Məhkəmə qərarları › İş №2(015)-1121/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1121/2025

25.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1121/2025 25.11.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərinə qəyyum təyin olunması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, müəyyən etdi: Təsviri hissə:

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü il təvəllüdlü qardaşı X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və X3 üzərinə onun qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, ərizəçinin qardaşı X6 xx.xx.1983-cü ildə Qazax rayonu, Eynallı kəndində anadan olmuşdur. Qardaşı Tural ikinci dərəcəli əlildir və anadangəlmə dərin debil dərəcə emisonal pozğunluqla sol tərəfli hemiparez diaqnozu qoyulmuşdur. Atası və anası vəfat etmişdir. Hazırda qardaşına o, baxır. Xəstəlik diaqnozuna əsasən, kənar şəxsin köməyinə daim ehtiyacı vardır. Odur ki, xx.xx.1983-cü ildə Qazax rayonu Eynallı kəndində anadan olmuş qardaşı X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və X3 üzərinə onun qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib təmin olunmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə hazırlıq iclasında Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə bildirdi ki, Ərizəçi məhkəməyə müraciət etməmişdən əvvəl Komissiyaya qardaşını qəyyumluğa götürməklə bağlı şifahi müraciət etmiş, ona qardaşı Turalın 2-ci qrup əlil olduğu üçün məhkəmə qərarı olmadan onu qəyyum təyin edilməsi mümkün olmadığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Eyni zamanda məhkəmə-psixiatriya ekspertizasının rəyinə əsasən X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Ona görə də, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan Asğatafa RİHB-nın Eynallı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 258/g nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanda qeydiyyatdadır.

7. İş materiallarında olan Asğatafa RİHB-nın Eynallı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 260/g nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X6, ikinci qrup əlildir və Ağstaf rayonu, Eynallı kəndində qardaşı Ərizəçi himayəsində yaşayır.

8. İş materiallarında olan Qazax rayon, Köçəsgər kənd sovetliyi tərəfində verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1983-cü il tarixdə anadan olmuşdur.

9. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 2760 saylı rəyindən görünür ki, X1 ifadə olunmuş debillik dərəcəsində oliqofreniya davranış pozuntuları ilə aşkar olunur. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 psixi vəziyyətinə görə fəaliyyət qabilliyyəti olmayan hesab edilməsi üçün əsas vardır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin xx.xx.1983-cü il təvəllüdlü qardaşı X2 rayonu, Eynallı kəndində yaşayır. Qardaşı Ə.Vüsalın himayəsindədir. Qazax rayon, Köçəsgər kənd sovetliyi tərəfində verilmiş şəhadətnaməyə görə X6 xx.xx.1983-cü ildə anadan olmuşdur. X3 psixi vəziyyətinin, öz hərəkətlərinin mənasını başa düşübdüşmədiyinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilib-bilmədiyinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 2760 saylı rəyindən görünür ki, X1 ifadə olunmuş debillik dərəcəsində oliqofreniya davranış pozuntuları ilə aşkar olunur. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 psixi vəziyyətinə görə fəaliyyət qabilliyyəti olmayan şəxs hesab etməyə əsasların olduğu müəyyən edilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır.

13. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər.

14. Həmin Məcəllənin 319-cu maddəsinə görə hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir.

15. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.

17. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

18. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir.

19. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə tərəfindən ərizənin tam, hərtərəfli və obyektiv araşdırılması üçün X3 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətinin, öz hərəkətlərinin mənasını başa düşüb-düşmədiyinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilib-bilmədiyinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edildiyindən, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 2760 saylı rəyindən görünür ki, X1 ifadə olunmuş debillik dərəcəsində oliqofreniya davranış pozuntuları ilə aşkar olunur. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 psixi vəziyyətinə görə fəaliyyət qabilliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun üzərində ərizəçinin qəyyum təyin olunması üçün hüquqi əsaslar mövcud olduğundan ərizə təmin oluna bilər.

20. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir

22. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər.

Nəticə hissəsi:

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. xx.xx.1983-cü ildə Qazax rayonu Eynallı kəndində qeydiyyatda olan və yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə Ərizəçi, xx.xx.1983-cü il təvəllüdlü qardaşı X3 üzərinə qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar