Məhkəmə qərarları › İş №2(015)-114/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-114/2024

13.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-114/2024 13.02.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddiası üzrə mülki işə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər 2010-cu ildə el adəti ilə nilkaha daxil olmuş, xx.xx.2011-ci il tarixdə Ağstafa RİHB-nin Muğanlı kənd İƏDÜ-nün nümayəndəliyində 04 nömrə ilə rəsmiləşdirilmişdir. Birgə nikahından onların xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan müəyyən problemlər üzə çıxmış və münasibətləri kəskin şəkildə pisləşmişdir. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün uzun müddətdir ki, ayrı yaşayırlar. Qanunvericiliyin tələbinə görə tərəflər xx.xx.2023-cü il tarixində mediasiya sessiyasından keçərək, uşaqların kimin saxlanılması ilə bağlı razılığa gəlmişlər. İddiaçı cavabdeh ilə arasında bağlanılmış xx.xx.2011-ci il tarixli nikahın pozulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini bildirdi, eyni zamanda mediasiya prosesində uşaqların atada qalması ilə bağlı razılığa gəldiyini bildirərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah 07 mart 2011-ci il tarixdə Ağstafa rayon Muğanlı kəndi inzibati ərazi dairəsində bağlanılmış, bu barədə 04 nömrəli qeyd icra edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X1 anası Cavabdeh, atası isə İddiaçıdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞQ/1-00735 saylı barışıq sazişindən görünür ki, tərəflər arasında Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsində sadalanan məsələlərə dair saziş mövcuddur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 22.1-ci maddəsinə görə, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Tərəflər arasında bağlanılmış barışıq sazişi ilə xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X2 ataları İddiaçı yanında saxlanılması və aliment ilə bağlı razılıq əldə edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 14 iyul 2011-ci il tarixdə Ağstafa rayonu Düzqışlaq kəndi inzibati ərazi dairəsində akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmiş nikah pozulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 07 mart 2011-ci il tarixdə Ağstafa rayon Muğanlı kəndi inzibati ərazi dairəsində akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmiş nikah pozulsun. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar