Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1539/2025 21.01.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Müşafiq oğlunun iştirakı ilə, İddiaçı Nağıyev Ası̇ m Omar oğlunun cavabdehlər Cavabdeh1, Nağıyev Saqı̇ f Omar oğluna, Nağıyev Vaqı̇ f Omar oğluna, Nağıyev Arı̇ f Omar oğluna, Nağıyev Akı̇ f Omar oğluna, Nağıyev Alı̇ m Omar oğluna, Cavabdeh8 qarşı miras əmlakın vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, miras əmlakın paylara uyğun şəkildə bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Nağıyev Ası̇ m Omar oğlu cavabdehlər Cavabdeh1, Nağıyev Saqı̇ f Omar oğluna, Nağıyev Vaqı̇ f Omar oğluna, Nağıyev Arı̇ f Omar oğluna, Nağıyev Akı̇ f Omar oğluna, Nağıyev Alı̇ m Omar oğluna, Nağıyev Ası̇ m Omar oğluna, Cavabdeh8 qarşı miras əmlakın vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, miras əmlakın paylarab uyğun şəkildə bölünməsi tələbi ilə məhkəməyə müraciət edərək, mərhum atası X17 və mərhum X5ndan miras qalmış, Ağstafa rayonu Sadıqlı kəndində yerləşən 0,32 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evinin vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, miras əmlakın paylara uyğun şəkildə bölünməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilər.
3. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Müşafiq oğlu iddia ərizəsinə dəqiqləşmə verərək qeyd edtmişdir ki, iddia ərizəsində iş üzrə cavabdeh X15 adı cavabdehlər siyahısında göstərilməmişdir. Sadıxlı kənd icra nümayəndəliyinə göndərmiş olduğu vəkil sorğusuna əsasən müəyyən olmuşdur ki, X28 və onun həyat yoldaşı X1 yaşadıqlarını və həmin kənddə vəfat edərək dəfn edildiklərini və onlardan qalmış olan vərəsələri barədə arayışda, məhz onların vərəsələrindən X15 da olduğu öz əksini tapır. Odur ki, X15 da cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X28 və mərhum X5 onun və cavabdehlərin valideynləri olmuşdurlar. X5 xx.xx.2004-cü tarixdə, atası X28 isə xx.xx.2019-cu il tarixdə vəfat etmişdirlər. Mərhum valideynlərinə məxsus Ağstafa rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 21 saylı qərarı ilə Ağstafa rayonu Sadıqlı kəndi ərazisindən 0,32 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Bu barədə JN 040A kod 50200088 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin miras əmlak tərəfindən faktiki olaraq qəbul edilmiş və qəbul edilməsi şərhsiz nümayiş etdirilmişdir. Belə ki, həmin mirasda o, iki il yaşamaqla mirası faktiki olaraq qəbul etmişdir. Hətta həmin evin şəraiti acınacaqlı vəziyyətdə olduğu üçün hamamını və bəzi təmir işlərini öz vəsaiti hesabına inşa etdirmişdir. Hətta övladları da iki il Sadıqlı kənd tam orta məktəbində təhsil almışlar. Bu halı sübut edəcək çoxsaylı şahidləri vardır.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
5. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Müşafiq oğlunun iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər.
7. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır.
8. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: b) Mülki işin materialları:
9. İş materiallarında olan Ağstafa Rayon Notariat ofisinin İddiaçı ünvanlanmış məktubdan görünür ki, iddiaçı Ağstafa Rayon Notariat ofisinə müraciət etsə də, X5na və atası X23 məxsus miras əmlak qalmış, mərhumun digər vərəsələri ilə mübahisə olduğundan, vərəsəlik şəhadətnaməsinin onlar tərəfindən verilməsi mümkün olmamışdır. Ona görə də, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
10. İş materiallarında olan Ağstafa rayon Sadıqlı kənd İN-yi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 08 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2004-cü ildə vəfat etmişdir.
11. İş materiallarında olan Ağstafa rayon Qeydiyyat şöbəsi tərəfindən 07 yanvar 2025-ci il tarixli 3-16-5/8-01/2025 nömrəli verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 01 sentyabr 2019-cu ildə vəfat etmişdir.
12. İş materiallarında olan Ağstafa rayon, Sadıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 102 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, mərhum X28 həqiqətən 2000-ci il tarixə kimi 03 N-li təsərrüfat başına kitabın 186 saylı səhifəsində 1965ci ildə tikilmiş 2 mərtəbəli 4 otaqlı ümumi sahəsi 83,4 kv.m, yaşayış sahəsi 24 kv.m olan fərdi yaşayış evi və 0,32 ha həyətyanı torpaq sahəsi onun adına qeyd edilmişdir.
13. Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən keçmiş DTİ və MHQİ tərəfindən 56 inventar nömrəli texniki pasporta əsasən, X20 adına Ağstafa rayon, Sadıqlı kəndində 2 mərtəbəli 4 otaqlı ümumi sahəsi 83,4 kv.m, yaşayış sahəsi 24 kv.m olan fərdi yaşayış evi qeydə alınmışdır.
14. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 6e74bc9e-c4e6-4980-ac00e**********8 nömrəli sənəddən görünür ki, İddiaçı üçüncü dərəcəli əllildir.
15. İş materiallarında olan Ağstafa rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 1997-ci il tarixli qərarı ilə JN 040A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş Ağstafa rayonu, Sadıxlı kəndində yerləşən 0,32 ha torpaq sahəsi X20, X7 və Cavabdeh8 adına qeydiyyata alınmışdır.
16. Ağstafa rayon Sadıqlı kənd İƏD nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 375 nömrəli arayışdan görünür ki, X12 və X2 qeydiyyatda olmuş, yaşamış və vəfat etmişdir. Onlar Sadıqlı kənd Qəbirstanlığında dəfn edilmişdir. X9, X21, X22, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, İddiaçı adlı vərəsələri qalmışdır.
17. 02 dekabr 2025-ci il tarixli Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin 3-21-3-37/2-8792/2025 nömrəli 15 dekabr 2025-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən keçmiş DTİ və MHQİ tərəfindən X20 adına Ağstafa rayonu, Sadıxlı kəndində yerləşən fərdi yaşayış evinə dair 56 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 21 saylı qərarı əsasında X20 və X7 digər ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olmaqla Ağstafa rayonu, Sadıxlı kəndində 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağa mülkiyyət hüququna dair ” JN : 141 nömrəli dövlət aktı tərtib edilmişdir. Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997ci il tarixli, 21 saylı qərarı əsasında X20 və X7 digər ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olmaqla Ağstafa rayonu, Sadıxlı kəndində 0.32 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair ” JN : 040A nömrəli şəhadətnamə tərtib edilmişdir.
c) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
18. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı X12 və X28 arasında birgə nikahdan X24, X21, X22, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, İddiaçı adlı 9 nəfər uşaqları anadan olmuşdur. X24 vəfat etmişdir. Hazırda iddiaçı mərhum valideynlərindən miras qalmış Ağstafa rayonu, Sadıxlı kəndində yerləşən 2 mərtəbəli 4 otaqlı ümumi sahəsi 83,4 kv.m, yaşayış sahəsi 24 kv.m olan fərdi yaşayış evi və 0,32 ha həyətyanı torpaq sahəsinin vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, miras əmlakın paylara uyğun şəkildə bölünməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir.
d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
19. Məhkəmə iddia tələbi ilə bağlı isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
20. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.
21. Azərbaycan Republikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır
22. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər.
23. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
24. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
25. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır.
26. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
27. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar
28. Məhkəmə ilk növbədə miras əmlak toplusu ilə bağlı qeyd edir ki, iddiaçı mərhum atası X17 və mərhum anam X6 miras qalmış, Ağstafa rayonu Sadıqlı kəndində yerləşən 0,32 ha torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, miras əmlakın paylara uyğun şəkildə bölünməsini tələb etmişdir.
29. Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən keçmiş DTİ və MHQİ tərəfindən 56 inventar nömrəli texniki pasporta əsasən, mərhum X20 adına Ağstafa rayon, Sadıqlı kəndində 2 mərtəbəli 4 otaqlı ümumi sahəsi 83,4 kv.m, yaşayış sahəsi 24 kv.m olan fərdi yaşayış evi qeydə alınmışdır. Məhkəmə hesab edir ki, həmin əmlak miras əmlak hesab edilərək vərəsələr arasında bölünməlidir.
30. Bundan başqa, Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 21 saylı qərarı əsasında torpağın mülkiyyətə verilməsinə dair JN 040A nömrəli şəhadətnaməyə əsasən Ağstafa rayonu, Sadıxlı kəndində yerləşən 0.32 ha torpaq sahəsi X20, X7 və Cavabdeh8 adına ümumi birgə mülkiyyətinə qeydiyyata alınmışdır.
31. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
32. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
33. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.
34. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.
35. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 21 saylı qərarı əsasında torpağın mülkiyyətə verilməsinə dair JN 040A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş Ağstafa rayonu, Sadıxlı kəndində yerləşən 0.32 ha torpaq sahəsi üzrə paylar 3 nəfər şəxs arasında bərabər hesab edilməli və hər bir şəxsin payı 1/3 hissədə müəyyən edilməlidir. Bu səbəbdən qeyd edilən torpaq sahəsinin 2/3 hissəsi X17 və X6 qalmış miras əmlak hesab edilərək həmin pay onun vərəsələri arasında bölünməlidir.
36. Məhkəmə miras əmlakın faktiki olaraq qəbul edilməsi və vərəsələr arasında paylara bölünməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
37. Qanunvericiliyin tələblərinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Mirası isə istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
38. Göründüyü kimi iddiaçının valideynləri - X5 xx.xx.2004-cü il tarixdə, atası İddiaçı xx.xx.2019-cu il tarixdə ölmüşlər. X20 və X7 vəfatından sonra onun vərəsələri kimi övladları Nağıyev Ası̇ m Omar oğlu, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh8, X21 və X15 olmaqla 9 nəfər vərəsələri qalmışdır. Bu səbəbdən X17 və X6 miras qalmış əmlaklar 9 vərəsə arasında 9 pay üzrə bölünməlidir.
39. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Ağstafa rayonu, Sadıxlı kəndində yerləşən 0.32 ha torpaq sahəsinin X17 və X6 miras qalmış 2/3 hissəsi və X17 miras qalmış Ağstafa rayonu, Sadıxlı kəndində yerləşən fərdi yaşayış evi üzrə paylar 9 nəfər vərəsə arasında bərabər hesab edilməli və hər bir vərəsənin payı 1/9 hissədə müəyyən edilməlidir.
40. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə əmlak üzrə paylara dair Nağıyev Ası̇ m Omar oğluna, Cavabdeh6, Cavabdeh5 Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh8, X16 və X18 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır.
Nəticə hissəsi:
41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 21 saylı qərarı əsasında torpağın mülkiyyətə verilməsinə dair JN 040A nömrəli şəhadətnaməyə əsasən X20, X7 və Cavabdeh8 ümumi birgə mülkiyyətində olmaqla Ağstafa rayonu, Sadıxlı kəndində yerləşən 0.32 ha torpaq sahəsinin 1/3 hissəsi Cavabdeh8 mülkiyyətində saxılanılmaqla, 2/3 hissəsi X17 və X6, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən keçmiş DTİ və MHQİ tərəfindən 56 inventar nömrəli texniki pasport əsasında Ağstafa rayonu, Sadıxlı kəndində yerləşən fərdi yaşayış evi X17 miras qalmış əmlaklar hesab edilsin. Ağstafa rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 21 saylı qərarı əsasında torpağın mülkiyyətə verilməsinə dair JN 040A nömrəli şəhadətnaməyə əsasən Ağstafa rayonu, Sadıxlı kəndində yerləşən 0.32 ha torpaq sahəsinin X17 və X6 miras qalmış 2/3 hissəsinin 1/9 hissəsinə Nağıyev Ası̇ m Omar oğlunun, 1/9 hissəsinə Cavabdeh6, 1/9 hissəsinə Cavabdeh5, 1/9 hissəsinə Cavabdeh4, 1/9 hissəsinə Cavabdeh3, 1/9 hissəsinə Cavabdeh2, 1/9 hissəsinə Cavabdeh8, 1/9 hissəsinə X14 və 1/9 hissəsinə X15 vərəsələrinin qanun üzrə vərəsəlik hüquqları tanınsın. Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən keçmiş DTİ və MHQİ tərəfindən 56 inventar nömrəli texniki pasport əsasında X17 miras qalmış Ağstafa rayonu, Sadıxlı kəndində yerləşən fərdi yaşayış evinin 1/9 hissəsinə Nağıyev Ası̇ m Omar oğlunun, 1/9 hissəsinə Cavabdeh6, 1/9 hissəsinə Cavabdeh5, 1/9 hissəsinə Cavabdeh4, 1/9 hissəsinə Cavabdeh3, 1/9 hissəsinə Cavabdeh2, 1/9 hissəsinə Cavabdeh8, 1/9 hissəsinə X14 və 1/9 hissəsinə isə X15 vərəsələrinin qanun üzrə vərəsəlik hüquqları tanınsın. Qətnamə əmlak üzrə paylara dair Nağıyev Ası̇ m Omar oğluna, Cavabdeh6, Cavabdeh5 Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh8, X16 və X15 vərəsələrinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə elan edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova