Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-1116/2023 16.11.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X2 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evindən istifadə hüququna konpensasiya verilməsi yolu ilə xitam verilməsi və cavabdehlərin onlara məxsus əşyalarla birlikdə evdən və torpaq sahəsindən çıxarılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 hər birinin xeyrinə 2000 manat olmaqla, 4000 manat məbləğində kompensasiya verilməklə Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən yaşayış evindən istifadə hüququna xitam verilməsi, cavabdehlərə məxsus geyim əşyaları ilə birlikdə ona məxsus olan Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X1 məhkəməyə ərizə göndərərək iddiaçının cavabdehlərlə barışmaları səbəbindən iddia ərizəsinin baxılmamış saxlanılmaqla, iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılmasını qərardadda qeyd edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221301 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ03TURA******************** saylı hesaba 100 manat dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh buna etiraz etmədiyindən, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evindən istifadə hüququna konpensasiya verilməsi yolu ilə xitam verilməsi və cavabdehlərin onlara məxsus əşyalarla birlikdə evdən və torpaq sahəsindən çıxarılması tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalı, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221301 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ03TURA******************** saylı hesaba ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 114.1.3, 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evindən istifadə hüququna konpensasiya verilməsi yolu ilə xitam verilməsi və cavabdehlərin onlara məxsus əşyalarla birlikdə evdən və torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər İddiaçı qaytarılsın. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221301 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ03TURA******************** saylı hesaba ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Ağstafa rayonu üzrə Maliyyə şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-1116/2023
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-1116/2023
16.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver