Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-999/2022 15.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsalandırmışdır ki, 2022-ci ilin yanvar ayında "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona aid yaşadığı ünvanda sayğacına baxış keçirilmişdir. Bundan sonra AKT R № 245453 saylı 12 yanvar 2022-ci il tarixli akt tərtib edilərək aktda “sayğac yandırılmışdır” göstərilmişdir. Aktda qeyd edilənlər hamısı yalandır. Belə ki, o, 2021-ci ilin yay aylarında ailəsi ilə birlikdə Rusiya Federasiyasına getmiş və göstərilən ünvanda anası yaşamışdır. Anası göstərilən ünvanda tək yaşamışdır. Cərimə yazılan ünvanda sayğac küçədə yerləşir. O, Rusiya Federasiyasından 20 gün bundan əvvəl gəlmişdir. Ona həmin ünvanda qanunsuz işıq işlətmək lazım deyil. Çünki həmin ünvanda 1 ildir yaşamır. O, hər ay istifadə etdiyi işığın dəyərini poçt və ya bank vasitəsilə ödəmiş və heç vaxt sayğaca müdaxilə etməmişdir. Göstərilən faktları anası "xxxx" əməkdaşlarına dəfələrlə desə də, narahat olmamasını və onlarlıq bir şey olmadığını bildirmişlər. Lakin bir neçə müddət keçəndən sonra sayğaca cərimə yazıb abonent koduna vurmuşlar və laboratoriyanın qərarına əsasən guya onun sayğaca müdaxilə etdiyi yazılmışdır. Yaşadığı ünvanda işıq sayğacına müdaxilə etməsi və sayğacı yandırması ağlabatan deyil. Onun həmin ünvanda yaşamadığına dair faktı iddiaya əlavə etdiyi xarici pasportundan da bilmək olar. Yaşadığı evinin qapısının çölünə quraşdırılan sayğaca o, cavabdeh dura bilmir. Atası 1-ci Qarabağ müharibəsi, özü isə 2-ci Qarabağ müharibəsi iştirakçısıdır. Belə ki, hər ay nəzarətçinin tərtib etdiyi məbləğə uyğun enerji haqqını ödəmiş və müvafiq olaraq qeydiyyat aparmışdır. Lakin sonradan ona 430 manat ödənilməmiş cərimə borcunun yaranmasına dair bildiriş göndərilmişdir. Onun tərəfindən elektrik sayğacına heç bir müdaxilə edilməmiş, "xxxx" ASC tərəfindən yazılanlar tam qanunsuzdur. Odur ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız hesablanaraq onun abonent koduna vurulmuş 430 manat borcun silinməsi tələbinə dair qətnamə çıxarılması xahiş edilir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, silinməsini tələb etdikləri 430 manat borcu tam olaraq ödəmişlər. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı Ağdaş şəhəri, H.Aslanov küçəsi 1/2-də yaşayan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “Azərişıq ASC-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız hesablanaraq onun abonent koduna vurulmuş 430 manat borcun silinməsinə dair” iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiası qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2022-ci il tarixdə “Mərkəzi Aran” RETSİ-nin əməkdaşları Ağdaş EŞ-nin Enerji satış şöbəsinin aparıcı mühəndisi A.Məmmədov, nəzarətçi mühəndis Q.Kazımov və elektrik mantyoru İddiaçı tərəfindən Ağdaş EŞ-nin xidməti ərazisinə daxil olan Ağdaş şəhəri, H.Aslanov küçəsində yaşayan elektrik enerjisi istehlakçıları tərəfindən X1 qaydalarını riayət edilməsi vəziyyətini yoxlayarkən İddiaçı məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına da baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacı qəsdən yandırdığı, sayğacın yerində olmadığı, sayğac olmadan şəbəkəyə qoşularaq X1 etməsi faktı aşkar edilmişdir. Aşkar edilmiş “Enerji pozuntu”su ilə əlaqədar enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən “EEİQ”na uyğun olaraq Akt R № 245453 saylı akt tərtib edilmişdir. Aktın “Pozuntu faktının qısa məzmunu” hissəsində “Baxış zamanı məlum oldu ki, sayğac bilərəkdən yandırılmışdır. Sayğac yerində yoxdur. Abonent sayğac olmadan şəbəkəyə qoşulub və birbaşa X1 edir” qeyd edilmişdir. “Tələb” hissəsində “Yeni sayğac quraşdırılsın, hesablanacaq məbləğ ödənilsin” qeyd edilmişdir. İddiaçı aktın tərtibatında iştirak etməsinə baxmayaraq akta imza etməkdən imtina etmişdir. Onun akta imza etməkdən imtina etməsi barədə enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən aktın müvafiq hissəsində imza edilməklə qeydiyyat aparılmışdır. İddiaçı barəsində X1yə görə hesabat aparılarkən Enerjitəchizatı müəssisəsi tərəfindən ona qarşı hər hansı bir hüquqa zidd və ya qərəzli hərəkətlərə yol verilməmişdir. Hesabat “Qaydalar”ın tələblərinə uyğun olaraq düzgün aparılmışdır. İddiaçı silinməsini tələb etdiyi 430 manat borcu tam olaraq ödəmişdir.Göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddia tələbi əsassızdır və buna görə də tamamilə rədd olunmalıdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İş üzrə şahid Məmmədəliyev Arif məhkəmə iclasında ifadə verərək “Mərkəzi Aran” RETSİ-də aparıcı mühəndis işlədiyini, xx.xx.2022-ci il tarixdə “Mərkəzi Aran” RETSİ-nin əməkdaşları nəzarətçi mühəndis Q.Kazımov və elektrik mantyoru İddiaçı ilə birlikdə Ağdaş EŞ-nin xidməti ərazisinə daxil olan Ağdaş şəhəri, H.Aslanov küçəsində yaşayan elektrik enerjisi istehlakçıları tərəfindən X1 qaydalarına riayət edilməsi vəziyyətini yoxlayarkən İddiaçı məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirdiklərini, baxış zamanı abonentin sayğacı qəsdən yandırdığı, sayğacın yerində olmadığı, sayğac olmadan şəbəkəyə qoşularaq X1 etməsi faktının aşkar edildiyini, aşkar edilmiş “Enerji pozuntu”su ilə əlaqədar tərəflərindən “EEİQ”na uyğun olaraq AKT RN № 245453 saylı akt tərtib edildiyini bildirdi. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə “Mərkəzi Aran” RETSİnin əməkdaşları Ağdaş EŞ-nin Enerji satış şöbəsinin aparıcı mühəndisi A.Məmmədov, nəzarətçi mühəndis Q.Kazımov və elektrik mantyoru İddiaçı tərəfindən Ağdaş EŞ-nin xidməti ərazisinə daxil olan Ağdaş şəhəri, H.Aslanov küçəsində yaşayan elektrik enerjisi istehlakçıları tərəfindən X1 qaydalarını riayət edilməsi vəziyyətini yoxlayarkən İddiaçı məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına da baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacı qəsdən yandırdığı, sayğacın yerində olmadığı, sayğac olmadan şəbəkəyə qoşularaq X1 etməsi faktı aşkar edilmişdir. Aşkar edilmiş “Enerji pozuntu”su ilə əlaqədar enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən “EEİQ”na uyğun olaraq Akt R № 245453 saylı akt tərtib edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.32-ci bəndinə əsasən Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən Ağdaş şəhəri, H.Aslanov küçəsi 1/2-də yaşayan İddiaçınnu yaşadığı fərdi yaşayış evinə “Mərkəzi Aran” RETSİ-nin əməkdaşları tərəfindən “X1 Qaydaları”na riayət edilməsi vəziyyəti yoxlanılarkən iddiaçı abonentin sayğacı qəsdən yandırdığı, sayğacın yerində olmadığı, sayğac olmadan şəbəkəyə qoşularaq X1 edilməsi aşkar olunmuş, bu barədə akt tərtib edilmiş və iddiaçıya 430 manat borc yazılmışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçının hesabına yazılmış 430 manat borc tam olaraq ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbi haqqında iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-999/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-999/2022
15.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver