Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-148/2024 21.02.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X12 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs1 və maraqlı tərəf Maraqlı şəxs2 başçısı yanında “Qəyyumluq və Himayəçilik komissiyasına” qarşı uşağın onun himayəsində olması faktının təsdiq edilməsi tələbinə dair iddiası üzrə mülki işə qapalı məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 ilə mərhum X3 arasında olan birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X4 onun himayəsində olması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ərizəçi iddia tələbini müdafiə edib göstərdi ki, Maraqlı şəxs1 onun qızıdır. Aidə isə Sadənin qızı, onun isə nəvəsidir. Sadənin həyat yoldaşı Samir 2014-cü ildə vəfat etmişdir. Aidəni uşaq vaxtından o saxlayır. Qızı artıq 4 ildir ki başqa bir şəxs ilə ikinci dəfə ailə qurmuş və Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yaşayır. Nəvəsinə verilən pulu qızının ikinci həyat yoldaşı alır. Uşaq məktəbə gedir və o, uşağın ehtiyaclarını təmin edə bilmir, yalnız 300 manat pensiya ilə dolanırlar. Uşağın təqaüd kartının alınıb ona verilməsini istəyir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı tərəf Maraqlı şəxs2 başçısı yanında “Qəyyumluq və Himayəçilik komissiyasının” nümayəndəsi X8 bildirdi ki, iddiaçının işi ilə bağlı dəfələrlə onların evində olmuşlar. Onun qızını dəfələrlə komissiyaya çağırmışlar. İddiaçının qızı yeni həyat qurmuş və onun həyat yoldaşının psixi durumu var. Əvvəllər də nənəsi uşağın himayəsində qalması ilə bağlı iddia qaldırmışdır. Uşaq anası yox nənəsi ilə qalmış, onlar da rəy vermişlər ki, uşaq nənəsini istəyir, nənəsinə bağlıdır, anansını isə ümumiyyətlə istəmir. Elə o vaxtdan uşaq nənəsi ilə yaşayır. Uşağın atası rəhmətə getdiyinə görə dövlətin verdiyi 120 manat müavinəti Sadənin ikinci həyat yoldaşı sələmə qoymuşdur. Onlar dəfələrlə dəvət edib, kartın uşağın olmasını bildirsələr də, kartı gətirib onlara vermiş, daha sonra kartı bağladıb yeni kart almışlar. Uşaq halhazırda məktəbdə oxuyur, uşağın davamiyəti və oxumağı yaxşıdır. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə cavabdeh Maraqlı şəxs1 və maraqlı tərəf Maraqlı şəxs2 başçısı yanında “Qəyyumluq və Himayəçilik komissiyasının” nümayəndəsinə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, Maraqlı şəxs1 iddiaçının qızıdır. xx.xx.2009-cu il təvəllüdlü X1 qızı, iddiaçının isə nəvəsidir. Aidənin atası X6 10 avqust 2014-cü ildə vəfat etmişdir. Sadə başqa bir şəxs ilə ikinci dəfə ailə həyatı qurmuş və Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yaşayır. Aidə hal-hazırda nənəsinin yanındadır. Maraqlı şəxs1 Ağstafa Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 30 noyabr 2009-cu il tarixdə anadan olmuş X9 adlı uşağının cavabdehlər Ərizəçi, X7 və X2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 2(015)-12/2022 saylı, 23 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən Maraqlı şəxs1 apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(104)-1553/2022 saylı qətnaməsi ilə Ağstafa Rayon Məhkəməsinin 2(015)- 12/2022 saylı, 23 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq 30 noyabr 2009-cu ildə Maraqlı şəxs1 doğulmuş X9 adlı uşağın cavabdehlər Ərizəçi, X7 və X2 alınaraq, anası Maraqlı şəxs1 verilməsi qət edilmişdir. Ərizəçi Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 4954/2022 saylı qərarı ilə Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(104)- 1553/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Göründüyü kimi, hazırki mübahisə predmeti üzrə Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı var. Qeyd olunan məhkəmə qətnaməsi icra olunmalıdır. Uşağın nənəsinin yanında qalması faktının məhkəmə tərəfindən təsdiqlənməsinə zərurət yoxdur. Çünki, uşaq nənədən alınıb anasının himayəsinə verilməlidir. Bu icra qaydasında həll olunmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, uşağın nənəsinin yanında qalması faktının məhkəmə tərəfindən müəyyən edilməsinin nə məqsədlə lazım olmasının əsaslarını bildirməmişdir. AR MPM-nin 310.-ci maddəsində göstərilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs1 və maraqlı tərəf Maraqlı şəxs2 başçısı yanında “Qəyyumluq və Himayəçilik komissiyasına” qarşı uşağın onun himayəsində olması faktının təsdiq edilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs1 və maraqlı tərəf Maraqlı şəxs2 başçısı yanında “Qəyyumluq və Himayəçilik komissiyasına” qarşı uşağın onun himayəsində olması faktının təsdiq edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-148/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-148/2024
21.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver