Məhkəmə qərarları › İş №2(015)-136/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-136/2024

23.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-136/2024 23.01.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə qarşı “sənədin şəxsə aid olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, sənədin ona məxsus olması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1992-ci ildə hərbi xidmətə gtmişdir. Xidmət etdiyi ərazilər Qazax rayonu və Ağstafa rayonunun Köhnəqışlaq kəndi uğrunda gedən döyüşlərdə olmuşdur. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciətinə gələn xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyd edilir ki, nazirliyin müvafiq əmrlərində hər hansısa səbəblərdən onun ata adı bəzi sənədlərdə Zahad və Vahid oğlu kimi səhv göstərilmişdir. Bu səbəbdəndə onun sənədlərində problem yaranır. Bu səbəbdən Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 728 saylı arayışda Ərizəçi Vahid oğlu və həmin arayışda Ərizəçi Zahad oğlu, xx.xx.2023-cü il tarixli 2094 saylı arayışlarda göstərilmiş Ərizəçi Zahad oğlu və Ərizəçi Vahid oğlunun, yəni xx.xx.1972-ci il tarixdə anadan olmuş Ərizəçi məxsus olunması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında maraqlı tərəf Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 185.6-ci maddəsinə uyğun olaraq işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi idarəsi tərəfindən verilmiş Arxiv arayışında göstərilmişdir.. ”..Verilir Ərizəçi ondan ötrü ki, N () №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 5 №-li əmrində (atasının adı “vahid” yazılmışdır) siravi Ərizəçi Vahid oğlunun batalyonun ümumi siyahısına salınaraq bütün növ təminatlarla təmin olunması barədə məlumat vardır. Müdafiə Nazirliyinin xx.xx.1992-ci il tarixli 06 №-li əmrinə əsasən, həqiqi hərbi qulluq müddəti qutardığına görə, Ərizəçi ehtiyata tərxis olunduğundan hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 34№-li əmr ilə batalyonun ümumi siyahısından, bütün növ təminatlardan çıxarılaraq Qazax rayon Birləşmiş Hərbi Komissarlığının Sərəncamına göndərilmişdir. Əmrdə düzəliş etmək Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin səlahiyyətində deyil.” “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində qeyd olunub ki, Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin (MPM-nin) 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Göründüyü kimi Ərizəçi təvəllüdü ata adı “Zahid” olmasına baxmayaraq, onun bəzi hərbi sənədlərində yanlışlığa yol verilərək ata adı “Vahid” və “Zahad” kimi göstərilmişdir. Həmin yanlışlığın olması isə ərizəçiyə müharibə veteranı olması və müharibə veteranlığı vəsiqəsinin verilməsini mümkünsüz edir. Qeyd edilən yanlışlıq isə yalnız məhkəmə qaydasında aradan qaldırıldığından ərizəçinin xahişi təmin olunmalıdır. Ona görə də ərizə təmin edilməli, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi arxivinin xx.xx.2023-cü il tarixli 728 saylı və xx.xx.2023-cü il tarixli 2094 saylı arayışlarında qeyd olunan Ərizəçi Zahad oğlu və Ərizəçi Vahid oğlu ilə Ərizəçi eyni şəxs olması faktı təsdiq edilməlidir. MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin hazırkı qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi arxivinin xx.xx.2023-cü il tarixli 728 saylı və xx.xx.2023-cü il tarixli 2094 saylı arayışlarında qeyd olunan Ərizəçi Zahad oğlunun və Ərizəçi Vahid oğlunun Ərizəçi (Qazax rayonu, Oraq- Çəkic kəndində anadan olmuş və Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində qeydiyyatda olan, təvəllüd xx.xx.1972, ş/v AA № 0329410) olması faktı müəyyən olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar