Məhkəmə qərarları › İş №2(015)-1119/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1119/2023

21.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1119/2023 21.11.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X8 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı Ərizəçi, Cavabdeh nümayəndəsi X* iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ərizəçi xx.xx.2023-cü il tarixində Məhkəməyə müraciət edərək onun şəxsiyyət vəsiqəsində olan Ərizəçi əmək kitabçasında olan X3 ilə eyni şəxs olmaqla həmin sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı Ərizəçi tələbini müdafiə edib izahatında göstərdi ki, o, xx xxxxxxx *958-ci Qazax rayonu (indiki Ağstafa rayonu) Dağkəsəmən kəndində anadan olmuşdur. Şəxsiyyət vəsiqəsində və digər sənədlərdə adı Ərizəçi kimi qeyd edilmişdir. Lakin əmək kitabçasında adı Hürxan kimi qeyd edilmişdir. O, qayınanasına baxıb qulluq etdiyi üçün bu ona iş stajı kimi hesablandığından o, təqaüdə çıxmaq istəyir. Lakin şəxsiyyət vəsiqəsində olan adı ilə əmək kitabçasında olan adı uyğun olmadığı üçün onun xahişi təmin edilməmişdir. Şəxsiyyət vəsiqəsində olan Ərizəçi əmək kitabcasında olan X4 ilə eyni şəxs olmaqla həmin sənədlərin ona məxsus olması faktının müəyyən edilməsini istəyir. O, bu faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə 2* avqust 2023-cü il tarixli qərardadı ilə ərizəsi baxılmamış saxlamaqla ona iddia qaydasında müraciət etməsi izah edilmişdir. Ona görə də onun şəxsiyyət vəsiqəsində olan Ərizəçi əmək kitabçasında olan X3 ilə eyni şəxs olmaqla həmin sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddia tələbi əsassızdır. Ona görə də iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla Ərizəçi əmək kitabçasında adının səhvən “Hürxan”, soyadının “Quluyeva” olduğu halda səhvən yazılması faktının müəyyən edilməsi üçün kifayət qədər əsaslar aşkar edilməmişdir. Belə ki, ərizəçinin şəxsiyyət vəsiqəsində adı “Hürüxan”, soyadı “Quliyeva” olduğu göstərilmişdir. Göründüyü kimi ərizəçinin özünün məhkəməyə təqdim etdiyi sənəddə adı “Hürüxan”, soyadı “Quliyeva” kimi qeyd edilmişdir. Ərizəçi isə əmək kitabçasında adının səhvən “Hürxan”, soyadının “Quluyeva” olması barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu 307.2.5-ci maddəsindəki şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının, 307.2.**-ci maddəsindəki qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 6.2-ci bəndində əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi təmin oluna bilməz. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu iddiaçı Ərizəçi aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 2*6-220-ci, 307 və 3**-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu iddiaçı Ərizəçi aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 0* (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar