Məhkəmə qərarları › İş №2(015)-1120/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1120/2025

16.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1120/2025 16.09.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ağstafa Rayon Notariat ofisinə, müstəqil tələb irəli sürməyən X27, X4, X37, X14, X15, X20, X21, X6, X2, X28, X29 və X10 qarşı miras əmlakın faktiki qəbul olunmuş hesab edilməsi, miras əmlak üzərində bütövlükdə vərəsəliyin müəyyən olunması və vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Ağstafa Rayon Notariat ofisinə, müstəqil tələb irəli sürməyən X27, X4, X37, X14, X15, X20, X21, X6, X2, X28, X29 və X10 qarşı miras əmlakın faktiki qəbul olunmuş hesab edilməsi, miras əmlak üzərində bütövlükdə vərəsəliyin müəyyən olunması və vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum nənəsi X7 miras qalmış Ağstafa rayonu, Qırılı kəndində yerləşən, 1313 saylı reyestrdə qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evi üzərində bütövlükdə vərəsəliyin müəyyən olunması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1967-ci ildə Qazax rayonu, Qırılı kəndində anadan olmuşdur. Mərhum nənəsi X30 xx.xx.1996-cı ildə vəfat etmişdir. Belə ki, mərhum nənəsinə məxsus Ağstafa rayonu, Qırılı kəndində yerləşən, 1313 saylı reyestrdə qeydiyyat vəsiqəsi olmaqla fərdi yaşayış evi vardır. Onu uşaq vaxtdan mərhum nənəsi saxlamış və böyütmüşdur. Həmin əmlakı da xx.xx.1985-ci ildə ona vəsiyyət etmişdir. O, mirasın tək varisi kimi Ağstafa rayon Notariat ofisinə müraciət etmiş, lakin ona vərəsəlik şəhadətnaməsi verilməsindən imtina olunmuş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ağstafa rayon Qırılı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışla da təsdiq edilir ki, mərhum nənəsinin yeganə ailə üzvü kimi o, qeyd edilmişdir. Hazırda mərhum nənəsinə məxsus Ağstafa rayonu, Qırılı kəndində yerləşn fərdi yaşayış evində o, yaşayır, həmin əmlaka o sahiblik edir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi.

4. Cavabdeh Ağstafa Rayon Notariat ofisinə, müstəqil tələb irəli sürməyən X42, X11, X47, X31, X32, X38, X39, X16, X8, X43, X44 və X22 məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.

5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır.

6. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a)Mülki işin materialları:

7. İş materiallarında olan Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Qırılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 aprel 1996-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.1996-cı il tarixində ölmüşdür.

8. İş materiallarında olan Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Qırılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 171/g nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, mərhum X30 vəfat edən günə kimi Ağstafa rayonu, Qırılı kəndində yaşamış və vəfatından sonra yeganə vərəsəsi kimi İddiaçı qalmışdır.

9. İş materiallarında olan Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Qırılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiqlənmiş 25 fevral 1985-ci il tarixli vəsiyyətnamədən görünür ki, X40 bütün əmlakını, o cümlədən Ağstafa rayonunun Qırılı kəndində yerləşən 1 mərtəbəli, 1 otaqlı evini oğul nəvəsi İddiaçı vəsiyyət etmişdir.

10. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən verilmiş 08 aprel 2025-ci il tarixli 224 nömrəli məktubdan görünür ki, İddiaçı Ağstafa rayon Notariat ofisinə xx.xx.2025-ci il tarixdə ərizəsi daxil olmuşdur. Həmin ərizədə mərhum nənəsi- X23 məxsus miras əmlak qalmışdır. Həmin miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsini istəmişdir. Lakin nənəsi xx.xx.1996-cı il tarixdə vəfat etdiyindən vərəsəlik şəhadətnaməsi 2000-ci ilədək qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq verilməlidir. Bu səbəbdən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmuş və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

11. İş materiallarında olan Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Qırılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 204/g nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Ağstafa rayonunun Qırılı kəndində qeydiyyatdadır.

12. 31.07.2025-ci il tarixli Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon Qeydiyyat Şöbəsindən daxil olmuş 3-16-5/8- 8xx-xx/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub Məhkəməyə təqdim edilmişdir. X30 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və xx.xx.1939-cu ildə Ağstafa Rayon Qırılı kəndində anadan olmuş onun övladı Zeynalova Dilşadın doğum akt qeydi aşkar olunmuşdur.

13. 15.07.2025-ci il tarixli Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin 3-21-3-37/2-4704/2025 nömrəli 23 iyul 2025-ci il tarixli məktub Məhkəməyə təqdim edilmişdir. Məktubun məzmununa görə Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən keçmiş DTİ və MHQİ-si tərəfindən X12 ½ hissə və X33 ½ hissə adlarına Ağstafa rayonu, Qırılı kəndində yerləşən fərdi yaşayış evinə dair 932 invertar nömrəli texniki pasport tərtib edilmişdir.

14. Məhkəmə sorğusuna cavab olaraq, Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Qırılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 385/g nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X17 ailə tərkibi oğlu mərhum X48, mərhum X45 və mərhum X9 olmuşlar.

15. X18, X19, X5, X13, X1, X24, X34, X25, X26, X3 notarial qaydada təsdiqlənmiş və məhkəməyə təqdim edilmiş ərizələrindən görünür ki, onların nənələri X7 qalmış mirasa dair heç bir iddia və tələbləri yoxdur.

a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı mərhum nənəsi X30 xx.xx.1996-cı ildə vəfat etmişdir. O, vəfat etdikdən sonra ondan keçmiş DTİ və MHQİ-si tərəfindən 1313 nömrəli reyestrdə 932 inventar nömrəli texniki pasportla Ağstafa rayonu Qırılı kəndində yerləşən fərdi yaşayış evinin ½ hissəsi miras qalmışdır. X57 sağ olarkən Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Qırılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiqlənmiş 25 fevral 1985-ci il tarixli vəsiyyətnamə ilə bütün əmlakını, o cümlədən Ağstafa rayonunun Qırılı kəndində yerləşən 1 mərtəbəli, 1 otaqlı evini iddiaçıya vəsiyyət etmişdir. X30 vəfat etdikdən sonra ondan qalan miras əmlakı iddiaçı qəbul edərək faktiki idarə etməyə başlamışdır. İddiaçı vərəsə kimi Ağstafa rayon Notariat ofisinə müraciət etmiş, lakin ona vərəsəlik şəhadətnaməsi verilməsindən imtina olunmuş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.

a) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 17.Məhkəmə, ilk növbədə, miras əmlak toplusu ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 18.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 19.Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 20.Göründüyü kimi, İddiaçı mərhum nənəsi X30 xx.xx.1996-cı ildə vəfat etmişdir. O, vəfat etdikdən sonra ondan keçmiş DTİ və MHQİ-si tərəfindən 1313 nömrəli reyestrdə 932 inventar nömrəli texniki pasportla Ağstafa rayonu Qırılı kəndində yerləşən fərdi yaşayış evinin ½ hissəsi miras qalmışdır. 21.Bundan başqa məhkəmə miras əmlakın həm qanun, həm də vəsiyyət üzrə faktiki olaraq qəbul edilmiş hesab olunması tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 22.Qanunvericiliyin tələblərinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 23.Məhkəmə eyni zamanda qeyd edir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-nin 217.2). 24.Göründüyü kimi, X57 sağ olarkən Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Qırılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiqlənmiş 25 fevral 1985-ci il tarixli vəsiyyətnamə ilə bütün əmlakını, o cümlədən Ağstafa rayonunun Qırılı kəndində yerləşən 1 mərtəbəli, 1 otaqlı evini iddiaçıya vəsiyyət etmiş, vəsiyyət edən isə xx.xx.1996-cı ildə vəfat etmişdir. Bu səbəbdən hazırki mübahisə həmin zaman qüvvədə olan Mülki Məcəllənin maddi hüquq normalarına uyğun həll edilməlidir. 25.28.12.1999-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 26.Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 27.Həmin Məcəllənin 533-cü maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 28.Həmin Məcəllənin 537-ci maddəsinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. 29.Həmin Məcəllənin 545-ci maddəsinə əsasən vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir. 30.Göründüyü kimi, X57 sağ olarkən Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Qırılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiqlənmiş 25 fevral 1985-ci il tarixli yazılı formada verdiyi vəsiyyətnamə ilə bütün əmlakını, o cümlədən Ağstafa rayonunun Qırılı kəndində yerləşən 1 mərtəbəli, 1 otaqlı evini iddiaçıya vəsiyyət etmişdir. X30 vəfat etdikdən sonra ondan qalan miras əmlakı iddiaçı qəbul edərək faktiki idarə etməyə başlamışdır. Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Qırılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 171/g nömrəli xx.xx.2025-ci il tarixli arayışdan da mərhum X30 vəfat edən günə kimi Ağstafa rayonu, Qırılı kəndində yaşamış və vəfatından sonra yeganə vərəsəsi kimi İddiaçı qalmışdır. Eyni zamanda, X18, X19, X5, X13, X1, X24, X34, X25, X26 və X3 notariat qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, nənələri X7 qalmış mirasa dair heç bir iddia və tələbləri yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, X30 vəfat etdiyindən mirasın açıldığı vaxt onun vərəsələri isə miras əmlakla maraqlanmadığından, mirası faktiki olaraq qəbul edib idarə etmədiyindən, miras əmlakdan imtina etdiklərindən, İddiaçı isə həm qanun, həm də vəsiyyət üzrə vərəsəliyi qəbul etdiyindən miras əmlak üzrə pay ona çatmalıdır. 31.Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin arxiv məlumatlarna əsasən keçmiş DTİ və MHQİ-si tərəfindən 1313 nömrəli reyestrdə 932 inventar nömrəli texniki pasportla X7 miras qalmış Ağstafa rayonu Qırılı kəndində yerləşən fərdi yaşayış evinin ½ hissəsinə İddiaçı qanun üzrə vərəsəlik hüququ tanınmalı və həmin əmlak payına dair ona müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilməlidir.

Nəticə hissəsi:

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Keçmiş DTİ və MHQİ-si tərəfindən 1313 nömrəli reyestrdə 932 inventar nömrəli texniki pasportla X7 miras qalmış Ağstafa rayonu Qırılı kəndində yerləşən fərdi yaşayış evinin ½ hissəsi İddiaçı tərəfindən faktiki olaraq qəbul edilmiş hesab olunsun. Qətnamə əmlaka dair İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar