Məhkəmə qərarları › İş №2(015)-14/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-14/2023

23.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-14/2023 23.10.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi və məhkəmə iclasının katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı qanuni nümayəndəsi X*0, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF-nun) 20 saylı Regional Ərazi filialının Ağstafa qəbul şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsinin *5 saylı Tovuz Ərazi İdarəsinə qarşı “əvvəllər mövcud olmuş, hazırda cavabdeh tərəfindən hasarlanmış yolun zəbtdən azad olunaraq bərpa edilməsi, ara məsafəsi ilə bağlı müfəssəl qaydaların tətbiq olunaraq ara məsafəsi gözlənilməklə və qonşuluğun tənzimlənməsi tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər DSMF-nun 20 saylı Regional Ərazi filialının Ağstafa qəbul şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin *5 saylı Tovuz Ərazi İdarəsinə qarşı “əvvəllər mövcud olmuş, hazırda cavabdeh tərəfindən hasarlanmış yolun zəbtdən azad olunaraq bərpa edilməsi, ara məsafəsi ilə bağlı müfəssəl qaydaların tətbiq olunaraq ara məsafəsi gözlənilməklə və qonşuluğun tənzimlənməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 22 noyabr 20*9-cu il tarixdə X4 onun mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 73.7 kv.m torpaq sahəsində olan ümumi sahəsi 58 kv.m olan qeyri-yaşayış binasını notarial qaydada alqı-satqı müqaviləsi əsasında satın almışdır. Həmin qeyri-yaşayış binasının üzərində mülkiyyət hüququnu 04 mart 2020-ci il tarixində rəsmiləşdirərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən həmin qeyri-yaşayış binası üçün Çıxarış və Texniki Pasportu almışdır. X8 20 Yanvar küçəsində yerləşən iki binadan ibarət, 80 kv.m sahəsi olan metal-şüşə konustruksiyadan tikilmiş 4 saylı kitab mağazasını hansı ki, sonradan başqa şəxsə və 73.7 kv.m sahədə olan 58 kv.m köməkçi binadan isə ona satmışdır. Həmin iki binadan ibarət əmlakı X* idarə heyyətinin 2006-cı il 04 oktyabr tarıxlı 225 saylı qərarı ilə Azərittifaqın Kitab Ticarəti Birliyi “Azkoopkitab” üzrə 48 nömrəli əmrə əsasən 05 oktyabr 2006-cı il tarixli “Alqı-Satqı” müqaviləsinə əsasən almışdır. Azərittifaqın idarə heyyətinin 2006-cı il 04 oktyabr tarixli 225 saylı qərarı ilə Azərittifaqın Kitab Ticarəti Birliyi “Azkoopkitab” üzrə 48 nömrəli əmrə əsasən 05 oktyabr 2006-cı il tarixli “Alqı-satqı” müqaviləsinin surətlərindən görünür ki, X7 məxsus əmlak iki ayrı binadan, metal konstruksiyalı 4 saylı kitab mağazasından və ona satılmış yardımçı (anbardan) binadan ibarətdir. əvvəllər sözügedən mağaza və anbar arasında yüklərin daşınması üçün yol mövcud olmuşdur. Lakin sonradan X6 ahıl olmasında və bu kimi işlərdən anlayışının olmamasından istifadə edən cavabdeh tərəf və adiyyatlı qurumlar həmin yolu ləğv edərək cavabdeh təşkilatın ərazisinə qatmışlar. X2 ona satmış olduğu həmin qeyri-yaşayış binası DSMF-nun 20 saylı Regional Ərazi filialının Ağstafa qəbul şöbəsinin hasarlanmış həyətində yerləşir ki, tərəfindən giriş-çıxış onların icazəsi olmadan mümkün deyil. Tərəfindən cavabdeh təşkilata rəsmi müraciət etsə də, müraciəti qəbul olunmayıb. Bu səbəbdən həmin qeyri-yaşayış binasından istifadə edə bilmir və bu ona zərər verir. Məhkəmə qaydasında olmadan onların münasibətlərinə aydınlıq gətirilməsi qeyri-mümkündür. Ona görə də ona məxsus obyektə giriş-çıxışın təmin olunması üçün əvvəllər mövcud olmuş, hazırda cavabdeh tərəfindən hasarlanmış yolun zəbtdən azad olunaraq bərpa edilməsi, həmin yolu kəsən hasarın cavabdehin hesabına sökülməsi, ona məxsus obyektin divarından cavabdeh təşkilata məxsus ərazi arasında ara məsafəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20*4-cü il ** mart tarixli, 72 nömrəli qərarı ilə təsdiq edilmiş “ara məsafəsi ilə bağlı müfəssəl qaydaların” tətbiq olunaraq ara məsafəsi gözlənilməklə və qonşuluğun tənzimlənməsi, DSMF-nun 20 saylı Regional Ərazi Fililalının Ağstafa qəbul şöbəsinin Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestirindən çıxarışının və Texniki Pasportun ləğv olunması, yeni çıxarış və texniki pasportda yolun və ona məsus obyetin difarı ilə cavabdeh təşkilata məxsus ərazi arasında ara məsafəsi və sərhədlərin göstərilməsi ilə yeni çıxarışın və texniki pasportun hazırlanması, bunlar mümkün olmadıqda isə torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək üçün daimi servitutlar müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qanuni nümayəndəsi X*3 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh DƏDRX-nin *5 saylı Tovuz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM-nin) *85.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirib hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Ağstafa şəhəri 20 Yanvar küçəsi 25 ünvanında yerləşən sahəsi 58 kv.m qeyri-yaşayış binası xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin *0/**0 saylı 03 aprel 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi *5 saylı Tovuz ərazi İdarəsi tərəfindən 2*.*0.2022-ci il tarixli 223720003*00 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən İddiaçı yol kimi iddia etdiyi ərazi elektron məlumat bazasına əsasən Dövlət mülkiyyəti kimi qeydiyyata alınmış registr nömrəsi 00*98902 olan çıxarışda torpaq sahəsinin daxilində yerləşdiyi göstərilmişdir. İddiaçının tələbindən görünür ki, ünvan 1 ünvanında yerləşən 73.7 kv.m torpaq sahəsində olan ümumi sahəsi 58 kv.m olan qeyri-yaşayış binasını notarial qaydada alqısatqı müqaviləsi əsasında satın almışdır. Həmin qeyri-yaşayış binasının üzərində mülkiyyət hüququnu 04 mart 2020-ci il tarixində rəsmiləşdirərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən həmin qeyri-yaşayış binası üçün Çıxarış və Texniki Pasportu almışdır. Lakin həmin mülkiyyətində olan əmlaka gediş-gəliş yolu yoxdur. Mübahisəli qeyri yaşayış binasına əvvəllər gediş gəliş yolu olmuşdur, lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi *5 saylı Tovuz ərazi İdarəsi həmin mübahisəli ərazini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun adına dövlət qeydiyyatına almışdır. Ona görə də xüsusi mülkiyyətdə olan qeyri yaşayış binasına gediş-gəliş yolununun olmaması onun hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *70.*-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Mülki Məcəllənin *70.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Mülki Məcəllənin 255.*-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Mülki Məcəllənin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Həmin Məcəllənin 255.5-ci maddəsinə əsasən mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir. Həmçinin Torpaq Məcəlləsinin 54-cü maddəsinə əsasən torpaq sahəsi üzərində servitut bir və ya bir neçə qonşunun (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Mülki iş materiallarında məhkəmə tərəfindən verilən sorğuya cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin *5 saylı Tovuz Ərazi İdarəsi tərəfindən üvnanlanmış məktubdan görünür ki, yol kimi iddia edilən ərazi dövlət mülkiyyətindədir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DSMF-nun * saylı X5 balansındadır. Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 20*9-cu il 30 sentyabr tarixli 9*23 nömrəli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi yaradılmışdır. Belə olan halda hazırki iddia iddiaya cavab verməli olmayan şəxslərə qarşı verildiyindən tələb onlara qarşı yönəldilə bilməz. Bundan başqa, mülki iş materiallarından da müəyyən olunur ki, yol kimi iddia edilən ərazi dövlət mülkiyyətində olmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DSMFnun * saylı X5 balansındadır. Beləliklə, iddia ərizəsində göstərilən “ünvan 2 ünvanındakı daşınmaz əmlak (qeyri yaşayış binası və torpaq sahəsi) üzərində iddiaçının hüquqları müəyyən olunsa da, lakin mübahisə edilən giriş-çıxış yolunun mülkiyyətçisinin kimin olması ilə bağlı heç bir sübüt təqdim edilməmişdir. Belə vəziyyətdə iddiaçının qeyri yaşayış binasına giriş-çıxış yolunun verilməsini tələb etmək hüququ yoxdur. Məhkəmə, habelə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan *00 manat məbləğində pul İddiaçı qanuni nümayəndəsi X9 tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN *40*55507*, Kod 2*0005, m/h AZ4*NABZ0*360*0000**********, SWİFT. Bik: CTREAZ22, VÖEN *70032662*, hesab AZ34CTRE**********000208850* saylı hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 2*6-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər DSMF-nun 20 saylı Regional Ərazi filialının Ağstafa qəbul şöbəsinə və DƏDRX-nin *5 saylı Tovuz Ərazi İdarəsinə qarşı “əvvəllər mövcud olmuş, hazırda cavabdeh tərəfindən hasarlanmış yolun zəbtdən azad olunaraq bərpa edilməsi, ara məsafəsi ilə bağlı müfəssəl qaydaların tətbiq olunaraq ara məsafəsi gözlənilməklə və qonşuluğun tənzimlənməsi tələbi barədə” iddiası təmin edilməsin. İş üzrə ekspertiza xərcini təşkil edən *00 (bir yüz) manat məbləğində pul İddiaçı qanuni nümayəndəsi X9 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN *40*55507*, Kod 2*0005, m/h AZ4*NABZ0*360*0000**********, SWİFT. Bik: CTREAZ22, VÖEN *70032662*, hesab AZ34CTRE**********000208850* nömrəli hesaba ödənilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar