Məhkəmə qərarları › İş №2(015)-11/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-11/2024

19.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-11/2024 19.02.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X*5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçının nümayəndəsi, vəkil X2, Cavabdeh* və onun nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı X6nın cavabdehlər Cavabdeh*, Ağstafa RİHB-nın Köhnəqışlaq kənd İƏD üzrə nümayəndəliyinə və maraqlı şəxs Ağstafa Notariat ofisinə qarşı vəsiyyətnamənin etibarsız sayılması, çıxarışın və vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : *. X6 (bundan sonra – iddiaçı) *964-cü ildə anadan olmuşdur. Ağstafa rayonu Köhnəqışlaq kəndində yaşamış X9 qızıdır. Qazaxıstan Respublikasının vətəndaşıdır.

2. Cavabdeh* (bundan sonra – cavabdeh) *964-cü ildə anadan olmuşdur. Ağstafa rayonu Köhnəqışlaq kəndində yaşayır. X* ilə nikah bağlamadan ailə münasibətində olmuşdur.

3. Ağstafa RİHB-nın Köhnəqışlaq kənd İƏD üzrə nümayəndəliyi (bundan sonra – ikinci cavabdeh) mübahisələndirilən vəsiyyətnaməni təsdiq edən tərəf kimi işə cəlb edilmişdir.

İ. Mülki mübahisənin mahiyyəti:

4. İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, mərhum atası X7 adından 23.02.20*6-cı il tarixdə verilmiş Ağstafa RİHB-nın Köhnəqışlaq kənd İcra nümayəndəliyində verilmiş vəsiyyətnamənin etibarsız sayılması, vərəsəlik hüququ əsasında verilmiş vəsiyyətnamənin və çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X*6 onun atasıdır. Atası 04.0*.2020-ci il tarixdə vəfat etmişdir. X*9 isə atası ilə rəsmi nikahda olmuşdur. Vəfat etdikdən sonra onun adına Ağstafa rayon Köhnəqışlaq kəndində, yəni 0,20 ha torpaq sahələri miras qalmışdır. Bundan başqa mərhum atası Ağstafa rayon Köhnəqışlaq kəndində 0,2029 ha torpaq sahəsi üzərində ümumi sahəsi 77,* kv.m olan fərdi yaşayış evi miras qalmışdır. Həmin miras əmlak tərəfindən qəbul edilmiş və mirasın qəbul edilməsi şəksiz nümayiş etdirilmişdir. Lakin miras əmlakı adına qeydə alınması vacib bilməmişdir. Belə ki, mərhum atasının anası ilə rəsmi nikahlarından 4 övladı olmuş və onların aralarında heç bir mülki mübahisə yoxdur. Hal-hazırda anası onunla birlikdə Qazaxıstan Respublikasında yaşayır. Cavabdeh onun atasının ikinci həyat yoldaşıdır və onların birgə yaşadığı dövrdə övladları dünyaya gəlməmişdir. Atası vəfat etdikdən sonra o, hazırki cavabdehə öz şəxsi evinə getməməyi və atasına məxsus yaşayış evində ölənədək yaşamağı məsləhət görüb ki, ev sahibsiz qalmasın. Bundan başqa cavabdehə məxsus Tovuz rayonu Xatınlı kəndində yaşayış evi vardır. İddiaçı 2022-ci ilin ortalarında həmişə olduğu kimi ata yurduna gəlib və miras əmlaka sahib çıxmaq üçün Ağstafa Rayon Məhkəməsinə müraciət edərkən ona bildirmişlər ki, iki qətnamə mövcuddur. Həmin qətnamələr ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, bu işlə bağlı vəsiyyətnamə mövcuddur. O, həmin vəsiyyətnamənin əminliklə saxta olduğunu bildiyi üçün Ağstafa RİHB-nın Köhnəqışlaq kənd İƏD üzrə nümayəndəliyinə yaxınlaşıb və qeydiyyat kitabının surətini verilməsini xahiş etmişdir. Qeydiyyat kitabının surətindən də göründüyü kimi, 04 saylı qeydiyyata alınan iş başqa adamın adına məxsusdur. Halhazırda iş üzrə cavabdeh ortaya vəsiyyətnamə çıxarıb ki, vəsiyyətnamədə 23.02.20*6-cı ildə atası tərəfindən şəxsən imzalanmaqla yazıldığı göstərilmişdir. Belə ki, həmin vəsiyyətnamə tərtib olunarkən mülki qanunvericiliyin tələblərinə əməl olunmayıb və saxta şəkildə tərtib olunmuşdur. Vəsiyyətnamə tərtib olunarkən notariat kontoruna məxsus blankdan istifadə olunmaqla şahid kimi tanımadığı şəxslər iştirak edib və vəsiyyatnaməni imzalayıb. Bu da qanuna zidd hərəkətdir. Hətta həmin vəsiyyətnamə mərhum atasının əvəzinə imza da atılmaqla, saxtalaşdırılmışdır. Eyni zamanda Ağstafa Rayon Məhkəməsinin *5 mart 202*-ci il tarixli, 2(0*5)-286/202* saylı və *7 noyabr 202*ci il tarixli, 2(0*5)-286/202* saylı qətnamələri ilə Əsəd Abbasovdan miras qalmış torpaq sahəsinə və yaşayış evinə cavabdehin vəsiyyət üzrə vərəsəlik payı müəyyən edilsə də, tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən Gəncə Apellyasiya Məhkəməsi qeyd edilən hər iki qətnamələri ləğv etmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmasını xahiş etmişdir.

İİ. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib göstərmişdir ki, onun atası ilə daimi əlaqəsi olmuşdur. Atasının evinə gələrək, onunla xoş münasibət saxlamışdır. Atasının cavabdeh ilə ailə münasibətində olmasından xəbəri var idi. Lakin atası heç zaman vəsiyyətnamə barədə fikir bildirməmişdir. Çünki, vəsiyyətnamə verilməmişdir. Vəsiyyətnamə saxtadır. O, vəsiyyətnaməni Kazaxıstan Respublikasında ekspertizadan keçirmiş və imza saxta olması təsdiq olunmuşdur. Cavabdeh saxta yolla vəsiyyətnamə əldə etmiş, daha sonra məhkəmə qətnamələri çıxarılmasına nail olmuş və mirası ələ keçirmişdir. İddia ərizəsində göstərilən əsaslarla iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

7. İddiaçının nümayəndəsi, vəkil X4 də məhkəmədə izahat verərək, hüquqi tərəfdən vəsiyyətnamənin qanunun tələblərini pozmaqla verildiyindən etibarsız sayılmasını məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyib göstərmişdir ki, o, *992-ci oldin X*6 ilə qeyri-rəsmi olaraq ailə qurmuş, həmin zaman onların evləri olmamışdır. Onlar ilkin olaraq qayını, yəni X7 qardaşının evində 4 gün qalmış, daha sonra qaynı qızının evində *0 gün yaşamışlar. Bundan sonra Tovuz rayonunda qohumunun evində yaşamağa davam etmişlər. Bir müddət sonra anası qardaşının həyətində ev tikib orada yaşamağı bildirmiş və onlar qardaşının həyətində bir otaq tikib orada qalmışlar. Bir müddət qaldıqdan sonra X*6 orada yaşaya bilməməsini, Ağstafa rayonunun Köhnəqışlaq kəndinə köçərək orada ev tikib yaşamalarını bildirmişdir. Onlar Ağstafa rayon Köhnəqışlaq kəndində ev tikənə kimi, Məhəmməd adlı şəxsin evində qalmışlar. Bundan sonra bir otaq tikərək orada yaşamışlar. O, X3 “atasının evindən pay istəyirsənsə gəl bura qeydiyyata düş və onunla yaşamasını” bildirsə də Gülnara evi bütövlükdə istəmişdir. İddiaçının həmin evə heç bir haqqı yoxdur. X*6 bir neçə dəfə uşaqları ilə əlaqə saxlayıb deyirdi ki, gəlin. Onlar isə deyirdilər ki, bizim orada kimimiz var biz oranı istəmirik. X*6 qaynının qızının adına evi rəsmiləşdirməsini bildirsə də sonuncu qəbul etməmişdir. Bu səbəbdən Əsəd evi ona vəsiyyət etmişdir. O, həmin evdə 30 ildir yaşayır və əziyyət çəkir, ev onun da haqqıdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmamasını xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, Vəkil iddia tələbini qəbul etməyib təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. *0. Məhkəmə iclasında cavabdeh Ağstafa RİHB-nın Köhnəqışlaq kənd İƏD üzrə nümayəndəsi X5 göstərmişdir ki, ** ildir ki, Ağstafa RİHB-nın Köhnəqışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsində işləyir. X8 vəsiyyatnaməsi 20*6-cı ildə tərtib edilmişdir. Təlimat ilə onlarda bütün notariat hərəkətlərini müavin həyata keçirir, o isə onu möhürü ilə təsdiq edir. İmza təsdiqi möhürdə müavinin ad və soyadı qeyd edilir, bu formada bütün nümayəndəliklər notarial hərəkətləri həyətə keçirir. Vəsiyyatnamə verilən zaman vətəndaş müraciət edir. O da vətəndaşa izah edir ki, iki nəfər qohum olmayan şəxsi şahid gətirdikdən sonra vəsiyyatnamə tərtib edilir. Həmin qaydada X*7 müraciət edərək idarədə vəsiyyatnamə tərtib edilmiş, həmin vəsiyyyatnamə tərtib edilərkən X*6, onun həyat yoldaşı Cavabdeh* və 2 nəfər şahid Həsənov Mayıl və Abbasov Adil olmuşlar. Bütün notarial hərəkətlərini müavin həyata keçirdikdən sonra öz möhürü ilə vəsiyyətnaməni möhürləmişdir. X*6 idarəyə yaxınlaşan zaman səhətində heç bir problem olmamış, onun səhhətində problemlər vəsiyyətnamədən 2 il sonra başlamışdır. O, Cavabdeh* ilə Əsəd Abbasovun nikahlarının olmadığını bilməmişdir. **. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə Ağstafa RİHB-nın Köhnəqışlaq kənd İƏD üzrə nümayəndəliyinə və maraqlı şəxs Ağstafa Notariat ofisinə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.

İİİ. Məhkəmə baxışının hədləri:

*2. Mülki Prosessual Məcəllənin: - *4.*-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 2*7.*-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

*3. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçının atası mərhum X*6 özünə məxsus Ağstafa rayonu Köhnəqışlaq kəndində yerləşən yaşayış evini və pay torpağını qeyri-rəsmi olaraq yaşadığı Cavabdeh* vəsiyyət etmiş, həmin vəsiyyətnamə 23.02.20*6-cı il tarixdə Ağstafa RİHB-nın Köhnəqışlaq kənd İcra nümayəndəliyində nümayəndənin müavini tərəfindən təsdiq olunmuşdur. Qeyd edilən vəsiyyətnamə təsdiq olunarkən Ağstafa rayonu Köhnəqışlaq kənd sakinləri X*0 və X*2 şahid qismində iştirak etmişlər. X*6 04 yanvar 2020-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən 0,2029 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 77,* kv.m olan yaşayış evi, JN-**4 kod 502*00*8 nömrəli Dövlət Aktı ilə 0,45 ha və torpağın mülkiyyətə verilməsinə dair JN-996A kod 502*00*8 nömrəli şəhadətnamə ilə 0,20 ha torpaq sahələri miras qalmışdır. *4. Əsəd Abbasovun vəfatından sonra Cavabdeh* ərizə ilə məhkəməyə müraciət edərək ondan miras qalmış yaşayış evinə və torpaq sahələrinə vəsiyyət üzrə vərəsəlik payının müəyyən edilərək müvafiq şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Ağstafa Rayon Məhkəməsinin *5 mart 202*-ci il tarixli, 2(0*5)- 286/202* saylı və *7 noyabr 202*-ci il tarixli, 2(0*5)-*0**/202* saylı qətnamələri ilə Əsəd Abbasovdan miras qalmış torpaq sahəsinə və yaşayış evinə Cavabdeh* vəsiyyət üzrə vərəsəlik payı müəyyən edilmişdir. Qətnamələr üzrə Cavabdeh* 20.*2.202*-ci il tarixli, 2V-464 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin *5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş *3.0*.2022-ci il tarixli, 262*0*9983 qeydiyyat nömrəli nömrəli çıxarış almışdır. Bundan sonra iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin qərardadları ilə Ağstafa Rayon Məhkəməsinin *5 mart 202*-ci il tarixli, 2(0*5)-286/202* saylı və *7 noyabr 202*-ci il tarixli, 2(0*5)-*0**/202* saylı qətnamələri ləğv edilərək ərizələr baxılmamış saxlanılmışdır. İddiaçı vəsiyyət verənin qızı olduğundan Mülki Məcəllənin Maddə aşağıda göstərilən normalarına əsasən onun birinci növbəli vərəsə kimi hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yaranmışdır. *5. Belə ki, Mülki Məcəllənin **59.*.*-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. *5.*. Həmin Məcəllənin *230-cu maddəsinə görə, qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. *6. Məhkəmə ilkin olaraq iddia tələbinin vəsiyyətnamənin etibarsız hesab olunmasına dair hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir. *7. Mülki Məcəllənin **79-cu maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. *7.*. “Yerli icra hakimiyyətləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 20*2-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş əsasnamənin 5.2-ci bəndində əsasən bu əsasnamənin 5.*-ci bəndində göstərilənlərə əlavə olaraq, inzibati ərazi dairəsi üzrə yerli icra hakimiyyəti başçısının nümayəndəsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını (o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq elektron qaydada) və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun *8-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərini aparır. *7.2. Göründüyü kimi, qanunla notariat hərəkətlərinin aparılması yerli icra hakimiyyəti başçısının nümayəndəsinə həvalə edilsə də, həmin tələblər pozularaq qeyd edilən hərəkətlər onun müavini tərəfindən aparılmışdır. Belə ki, notariat hərəkətlərinin aparılması yuxarıda qeyd edilən əsasnaməyə əsasən yerli icra hakimiyyəti başçısının nümayəndəsinə həvalə olunmuşdur. Lakin, hazırki vəsiyyətnamə tərtib və təsdiq edilərkən aparılan notariat hərəkətləri nümayəndə tərəfindən deyil onun müavini tərəfindən aparılmışdır. Yəni, vəsiyyətnamə səlahiyyəti olmayan şəxs tərəfindən tərtib və təsdiq olunmuşdur. Müavinə belə bir səlahiyyət verilməmişdir. Müavin yalnız bir halda, yerli icra hakimiyyəti başçısının nümayəndəsi məzuniyyətdə və ya digər səbəbdən işdə olmadığı halda müvafiq əmrlə onu əvəz etdiyi halda, müavin onun səlahiyyətlərini həyata keçirə bilər. Hazırki vəziyyətdə yerli icra hakimiyyəti başçısının nümayəndəsi işdə olduğu halda, müavin vəsiyyətnaməni təsdiq etmiş, yerli icra hakimiyyəti başçısının nümayəndəsi isə onu möhürlə təsdiqləmişdir. Halbuki, qanunvericilikdə bir səxs tərəfindən vəsiyyətnaməni təsdiq edərək imzalanması, digər şəxs tərəfindən möhürlənməsi nəzərdə tutulmamışdır. *7.3. Belə olan halda məhkəmə hesab edir ki, vəsiyyətnamə səlahiyyəti olmayan şəxs tərəfindən təsdiq edilməklə “Notariat haqqında” Qanunun *5-ci maddəsinin və ondan irəli gələn “Yerli icra hakimiyyətləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 20*2-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş əsasnamənin 5.2-ci bəndinin tələbləri pozulmuşdur. *8. Bundan başqa, “Notariat haqqında” Qanunun 43-cü maddəsinə əsasən notariusun və notariat hərəkətini aparan digər vəzifəli şəxsin apardıqları bütün notariat hərəkətləri notariat reyestrində qeyd edilməli və hər bir hərəkətə müstəqil nömrə verilməlidir. Notariat hərəkətlərinin qeydi üçün reyestrlərin, notariat şəhadətnamələrinin, əqdlərdə və təsdiq edilən sənədlərdə təsdiq qeydlərinin formalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. *8.*. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın *60-2-ci bəndinə əsasən vəsiyyətnamənin depozitə qəbul olunması, saxlandığı depozitin yeri, vəsiyyətnaməni təqdim edən şəxs tərəfindən onun geri götürülməsi, vəsiyyətnamənin mirasın açıldığı yerin notariusuna göndərilməsi, vəsiyyətnamənin məzmunu ilə maraqlı şəxslərin tanış edilməsi barədə məlumatlar notariat reyestrində qeyd edilir. *8.2. Məhkəmə, X*6 tərəfindən Cavabdeh* Ağstafa rayon Köhnəqışlaq kənd icra nümayəndəliyində verilmiş və 04 nömrə ilə qeydə alınmış 23 fevral 20*6-cı il tarixli vəsiyyətnamənin qeydiyyatdan keçməsinə dair reyestr jurnalı tələb olunaraq baxış keçirilmişdir. Jurnala keçirilmiş baxış zamanı isə vəsiyyətnamənin depozitə qəbul olunması, saxlandığı depozitin yeri, vəsiyyətnaməni təqdim edən şəxs barədə məlumatlara dair notariat hərəkətlərinin aparılması həmin reyestr jurnalında aşkar olunmamışdır. *8.3. Məhkəmə iclasında şahid qismində dindirilmiş X** ifadəsində göstərmişdir ki, o, 20*3-20*8-ci illərdə Ağstafa RİHB-nın Köhnəqışlaq kənd İƏD üzrə nümayəndəliyində müavin vəzifəsində işləmiş, hal hazırda isə orada mühasib vəzifəsində işləyir. X*4 Kərimovaya Ağstafa RİHB-nın Köhnəqışlaq kənd İƏD üzrə nümayəndəliyində vermiş olduğu vəsiyyətnamə onun tərəfindən hazırlanaraq imzlanmış və nümayəndəliyin möhürü ilə təsdiq olunmuşdur. Lakin vəsiyyətnamə hər hansı reyestr kitabına qeyd edilməmişdir. *8.4. Göründüyü kimi, vəsiyyətnamənin təsdiq edilməsi barədə aparılan notariat hərəkəti müvafiq reyestrdə qeyd edilməmiş və müstəqil nömrə verilməmişdir. Belə ki, vəsiyyətnamənin qeydə reyestr kitabında 03-04 nömrələri ilə qeyd edilməsi göstərilsə də nümayəndəliyin notariat hərəkətlərinin aparılmasına dair reyestr kitabına baxış zamanı həmin nömrələrdə, vəsiyyətnamənin qeydə alınması deyil, digər şəxslərin imzalarının təsdiq edilməsi qeyd olunmuşdur. Reyestrə, qeydə alınmamış notariat hərəkəti onun doğruluğnu, düzgünlüyünü şübhə altına alır. *9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*0 ifadəsində göstərmişdir ki, o, X*4 Kərimovaya vəsiyyətnamə verən zaman Ağstafa RİHB-nın Köhnəqışlaq kənd İƏD üzrə nümayəndəliyində şahid kimi olmasını, vəsiyyətnaməni icra nümayəndəsinin müavini Şəadət Əliyev təsdiqləməsini, vəsiyyətnamə tərtib və təsdiq edilərkən Cavabdeh* da orada iştirak etməsini bildirmişdir. *9.*. Məhkəmə iclasında iddiaçı tərəfin təqdim etdiyi videodiskə baxış keçirilmişdir. Çəkilişdən görünür ki, iddiaçı atasının evində olan zaman çəkiliş aparılıb. Ailəvi toplantı, masa arxasında, süfrə açaraq mehriban şəkildə söhbət edirlər, bağa gəzinti edirlər. Hətta cavabdeh çəkiliş zamanı bildirir ki, gəlin ata yurduna sahib çıxın, bu sizin evinizdir. Cavabdeh evə hər hansı bir iddiası olması barədə fikir bildirmir. Video çəkiliş vəsiyyətnamə verilməsindən sonrakı dövrdə aparılsa da, vəsiyyətnamə barədə söhbət açılmır. *9.2. Həmin Məcəllənin **80-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. *9.3. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 60-cı bəndinə əsasən xeyrinə əmlakın vəsiyyət olunduğu şəxs vəsiyyətnamə təsdiq olunarkən iştirak edə bilməz və vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə imzalaya bilməz. *9.4. Göründüyü kimi, vəsiyyətnamə tərtib olunarkən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozularaq xeyrinə vəsiyyət olunduğu şəxs olan Cavabdeh* vəsiyyətnamə tərtib və təsdiq edilərkən orada iştirak etmişdir.

20. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin **68-ci maddəsinə görə, vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. 20.*. İşin faktiki hallarında göründüyü kimi, barəsində mübahisə edilən vəsiyyətnamə tərtib olunarkən vəsiyyət edən şəxs orada iştirak etsə də qanunvericiliyə zidd olaraq vəsiyyətnamə vəsiyyət edən şəxs tərəfindən deyil, yerli icra hakimiyyəti başçısının nümayəndəsi tərəfindən tərtib edilmişdir. 2*. Bundan başqa, iddiaçı tərəfindən vəsiyyətnamədə olan imzanın Əsəd Abbasov tərəfindən imzalanmaması mübahisələndirildiyindən, həmin halın obyektiv həll olunması üçün mülki iş üzrə məhkəmə xəttşunaslıq ekpertizası təyin olunaraq müvafiq rəy alınmışdır. Məhkəməyə təqdim edilmiş ekspert rəyində imzanın Əsəd Abbasova aid olması göstərilsə də, həmin ekspertin rəyi kifayət qədər aydın və ya tam deyildir. Məhkəmə tərəfindən vəsiyyətnamənin qanunvericiliyin tələblərinə əsasən verilməməsi aşkar olunduğundan və onun həqiqiliyinə şübhə yarandığından əlavə ekspertizanın təyin edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd edilən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və sübutların qiymətləndirilməsi zamanı müəyyən edilmiş qaydalar üzrə qiymətləndiriləcəkdir.

22. Mülki Məcəllənin 329.*-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

23. Həmin Məcəllənin 334.*-ci maddəsinə əsasən Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 33*-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

24. Həmin Məcəllənin 337.*-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

25. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

26. Həmin Məcəllənin *225.*-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.

27. Həmin Məcəllənin *225.2-ci maddəsinə əsasən qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır.

28. Həmin Məcəllənin *225.3-ci maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.

29. Beləliklə məhkəmə yuxarıda qeyd olunan sübutlara və tətbiq edilməli olan maddi hüquq normalarına əsasən hesab edir ki, X*8 tərəfindən Cavabdeh* Ağstafa rayon Köhnəqışlaq kənd icra nümayəndəliyində verilmiş və 04 nömrə ilə qeydə alınmış 23 fevral 20*6-cı il tarixli vəsiyyətnamə verilərkən “Notariat haqqında” Qanunun, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın və Mülki Məcəllənin tələbləri pozulduğundan həmin vəsiyyətnamə etibarsız sayılmalıdır.

30. Bundan başqa, məhkəmə iddia tələbinin çıxarışın və vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi hissəsində isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 3*. Göründüyü kimi, Cavabdeh* 23 fevral 20*6-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, Ağstafa Rayon Məhkəməsinin *5 mart 202*-ci il tarixli, 2(0*5)-286/202* saylı və *7 noyabr 202*ci il tarixli, 2(0*5)-*0**/202* saylı qətnamələri ilə onun vəsiyyət üzrə vərəsəlik payı müəyyən edilmişdir. Bundan sonra həmin qətnamələr icra edilərək Cavabdeh* 20.*2.202*-ci il tarixli, 2V-464 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin *5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş *3.0*.2022-ci il tarixli, 262*0*9983 qeydiyyat nömrəli çıxarış almışdır. Bundan sonra iddiaçı tərəfindən Məhkəmə qətnamələri yuxarı instansiya məhkəməsində mübahisələndirilərək apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin qərardadları ilə Ağstafa Rayon Məhkəməsinin *5 mart 202*-ci il tarixli, 2(0*5)-286/202* saylı və *7 noyabr 202*-ci il tarixli, 2(0*5)-*0**/202* saylı qətnamələri ləğv edilərək ərizələr baxılmamış saxlanılmışdır. Yəni, çıxarışların və vərəsəlik haqqında şəhadətnamələrinin verilməsinə əsas olmuş məhkəmə qətnamələri ləğv edilmişdir. Bu səbəbdən həmin çıxarış və qanun üzrə vərəsəlik haqqında şəhadətnamələri ləğv edilməlidir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Həmin Məcəllənin **6.*-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər.

34. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən, iş üzrə keçirilmiş məhkəmə ekspertizası təqdiqatlarının dəyəri olan *26 manat məbləğində pul Cavabdeh* tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinədarlığı agentliyinin hesabına keçirilməlidir.

V. Nəticə:

35. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi :

İddia təmin edilsin. X*8 tərəfindən Cavabdeh* Ağstafa rayon Köhnəqışlaq kənd icra nümayəndəliyində verilmiş və 04 nömrə ilə qeydə alınmış 23 fevral 20*6-cı il tarixli vəsiyyətnamə etibarsız sayılsın. Cavabdeh* adına verilmiş 20.*2.202*-ci il tarixli, 2V-464 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin *5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş *3.0*.2022-ci il tarixli, 262*0*9983 qeydiyyat nömrəli nömrəli çıxarış ləğv edilsin. İş üzrə məhkəmə ekspertizası təqdiqatının dəyəri olan *26 (yüz iyirmi altı) manat məbləğində pul Cavabdeh* tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinədarlığı agentliyi, VÖEN *40*55507*, Kod 2*0005, м/h АZ4*NАBZ0*360*0000**********, SWİFТ. Bik: CТRЕАZ22, VÖEN *70032662*, hesab АZ34CТРЕ**********000208850* saylı hesabına keçirilsin Qətnamə rəsmi qaydada verildikdən sonra 0* (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar