Məhkəmə qərarları › İş №2(015)-1226/2024

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-1226/2024

19.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-1226/2024 19.09.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlu İddiaçı cavabdehlər Cavabdeh1, Ağstafa rayon Notariat ofisinə və Azərbaycan Respublikası (AR) İqtisadiyyat Nazirliyi (İN) yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə X1 qarşı “vərəsəlikdən məcburi payın müəyyən edilməsi və bağışlama müqaviləsinin ləğvi tələbi barədə” iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdi: İddiaçı xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 149.2.5-ci maddəsinə görə iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Göründüyü kimi, qanun iddia ərizəsinin məzmununda “sənədlərin” siyahısının göstərilməsini nəzərdə tutur. Hazırkı iddia ərizəsinə sənədlərin kserosurətləri əlavə edilmiş, lakin notarial qaydada təsdiq edilməmişdir. Məhkəmə qeyd edir ki, “sənədin surəti” deyiləndə sənədin əsli ilə düzgünlüyü təsdiq olunmuş əksi başa düşülür. Əgər sənədin əksinin sənədin əsli ilə düzgünlüyü təsdiq olunmursa o, sənədin surəti hesab olunmur. İddia ərizəsinə əlavə olunan kserosurətlərin əsli ilə düzgünlüyü təsdiq olunmadığından onlar adı çəkilmiş sənədlərin surəti hesab olunmur. Nəzərə alınmalıdır ki, sənədlər siyahısı iddia ərizəsinin məzmununa dair qanunun müəyyən etdiyi tələblərdən biridir. Odur ki, əgər iddia ərizəsinə hər hansı sənədin əsli və ya əsli ilə düzgünlüyü lazımi qaydada (notariat qaydasında) təsdiq olunmuş surəti əlavə olunmursa, buna baxmayaraq sənədlər siyahısında həmin sənədin və ya onun surətinin guya iddia ərizəsinə əlavə edildiyi göstərilirsə, bu artıq iddia ərizəsinin məzmununa dair qanunun tələbinin pozulmasıdır. Çünki, qanunun tələbinə görə sənədlər siyahısında yalnız o sənədlər göstərilə bilər ki, həmin sənədlər (və ya onların surəti) iddia ərizəsinə əlavə olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin qanunvericiliklə müəyyən olunmuş formasını və məzmununu müəyyən edən MPM-in 149-cu maddəsinin sənədlər siyahısı ilə bağlı tələbinə əməl etməmişdir. MPM-in 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki-Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Ağstafa rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə X1 qarşı “vərəsəlikdən məcburi payın müəyyən edilməsi və bağışlama müqaviləsinin ləğvi tələbi barədə” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar