Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1484/2025 29.01.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı əsassız tətbiq edilən borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə binasında məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, barəsində olan "xxxx" ASC-nin Qərb RETSİ-nin tətbiq edilən əsassız yazılan 2970 (iki min doqquz yüz yetmiş) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağstafa şəhəri, H.Əliyev prospektində yerləşən ona məxsus obyektə "xxxx" ASC Bakı nümayəndələri tərəfindən 30 iyun 2025-ci il tarixdə 005689 saylı akt tərtib edilmişdir. Akta əsasən 2970 manat əsassız cərimə yazılmışdır. Yazılan kənar xəttdən onların məlumatı yoxdur. Belə ki, onlar heç bir zaman kənar xəttdən istifadə etməmişlər. Akt tərtib olunan zaman haqlı olduğu üçün imza atmaqdan imtina etmişdir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (qızı) Nümayəndə1 iddia tələbini müdafiə edib ifadəsində göstərdi ki, Ağstafa şəhərində onlara məxsus olan obyektə Cavabdeh-nin nümayəndələri tərəfindən cərimə yazılmışdır. Əsas olaraq kənar xəttin olması göstərilmişdir. Lakin onlar kənat xəttdən istifadə etməmişlər və kənar xəttin olmasından məlumatları olmamışdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyib ifadəsində göstərdi ki, 30 iyun 2025-ci il tarixində Cavabdeh-nin əməkdaşları tərəfindən iş üzrə İddiaçı məxsus obyektə baxış keçirilən zaman sayğacdan qanunsuz istifadə edilmə halı aşkar edilmişdir. Bununla əlaqədar olaraq hesabat aparılmış, akt tərtib edilmişdir. Nəticədə 180 gün üçün itirilmiş enerjinin bərpası məqsədi ilə 2970 manat hesabat aparılmışdır. Sayğaca baxış keçirilən zaman aşkar edilmiş pozuntuların video çəkilişi aparılmışdır. Həmin video çəkilişdə də sayğacdan kənar xətt aparılması öz əksini tapır. İddiaçının istifadə etdiyi sərfiyyatdan 3467,79 manat borcu yaranmışdır. Həmin borcun 2970 manat məbləği akta görə hesablanmışdır. Hazırda iddiaçı sərfiyyat borcunu ödəmiş, lakin aktla hesablanan 2970 manat borcu ödəməmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddia tələbinin rədd olunmasını xahiş etdi. İddiaçı və onun nümayəndəsi Nümayəndə1 sonuncu məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə baxış iclaslarına gəlməmiş, iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı və cavabdeh tərəfin nümayəndələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş 30 iyul 2025-ci il tarixli, 005689 nömrəli aktdan görünür ki, 30 iyul 2025-ci il tarixdə "xxxx" ASC-nin təsis etdiyi Qərb regional Enerji Təchizatı və Satışı İdarəsinin (Qərb RETSi) əməkdaşları tərəfindən Cavabdeh-nin proqram bazasında **********5 saylı istehlakçı kodla daxil olan İddiaçı adına olan və ona məxsus daşınmaz əmlakda quraşdırılmış sayğac uçot dəstinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, obyektə sayğac sxemindən kənar fəza xətti daxil olur. Kənar fəza xətti sayğacı qidalandıran 04 kvt.luq sip xəttinin obyektin arxa giriş hissəsindən keçən hissədən xüsusi sıxac vasitəsilə götürülərək obyektə çəkilmişdir. Ölçmə zamanı xəttdən axan yük Pkən= 3kvt (üç) , Psay=1,76 kvt (bir tam yüzdə yetmiş altı) qoyuluş gücü naqilin en kəsiyinə əsasən 1x10 MM2 aliminium Pqay=11 kvt təşkil edir. Bu barədə cavabdeh təşkilatın əməkdaşları tərəfindən 30 iyul 2025-ci il tarixli, 005689 nömrəli akt tərtib edilmişdir. Eyni zamanda, həmin fakt cavabdeh təşkilatın əməkdaşları tərəfindən telefonla çəkilərək DVD diskə yazılmış, öz təsdiqini tapmışdır. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib olunmuş 30 iyul 2025-ci il tarixli, 005689 nömrəli akt tam qanuni və əsaslıdır. Bu hallar məhkəmə iclasında mötəbər sübutlarla öz təsdiqini tapır. Həmin akta əsasən cavabdeh tərəfindən ziyanın məbləği 2970 (iki min doqquz yüz yetmiş) manat müəyyən olunmuşdur. Müəyyən olunduğu kimi, İddiaçı 30 iyul 2025-ci il tarixli, 005689 nömrəli aktla yazılmış 2970 (iki min doqquz yüz yetmiş) manat ziyanın məbləği ilə razılaşmayaraq aktın ləğv olunmasını xahiş edir. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.. Məhkəmə qeyd edilən qaydaların bəndləri üzrə müqayisəli təhlil apararaq müəyyən etmişdir ki, həmin qaydalar dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Abonent tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və istehlakçının iştirakı ilə akt tərtib etməli, İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 30 iyul 2025-ci il tarixində **********5 saylı istehlakçı kodla daxil olan İddiaçı adına olan və özünə məxsus daşınmaz əmlakda quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı obyektə sayğac sxemindən kənar fəza xətti daxil olması aşkar olunduğundan cavabdeh təşkilatın əməkdaşları tərəfindən 30 iyul 2025-ci il tarixli, 005689 nömrəli akt tərtib edilmişdir. Məhkəmə həmin akta əsasən hesablanmış 2970 (iki min doqquz yüz yetmiş) manat cərimənin məbləği ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cavabdeh təşkilat iddiaçıya elektrik enerjisindən qanunsuz qoşulub istifadə olunaraq 2970 (iki min doqquz yüz yetmiş) manat cərimə məbləğinin hesablanmasının əsası kimi 06 ay elektrik enerjisindən qanunsuz qoşulma kimi həmin məbləğ iddiaçıya hesablanmışdır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 8.28-ci bəndinə əsasən hesablaşma sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yerinə yetirilir (7 nömrəli əlavə). Səlahiyyətli nümayəndələr mənzilə gələrkən sakinlərin tələbi ilə xidməti vəsiqələrini təqdim etməyə borcludurlar. Məişət abonenti mənzilində olmadıqda ödəniş sənədi bildiriş, qəbz, onunla birgə yaşayan başqa sakinə təqdim edilir. Elektrik enerjisi sərfinə görə ödəniş sənədləri, bildirişlər və qəbzlər məişət abonentinin təqdim etdiyi elektron poçt ünvanına və (və ya) mobil nömrəyə SMS-lə göndərilə bilər. Göründüyü kimi, enerji təchizatı müəssisəsi sayğaca hər ay baxış keçirərək istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Lakin, bu barədə hər ay iddiaçıya məlumat verilməmiş və bu barədə cavabdeh təşkilat tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Qanunsuz qoşulma kimi hesablamalar aparılarkən enerji sərfiyyatı 06 ay müəyyən edilərək qeyd olunan cərimə hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan da görünür ki, iddiaçı tərəfindən əvvəlki dövrlərdə də 06 ay ərzində 2970 (iki min doqquz yüz yetmiş) manat dəyərində elektrik enerjisindən istifadə olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, həmin cərimə tənasübsüz surətdə yüksək hesablandığından onun məbləği azaldılaraq 700 (yeddi yüz) manat həddində müəyyən edilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, İddiaçı barəsində "xxxx" ASC tərəfindən 30 iyul 2025-ci il tarixli, 005689 nömrəli aktla elektrik enerjisindən qanunsuz qoşulmaya görə yazılmış cərimə məbləği azaldılaraq 700 (yeddi yüz) manat həddində müəyyən edilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. İddiaçı barəsində "xxxx" ASC tərəfindən 30 iyul 2025-ci il tarixli, 005689 nömrəli aktla elektrik enerjisindən qanunsuz qoşulmaya görə yazılmış cərimə məbləği azaldılaraq 700 (yeddi yüz) manat həddində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-1484/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1484/2025
29.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver