Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1172/2025 02.12.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərinə qəyyum təyin olunması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, müəyyən etdi: Təsviri hissə:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-ci ildə anadan olmuş qızı X3 fəailiyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun üzərinə qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, ərizəçinin qızı xx.xx.1988-ci il təvəllüdlü X7 F71.1-orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu iQ 50 diaqnozu ilə xəstəsidir. O xx.xx.2021-ci ildə ailə qurmuşdur və onların bir uşaqları vardır. X8 da ruhi xəstəlikdən əziyyət çəkir. O, müxtəlif psixiatriya xəstəxanalarında müalicə alır. Onlar ruhi xəstə olduqları üçün uşağa da baxmaq iqtidarında deyillər. Ona görə də onun üzərində qəyyum təyin edilməlidir. Bunun isə yalnız məhkəmə qaydasında olması mümkündür.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə hazırlıq iclasında Ərizəçi ərizəsini müdafiə edib təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Məhkəmə hazırlıq iclasında Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 bildirdi ki, Ərizəçi məhkəməyə müraciət etməmişdən əvvəl Komissiyaya qardaşını qəyyumluğa götürməklə bağlı şifahi müraciət etmiş, ona qəyyum təyin edilməsi mümkün olmadığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
5. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-cı maddəsini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan Ağstafa RİHB-nın Qırılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 230/g nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanda qeydiyyatdadır.
8. İş materiallarında olan, Ağstafa Rayon Polis şöbəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur.
9. İş materiallarında olan, Səhiyyə Nazirliyinin xx.xx.2020 - ci il tarixli 88 nömrəli əmrinə əsasən bildirilmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü Ağstafa rayon sakini X7 (5E2PC2C) Gəncə Şəhər Psixiatriya X2 Komissiyası (HPK) tərəfindən müayinə olundu, ruhi-əsəb xəstəliyinə düçar olmuş şəxslərin elektron reyestrinə salınmış və tibbi rəy verilmişdir. Diaqnoz: F71.1 – Orta dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu.İQ 50-kimi qeyd edilmişdir.
10. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 698 saylı rəyindən görünür ki, X4 "Orta dərəcəli əqli gerilik, Nitqində qusur” müəyyən edilmiş, X7 “Orta dərəcəli əqli gerilik, Nitqində qusur” xəstəliyindən əziyyət çəkir, öz hərəkətlərinin mənasını başa düşmür. X7 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas vardır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin xx.xx.1988-ci il təvəllüdlü Ağstafa rayon sakini X1 rayonu, Qırılı kəndində yaşayır. Atası Ərizəçi himayəsindədir. X7 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. X3 psixi vəziyyətinin, öz hərəkətlərinin mənasını başa düşüb-düşmədiyinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilib-bilmədiyinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 698 saylı rəyindən görünür ki, X4 "Orta dərəcəli əqli gerilik, Nitqində qusur” müəyyən edilmiş, X7 “Orta dərəcəli əqli gerilik, Nitqində qusur” xəstəliyindən əziyyət çəkir, öz hərəkətlərinin mənasını başa düşmür. X7 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas vardır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
13. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır.
14. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər.
15. Həmin Məcəllənin 319-cu maddəsinə görə hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir.
16. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
18. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
19. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir.
20. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə tərəfindən ərizənin tam, hərtərəfli və obyektiv araşdırılması üçün X5 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətinin, öz hərəkətlərinin mənasını başa düşüb-düşmədiyinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilib-bilmədiyinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edildiyindən, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 698 saylı rəyindən görünür ki, X4 "Orta dərəcəli əqli gerilik, Nitqində qusur” müəyyən edilmiş. X7 “Orta dərəcəli əqli gerilik, Nitqində qusur” xəstəliyindən əziyyət çəkir, öz hərəkətlərinin mənasını başa düşmür. X7 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas vardır. X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun üzərində ərizəçinin qəyyum təyin olunması üçün hüquqi əsaslar mövcud olduğundan ərizə təmin oluna bilər.
21. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
23. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər.
Nəticə hissəsi:
25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. xx.xx.1988-cü ildə Ağstafa rayonu, Qırılı kəndində qeydiyyatda olan və yaşayan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə Ərizəçi, xx.xx.1988-cü il təvəllüdlü qızı X3 üzərinə qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova