpağından 0,03 hektar ev tikintisi üçün torpaq sahəsinin verilməsi qərara alınmışdır. İşin materiallarında olan torpaqların alqı-satqısına dair 2014-cü il tarixli aktın surətindən görünür ki, Ağdaş rayonu, Yenicə bələdiyyə ərazisində 0,03 hektar torpaq sahəsi İddiaçı satılmışdır. İşin materiallarında olan arayışın surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 saylı qərarına müvafiq olaraq Ağdaş rayonun Yenicə bələdiyyəsindən 0,03 hektar torpaq sahəsi İddiaçı satılmışdır. İşin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Ağdaş rayonu, Yenicə kəndi ərazisində yerləşən fərdi yaşayış evinin qiyməti 8000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə qeyd edir ki, konkret yaşayış sahəsindən istifadə hüququndan fayda həmin sahədə yaşamaqdan ibarətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinin 1-ci bəndinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarının 2-ci bəndinə əsasən məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin Qərarda göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir... Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Hazırkı iş üzrə isə məhkəmə tərəflərin birgə nikah dövründə iddiaçıya məxsus torpaq sahəsində tikdikləri tikilinin statusuna hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan tikili dövlət tərəfindən tanınmamış və dövlət qeydiyyatına alınmamışdır. Buna görə də həmin tikilinin ev və s. daşınmaz əmlak kimi məhkəmə tərəfindən qəbul edilməsi mümkün deyil. Həmçinin, həmin tikili dövlət qeydiyyatına alınmadığından, payların naturada ayrılması, ayrılmış payların dövlət qeydiyyatına alınması, payların naturada ayrılması mümkün olmayacağı təqdirdə hərracın dövlət qeydiyyatına alınmamış tikili barəsində keçirilməsi və nəticəsinin rəsmiləşdirilməsi də mümkün deyil. Buna baxmayaraq, həmin tikilinin maddi dəyəri mövcuddur ki, bu da birgə nikah dövründə əldə olunmuş vəsait kimi qiymətləndirilməlidir. İddiaçı tərəf tikilinin dəyərini əvvəlcə 2000 manat kimi göstərsə də, məhkəmənin sorğusu əsasında tikilinin qiymətinin 8000 manat olması müəyyənləşdirilmişdir. İddiaçı da bu məbləğin yarısını (birgə nikah dövründə əldə olunduğundan) cavabdehə ödəməyə etirazının olmadığını bildirmişdir. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, tərəflər 21 oktyabr 2007-ci il tarixdə evlənmişlər və iddiaçıya yaşadığı Ağdaş rayonu, Yenicə kənd bələdiyyəsi tərəfindən 0,03 hektar torpaq sahəsi verilmiş, iddiaçı həmin torpaq sahəsində ev tikdirmiş, lakin torpaq sahəsini və üzərində inşa etdirdiyi yaşayış evinə dair sənəd almamışları. Lakin cavabdehlə ailə münasibətləri pozulduqdan sonra cavabdeh iddiaçının həmin yaşayış evindən istifadə etməsinə maenələr törədir. İddiaçı hazırda cavabdehə kompensasiya ödəməklə cavabdehin yaşayış evindən çıxarılmasını tələb edir. Mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya kənd bələdiyyəsi tərəfindən verilməsinə baxmayaraq iddiaçı həmin yaşayış evini və torpaq sahəsini dpvlət qeydiyyatına aldırmadığından həmin yaşayış evinin və torpaq sahəsinin tərəflər arasında bölünməsi mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Ağdaş rayonu, Yenicə kəndində yerləşən İddiaçı məxsus torpaq sahəsinin üzərində inşa edilmiş daşınmaz əmlaka (yaşayış evinə və yaşayış sahəsinə) olan mülkiyyət hüququna 4000 (dörd min) manat kompensasiya verilməklə xitam verilsin və Cavabdeh həmin yaşayış evi və yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İdda tələbi təmin edilsin. Cavabdeh Ağdaş rayonu, Yenicə kəndində yerləşən İddiaçı məxsus torpaq sahəsinin üzərində inşa edilmiş daşınmaz əmlaka (yaşayış evinə və yaşayış sahəsinə) olan mülkiyyət hüququna 4000 (dörd min) manat kompensasiya verilməklə xitam verilsin və Cavabdeh həmin yaşayış evi və yaşayış sahəsindən çıxarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-998/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-998/2023
13.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver