Məhkəmə qərarları › İş №2(015)-1066/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1066/2025

27.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1066/2025 27.08.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı əsassız tətbiq edilən borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən əsassız hesablanmış 795,20 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Ağstafa şəhəri, 27-ci məhəllə ünvanında xüsusi mülkiyyətində yaşayış evi vardır. O, həmin mənzildə artıq 20 ildir ki, ailəsi ilə birlikdə yaşayır. Hər ay istifadə etdiyi elektrik enerjisinə görə ödənişlər etmişdir. Lakin buna baxmayaraq xx.xx.2025-ci il tarixdə əsassız olaraq ona "xxxx" ASC-nin nümayəndəsi tərəfindən 795,20 manat məbləğində cərimə tətbiq olunmuşdur. Belə ki, nəzarətçi sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, o, sayğaca gələn xəttin izolyasiya örtüyünü pozaraq xüsusi sıxaclar vasitəsi ilə evə kənar xətt çəkərək işlədiciləri şəbəkəyə qoşmuşdur. O, etiraf edir ki, xəttə müdaxiləsi bir gün əvvəl olmuşdur. Bunu həmin əməkdaşlara da bildirmişdir. Odur ki, "xxxx" ASC tərəfindən əsassız hesablanmış 795,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə bildirdi ki, heç bir şəxsə əsassız olaraq borc yazılmır. Belə ki, sayğaca həqiqətən müdaxilə edilmişdir.

5. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. 28 fevral 2025-ci il tarixli, 369183 saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən sayğacın giriş faz yuvasını birləşdirərək sayğacı dövrədən kənarlaşdırmışdır.

7. Abonentin saldosundan görünür ki, Ağstafa şəhər sakini İddiaçı ilə "xxxx" QSC arasında elektrik enerjisindən istifadəyə dair müqavilə mövcuddur. Belə ki, abonent kodu **********01713-dir.

8. İddiaçı adına olan **********01713 saylı abonentin saldosundan görünür ki, İddiaçı abonent hesabına “Qalıq və aktlar” əsasında 795,20 manat borc yazılmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" QSC-nin əməkdaşları tərəfindən İddiaçı aid elektrik sərfiyyatını hesablayan sayğaca baxış keçirilmiş, yoxlama aparılarkən sayğacın giriş faz yuvasını birləşdirərək sayğacı dövrədən kənarlaşdırmış, yoxlamanın nəticəsində onun barəsində 28 fevral 2025-ci il tarixdə akt tərtib edilmişdir. Həmin akt tərtib edilərkən iddiaçı da iştirak edərək akta imza etmişdir. Həmin akta əsasən İddiaçı 795,20 manat borc hesablanmışdır.Cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib olunmuş 28 fevral 2025-ci il tarixli, 369183 nömrəli akt tam qanuni və əsaslıdır. Bu hallar mübahisəsizdir, tərəflər bu halları təsdiq edir. Həmin akta əsasən cavabdeh tərəfindən ziyanın məbləği 795,20 manat müəyyən olunmuşdur. Hazırda iddiaçı qaz sayğacına heç bir müdaxilə etməməsini bildirərək, həmin borcun silinməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

11. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir.

12. Həmin Qaydaların 7.11-ci bəndinə görə mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır.

13. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

14. Məhkəmə qeyd edilən qaydaların bəndləri üzrə müqayisəli təhlil apararaq müəyyən etmişdir ki, həmin qaydalar dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Abonent tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib etməli və aktın bir nüsxəsini məişət abonentinə verməlidir.

15. Göründüyü kimi, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı adına olan yaşayış evində quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş, yoxlama aparılarkən sayğacın giriş faz yuvasını birləşdirərək sayğacı dövrədən kənarlaşdırılmasına müdaxilə olunması faktı aşkar olunduğundan cavabdeh təşkilatın əməkdaşları tərəfindən 28 fevral 2025-ci il tarixli, 369183 nömrəli akt tərtib edilmiş və həmin aktın surəti iddiaçıya təqdim olunmuşdur. Həmin akt qanunvericiliyin tələblərinə əsasən tərtib olunmuşdur.

16. Məhkəmə hazırlıq iclasında iddiaçının izahatından da müəyyən olundu ki, o, həqiqətən qaz sayğacına müdaxilə etmişdir. Lakin həmin müdaxiləni daha sonra özü ləğv etmişdir.

17. Göründüyü kimi, iddiaçı yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik daşıdığı halda həmin sayğaca müdaxilə etmişdir. Belə ki, elektrik sayğacını şəbəkəyə qoşmaq və ayırmaq iddiaçının vəzifələrinə daxil deyil.

18. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı cavabdeh tərəfindən əsassız yazılmış borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır.

Nəticə Hissə:

19. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar