Məhkəmə qərarları › İş №2(015)-139/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-139/2025

05.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-139/2025 05.05.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X26 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Ağstafa rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, çıxarışın və daşınmaz əmlakın alqı-satqı müqailəsinin ləğv edilməsi, vərəsəlik hüququ üzrə müddətin bərpa edilməsi, miras əmlakın qəbul edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, buraxılmış müddəti üzrlü hesab edilərək vərəsəlik hüququ üzrə müddətin bərpa edilməsi, Ağstafa rayonu, Muğanlı kəndində yerləşən atasına miras əmlak olaraq keçən və atası rəhmətə getdikdən sonra faktiki sahiblik və istifadə etdiyi əmlak üzrə, Cavabdeh2 tərəfindən cavabdeh əmisi Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və onun əsasında verilmiş çıxarışın və bundan sonra aparılmış bütün əməliyyatların ləğv edilməsi, Ağstafa rayonu, Muğanlı kəndində yerləşən əmlakın ½ hissəsində onun əmlak vərəsəlik və mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edib, buraxılmış müddəti üzrlü hesab edilərək vərəsəlik hüququ üzrə müddətin bərpa edilməsi, Ağstafa rayonu, Muğanlı kəndində yerləşən atasına miras əmlak olaraq keçən və atası rəhmətə getdikdən sonra faktiki sahiblik və istifadə etdiyi əmlak üzrə, Cavabdeh2 tərəfindən cavabdeh əmisi Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və onun əsasında verilmiş çıxarışın, çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh4 arasında Ağstafa rayon Notariat ofisində bağlanılmış xx.xx.2024-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Ağstafa rayonu, Muğanlı kəndində yerləşən əmlakın ½ hissəsində onun əmlak vərəsəlik və mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliyə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi). İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, X17 onun mərhum atası X11 anasıdır. X3 16 avqust 2003-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onun əmlakı ½ hissədə həmin evdə yaşayan əmisi X12 adına, digər ½ hissədə açıq saxlanılmışdır. Digər ½ hissədə açıq saxlanılan əmlaka isə atası X22 faktiki sahiblik etmişdir. X4 2016-cı il tarixdə, atası X22 2018-ci il tarixdə vəfat etmişdir. Atasının ölümündən sonra Ağstafa rayonu, Muğanlı kəndində yerləşən torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış sahəsinə o, faktiki sahiblik etmişdir. Belə ki, orada müəyyən təmir işləri, torpaq sahəsi üzərində müəyyən şəkildə təmizləmə işləri və sanitar qovşaq tikdirmişdir. Sonra isə pandemiya ilə əlaqədar rayona gediş-gəliş olmadığından işıqlandırma sistemi yarımçıq qalmışdır. ½ hissədə payı olan X32 rəhmətə getdikdən sonra onun orada yaşayan arvadı da Sabirabad rayonuna köçmüş bu səbəbdən daima əmlaka sahiblik və nəzarət etmişdir. Ağstafa rayonu Muğanlı kəndində yerləşən əmlakın ½ hissədə açıq saxlanılan hissəsinə dair vərəsəlik şəhadətnaməsinin alınması üçün Ağstafa rayon Notariat kontoruna müraciəti əsasında bilmişdir ki, nənəsindən atasına keçmiş ½ hissədə miras əmlak, Bakı şəhərində yaşayan həmin əmlaka heç bir hüququ olmayan başqa əmisi Cavabdeh1 vərəsəlik şəhadətnaməsi alaraq çıxarış əldə etmişdir. Əmisi Cavabdeh1 heç vaxt həmin əmlakda yaşamamış, hətta orada hansısa təmir və ya abadlaşdırma işləri aparmamışdır. X2 miras qalmış əmlaka dair qanunvericilikdə müəyyən olunmuş qaydada birinci növbədə vərəsə olduğu halda ikinci növbədə vərəsə əmisi Cavabdeh1 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi və onun əsasında mübahisəli əmlakın özgəninkiləşdirilməsi nəticəsində onun konstitusion hüquqları pozulmuşdur. Bu səbəbdən Məhkəməyə müraciət etmiş, Ağstafa Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(015)-45/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı mərhum nənəsi X5 miras qalmış əmlakı qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilmiş, Cavabdeh1 adına verilmiş 2V-220 reyestr nömrəli xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** saylı qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışın etibarsız etibarsız hesab edilməsi, X6 adına Ağstafa rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə, yəni X5 miras qalmış ümumi əmlakın yaşayış evinə aid 1/4 (dörddə bir) hissəsinə İddiaçı, 3/4 (dörddə üç) hissəsinə isə Cavabdeh1 qanun üzrə vərəsəlik hüquqlarının tanınması qət edilmiş, qətnamənin əmlak üzrə paylara dair İddiaçı və Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsas olduğu qeyd edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bundan sonra Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-2242/2023 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, ona izah edilmişdir ki, mərhum atas X11 miras qoyan X8 oğlu olmasını təsdiq edəbilən rəsmi sənədi əldə etdikdən sonra yenidən hazırki tələblə məhkəməyə müraciət etmək hüququ vardır. Atasının doğum haqqında şəhadətnaməsi itidiyinə görə doğum akt qeydinin bərpa edilməsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(006)-1735/2024 saylı qətnaməsi ilə ərizəsi təmin edilmişdir. Qətnamə əsasında doğum haqqında şəhadətnamədən arayışı Nəsimi rayon qeydiyyat şöbəsindən əldə etmiş və yenidən məhkəməyə müraciət etmək hüquqları yaranmışdır. Lakin Cavabdeh1 qanunsuz olaraq çıxarış almış və çıxarış əsasında həmin əmlakı xx.xx.2024-cüi il tarixdə X1. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, X18 vicdanlı alıcılı deyildir. Belə ki, əmlakın mübahisəli olmasını onun qardaşı və atasına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarını aldıqdan sonra bildirmişdir. Bu səbəbdən həmin müqavilə ləğv edilməlidir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməmiş və qeyd etmişdir ki, iddiaçının anası dəfələrlə onun oğluna zəng edərək “atana denən ev məsələsini həll etsin” demişdir. Bundan sonra o, 2020-ci ildə ev məsələsinə başlamışdır. O, yeganə varisdir. İddiaçı 18 yaşı tamam olanda hərbi xidmətdən yayınmaq üçün atası Rusiya Federasiyasına göndərmiş, uzun müddət Rusiya Federasiyasında yaşamış, nənəsinə heç bir xeyri olmamışdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etməmiş və qeyd etmişdir ki, o, mübahisəli əmlakı Cavabdeh1 20000 manat pul ödəyərək almışdır. Onun aldığı əmlakla bağlı məhkəmə mübahisəsi olmasını bilməmişdir. Sonradan həmin əmlakla bağlı iddiaçının mübahisə etməsindən məlumatı olmuşdur. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmamasını xahiş etmişdir Məhkəmə iclasının yeri və vaxtı barədə Ağstafa rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir Məhkəmə proses iştirakçılarının izahatlarını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qaraca Babanlı ilə Gühər Babanlının birgə nikahlarından Cavabdeh1, X19, X20 və X21 adlı 4 uşaqları anadan olmuşdur. Qaraca Babanlı xx.xx.1983-cü ildə, X16 xx.xx.2003-cü il tarixdə, X19 xx.xx.2016-cı il tarixdə, X20 xx.xx.2016-cı il tarixdə, X21 isə xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. X16 vəfat etdikdən sonra mirasın açıldığı vaxt sağ qalmış vərəsələri olan övladları varis kimi qalmışdır. İddiaçı 2023-cü ildə vərəsəlik hüququnun müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmiş və Ağstafa Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(015)-45/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı mərhum nənəsi X5 miras qalmış əmlakı qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilmiş, Cavabdeh1 adına verilmiş 2V-220 reyestr nömrəli xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** saylı qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışın etibarsız etibarsız hesab edilməsi, X6 adına Ağstafa rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə, yəni X5 miras qalmış ümumi əmlakın yaşayış evinə aid 1/4 (dörddə bir) hissəsinə İddiaçı, 3/4 (dörddə üç) hissəsinə isə Cavabdeh1 qanun üzrə vərəsəlik hüquqlarının tanınması qət edilmiş, qətnamənin əmlak üzrə paylara dair İddiaçı və Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsas olduğu qeyd edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Daha sonra apellyasiya şikayəti əsasında Gəncə Apellyasiya Məhkəməsində işə təkrar baxılmış və məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(104)-2242/2023 saylı qərardadına əsasən, iddiaçının atası X11 doğumu haqqında rəsmi sənəd məhkəməyə təqdim edilmədiyindən və nəticə etibarilə onun miras qoyanın qanun üzrə vərəsəsi olması müəyyən edilmədiyindən Ağstafa Rayon Məhkəməsinin 2(015)-45/2023 saylı mülki iş üzrə 12 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmış, İddiaçı izah edilmişdir ki, mərhum atas X11 miras qoyan X8 oğlu olmasını təsdiq edə bilən rəsmi sənədi əldə etdikdən sonra yenidən hazırki tələblə məhkəməyə müraciət etmək hüquqları vardır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1735/2024 saylı qətnaməsinin surətindən görünür ki, X11 xx.xx.1936-cı tarixdə Ağstafa rayonu Muğanlı kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilmiş və onun doğum haqqında akt qeydi bərpa edilmişdir. X15 doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Babanlı”, adı “Sabir”, ata adı “Qaraca”, doğum tarixi “xx.xx.1936-cı il”, doğum yeri “Ağstafa rayonu Muğanlı kəndi”, ata qrafasında “atası X14, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası X17, milliyyəti azərbaycanlı” kimi yazılmaqla, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilmişdir. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, Ağstafa rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evi X6 və onun oğlu X9 hər birinə 1/2 hissəsində mülkiyyətində olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan və ona əlavə olunmuş çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixli, Seriya RX ******* saylı çıxarışla X6 adına Ağstafa rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi, həmin yaşayış evinin 1/2 hissəsi isə X9 adına qeydiyyata alınmışdır. X6 ölümündən sonra ondan xx.xx.2019-cu il tarixli, Seriya RX ******* saylı çıxarışla Ağstafa rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinin ½ hissəsi miras qalmışdır. Hazırda iddiaçı nənəsi X5 miras qalmış əmlaka vərəsəlik hüququ ilə bağlı iddia qaldırmışdır. Belə olan halda isə X9 ½ hissəsi iddia predmetinə aid oluna bilməz. MM-nin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə miras əmlakın faktiki olaraq qəbul edilməsi və vərəsəliyin qəbul edilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Göründüyü kimi, Cavabdeh1 Muğanlı kənd İƏD üzrə nümayəndəliyindən arayış alıb notariat ofisinə təqdim etməklə X6 payına mirasa qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə etmişdir. Eyni zamanda X21 da faktiki olaraq miras əmlakı qəbul edərək idarə etməyə başlamış, onun vəfatından sonra isə oğlu İddiaçı miras əmlakı faktiki qəbul edərək idarə etməyə başlamışdır. Cavabdeh1 və İddiaçı hər ikisinin qeydiyyatlarının Bakı şəhərində olmaları və orada daimi yaşamaları onu deməyə əsas verir ki, hər iki şəxs miras əmlaka idarəçiliyi daimi həyata keçirməmişlər. Arabir Bakı şəhərindən gələrək miras qalan evdə yaşamaqla oranı idarə etmişlər. Evin açarı isə həmişə qonşuda olmuşdur. İddiaçının mirasın abadlaşması üçün müəyyən işlər görməsini, xüsusilə 2-3 il əvvəl dama dəmir list vurmasını, elektrik naqilləri çəkməsini cavabdeh təsdiq etmişdir. Lakin bildirmişdir ki, iddiaçı o işləri onun pulu ilə etmişdir. Məhkəmə bildirir ki, kimin vəsaiti hesabına işlərin görülməsinə dair heç bir sübut yoxdur, amma faktiki iddiaçı tərəfindən qeyd olunan işlərin görülməsi hər iki tərəfin izahatı ilə təsdiq olunur. Bu halda iddiaçının mirası faktiki idarə edilməsində iştirakı təsdiq olunur. Vərəsələr ayrı-ayrılıqda mirası faktiki qəbul etməklə və notariat orqanına ərizə verməklə sahiblik etmişlər. İddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülməsi onun qeyd etdiyi kimi, ailə vəziyyəti ilə, anasının xəstə olması ilə bağlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı münasibətdə qanunvericilikdə müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilməli, qanun üzrə vərəsələr olan Cavabdeh1 ilə yanaşı, İddiaçı da mirası qəbul etmiş hesab olunmalıdır. MM-nin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-nin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə vərəsələrin dairəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, MM-nin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən ölənin nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi, Qaraca Babanlı ilə Gühər Babanlının vəfatından sonra onların birinci növbəli vərəsələri Cavabdeh1, X19, X20 və X21 adlı 4 nəfər uşaqları qalmışdır. X19 xx.xx.2016-cı il tarixdə, X20 xx.xx.2016-cı il tarixdə, X21 isə xx.xx.2018-ci il tarixdə mirası qəbul etmədən vəfat etmişdir. Mirasın açıldığı vaxt miras qoyanın sağ qalmış vərəsəsi iş üzrə Cavabdeh1 olmuş, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq iş üzrə İddiaçı atası isə mirasın açıldığı vaxt sağ olmamışdır. Bu səbəbdən İddiaçı valideyninə çatası paydan bərabər miras almalıdır. Ona görə də hazırki mülki iş üzrə miras əmlakdan olan paylar birinci növbəli vərəsə kimi Cavabdeh1 və İddiaçı hər birinin özünün payına uyğun müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı nənəsi X5 qalmış miras əmlakdan vərəsəlik payı iddia etdiyindən, həmin hissə üzrə vərəsəlik payı müəyyən edilməlidir. X6 isə fərdi yaşayış evinin 1/2 hissəsinə mülkiyyət hüququ olmuşdur. Həmin yaşayış evinin digər 1/2 hissəsi isə X9 adına qeydiyyata alınmışdır. Cavabdeh1 sonradan həmin payı da vərəsəlik qaydasında əldə etmişdir. İddiaçı əmisi X10 qalan mirasdan vərəsəlik payına iddialı olmadığı üçün həmin hissəyə, iddia tələbi şamil edilmir. Yalnız nənəsi X5 qalmış miras əmlak üzrə vərəsəlik payı müəyyən edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin Cavabdeh2 tərəfindən cavabdeh əmisi Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və onun əsasında verilmiş çıxarışın, çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh4 arasında Ağstafa rayon Notariat ofisində bağlanılmış xx.xx.2024-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 2V-220 reyestr nömrəli xx.xx.2019-cu il tarixli şəhadətnaməsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, X6 vəfatından sonra Ağstafa rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi miras əmlak kimi qalmış iş üzrə Cavabdeh1 həmin miras əmlakı öz adına rəsmiləşdirmək üçün xx.xx.2018-ci il tarixdə Ağstafa rayon notariat orqanına müraciət etmişdir. Həmin müraciətinə isə Gühər Babanlının digər vərəsələrinin olmaması (gizlədilməsi) barədə Ağstafa RİHB-nın Muğanlı kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli arayışını, valideynlərinin nikah akt qeydinin aşkar olunmaması barədə Ağstafa rayon qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli arayışını, valideynlərinin ölüm haqqında şəhadətnamələrinin surətini, miras əmlaka dair çıxarışın və texniki pasportun surətlərini əlavə etmişdir. Onun təqdim etdiyi sənədləri və müraciəti əsasında notariat orqanı tərəfindən onun adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 2V-220 reyestr nömrəli xx.xx.2019-cu il tarixli şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnamə əsasında Cavabdeh1 adına çıxarış alaraq Cavabdeh4 arasında Ağstafa rayon Notariat ofisində bağlanılmış xx.xx.2024-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə əmlakı Cavabdeh4 20000 manata satmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Babanlı X24 rayonunun Muğanlı kəndində yerləşən 0.35 ha torpaq sahəsini və ümumi sahəsi 175.1 kv/m olan fərdi yaşayış evini Cavabdeh4 20000 manata satmışdır. Məhkəmə qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Qanunvericilik belə istisnaları müəyyən etməklə mülki dövriyyənin mürəkkəbləşməsinin və çətinləşməsinin qarşısını alır, dayanıqlığını və möhkəmliyini təmin edir. Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, yuxarıda qeyd olunduğu kimi, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Göründüyü kimi, Cavabdeh1 ilə Cavabdeh4 arasında Ağstafa rayon Notariat ofisində bağlanılmış xx.xx.2024-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi üzrə tərəflər öz öhdəliklərini yerinə yetirmişlər. Yəni satıcı qismində çıxış edən Nümayəndə satış predmeti olan torpaq sahəsini və fərdi yaşayış evini alıcı Cavabdeh4 mülkiyyətinə vermiş, sonuncu isə bunun müqabilində müqavilədə nəzərdə tutulan 20000 manat pul məbləğini ödəmişdir. Cavabdeh1 ilə Cavabdeh4 arasında alqısatqı müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanılmış, həmin zaman məhkəmə icraatında mübahisəyə dair iş olmamışdır. Hazırki iddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Yəni, həmin müqavilə bağlanarkən məhkəmə mübahisəsi olmamış, həmçinin Cavabdeh4 alqı-satqı müqaviləsi bağlanarkən aldığı əmlaklar barəsində əvvəllər məhkəmə mübahisəsinin olmasını bilməmiş, həmin halı iddiaçı da məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh4 qanuniliyi heç bir şübhə doğurmayan alqısatqı müqaviləsinə əsasən əmlakları vicdanla əldə etmiş və həmin torpaq sahəsini və fərdi yaşayış evini qanuni sahibindən pul ödəyərək əldə etmişdir. Bu səbəbdən Cavabdeh4 vicdanlı alıcı hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə hesab edir ki, Cavabdeh4 vicdanlı alıcı hesab edildiyindən, onun hazırda mülkiyyətçi kimi hüquqları dövlət tərəfindən müdafiə olunaraq qanunla qorunduğundan, onun vicdanlı alıcı kimi əmlak hüquqları təmin olunmalı, Ağstafa rayon Notariat ofisində bağlanılmış xx.xx.2024-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi Cavabdeh2 tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş çıxarış əsasında aparıldığından, iddia tələbi qeyd edilən sənədlərin ləğv olunması hissəsində təmin oluna bilməz. Lakin, məhkəmə qeyd edir ki, iddiaçı nənəsi X5 qalmış miras əmlakdan vərəsəlik payı iddia etdiyindən, həmin hissə üzrə vərəsəlik payı müəyyən edilməlidir. X6 isə fərdi yaşayış evinin 1/2 hissəsinə mülkiyyət hüququ olmuşdur. Həmin yaşayış evinin digər 1/2 hissəsi isə X9 adına qeydiyyata alınmışdır. Cavabdeh1 sonradan həmin payı da vərəsəlik qaydasında əldə etmişdir. İddiaçı əmisi X10 qalan mirasdan vərəsəlik payına iddialı olmadığı üçün həmin hissəyə, iddia tələbi şamil edilmir. Yalnız nənəsi X5 qalmış miras əmlak üzrə vərəsəlik payı müəyyən edilməlidir. Belə halda məhkəmə hesab edir ki, X6 adına Ağstafa rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə, yəni X5 miras qalmış ümumi əmlakın yaşayış evinə aid 1/4 (dörddə bir) hissəsinə İddiaçı, 3/4 (dörddə üç) hissəsinə isə Cavabdeh1 qanun üzrə vərəsəlik hüquqları tanınmalıdır. Miras əmlakın dəyəri isə 20000 manat müəyyən edilərək satıldığından, həmin məbləğ bütövlükdə Cavabdeh1 tərəfindən qəbul edildiyindən onun dəyəri üzrə vərəsəlik payları müəyyən edilməlidir. Nəzərə alınsa ki, X6 adına Ağstafa rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə, yəni X5 miras qalmış ümumi əmlakın yaşayış evinə aid 1/4 (dörddə bir) hissəsinə İddiaçı qanun üzrə vərəsəlik hüquqları tanındığından, həmin əmlak digər şəxsə satıldığından əmlakın dəyərinin iddiaçının payına düşən hisssəsi olan (20000:2=10000:4=2500) 2500 manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi qismən təmin edilsin. İddiaçı mərhum nənəsi X5 miras qalmış əmlakı qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilsin. X6 adına Ağstafa rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə, yəni X5 miras qalmış ümumi əmlakın yaşayış evinə aid 1/4 (dörddə bir) hissəsinə İddiaçı, 3/4 (dörddə üç) hissəsinə isə Cavabdeh1 qanun üzrə vərəsəlik hüquqları tanınsın. X6 adına Ağstafa rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə, yəni X5 miras qalmış ümumi əmlakın yaşayış evinə aid 1/4 (dörddə bir) hissəsinə İddiaçı qanun üzrə vərəsəlik hüquqları tanındığından, həmin əmlak isə digər şəxsə satıldığından əmlakın dəyərinin iddiaçının payına düşən hissəsi olan 2500 manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar