Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1572/2025 13.01.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X18 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdehlər Ağstafa Rayon Notariat Kontoruna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X8 və üçüncü şəxs X2 qarşı “miras əmlakın faktiki olaraq qəbul edilmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin və miras əmlaka mülkiyyət hüququnun verilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 miras qalmış Ağstafa rayonu Poylu kəndində yerləşən miras əmlakın faktiki olaraq onun tərəfindən qəbul edilmiş hesab edilməsi, ona vərəsəlik şəhadətnaməsinin və həmin yaşayış evinə mülkiyyət hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib ifadəsində göstərdi ki, onun mərhum nənəsi X13 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Onun həyat yoldaşının adı Məmmədov Muxtardır. Onların birgə nikahlarından Eldar, Məmməd, Nəsib və Sevinc adlı 4 uşaqları olmuşdur. Eldar onun mərhum atasıdır. Atası Eldar 2014-cü il tarixdə və əmisi Nəsib 2015-ci ildə vəfat etmişdir. Atası Eldarın ondan başqa Məmmədova Samirə adlı bir qız övladı da var. Həmçinin mərhum əmisi Nəsibin də İlahə və Lamiyə adlı iki qız övladı var. Hazırda mərhum nənəsi X12 rayonu, Poylu kəndində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Hazırda o, anası və ailə üzvləri ilə birlikdə o, evdə yaşayır. Əmisi, bibisi, bacısı və mərhum əmisinin qızları onun xeyrinə miras əmlakdan imtina etmişlər. Miras əmlakı qəbul etmək üçün Ağstafa rayon Notariat Ofisinə müraciət etsə də, ona bildirmişlər ki, müddəti ötürdüyü üçün məhkəməyə müraciət etməlidir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 ifadəsində göstərdi ki, İddiaçı onun oğludur. X10 qaynanasıdır. Ondan Ağstafa rayonu Poylu kəndində fərdi yaşayış evi miras qalmışdır. O, hazırda miras əmlak payından oğlu İddiaçı xeyrinə imtina edir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə cavabdehlər Ağstafa Rayon Notariat Kontoruna, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh4, X9 və X8 rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 məhkəməyə ərizə göndərərək fikirlərini imzaları ilə təsdiq edərək məhkəməyə göndərdiklərini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, həmçinin Ağstafa Rayon Notariat Kontorunun notariusu Sabir Musayev də məhkəməyə məktub göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk növbədə miras əmlak toplusu ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Göründüyü kimi, miras əmlak toplusuna X5 adına Ağstafa rayonu Poylu kəndində yerləşən JN – 034A, KOD 50209018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Ağstafa rayonu Poylu kəndində yerləşən 0,13 ha həyatyanı torpaq sahəsi və 48,7 kv.m yaşayış evi mövcuddur. İş materiallarından olan JN – 034A, KOD 50209018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X5 adına Ağstafa rayonu Poylu kəndində yerləşən Ağstafa rayonu Poylu kəndində yerləşən 0,13 ha həyatyanı torpaq sahəsi vardır. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, Muxtar Mamedov xx.xx.1976-cı ildə, Səyalı Məmmədova xx.xx.2000-ci ildə, Eldar Məmmədov xx.xx.2014-cü ildə və Nəsib Məmmədov xx.xx.2015-ci ildə vəfat etmişdir. İş materiallarında olan Cavabdeh4, X6, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, onlar xx.xx.2000-ci ildə vəfat etmiş X7 miras qalmış əmlakdan onlara çatası paydan imtina edirlər. Məhkəmə iddiaçının miras əmlakın faktiki olaraq qəbul edilmiş hesab olunması tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qanunvericiliyin tələblərinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Miras isə istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. İşdə olan sənədlərlə müəyyən edilir ki, Muxtar Məmmədov ilə Səyalı Məmmədovanın birgə nikahlarından X14, X15, Cavabdeh3 və Cavabdeh4 adlı 4 nəfər uşaqları anadan olmuşdur. Muxtar Mamedov xx.xx.1976-cı ildə, Səyalı Məmmədova xx.xx.2000-ci ildə, Eldar Məmmədov xx.xx.2014-cü ildə və Nəsib Məmmədov xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. X7 Ağstafa rayonu Poylu kəndində yerləşən 0,13 ha həyatyanı torpaq sahəsi və 48,7 kv.m yaşayış evi miras qalmış, onların sağ qalmış övladları birinci dərəcəli qanun üzrə vərəsə kimi həmin miras əmlakdan pay almaq hüquqları yaranmışdır. Eyni zamanda, pay almaq hüquqları olan şəxslərdən Cavabdeh4, X11, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 miras paydan imtina etmişlər və barədə onların notariat qaydada təsdiq olunmuş ərizələri təqdim olunmuşdur. Həmçinin iş üzrə digər vərəsə olan üçüncü şəxs X4 da məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasına etiraz etməmiş, miras əmlakdan ona çatası paydan İddiaçı xeyrinə imtina etmişdir. İş üzrə iddiaçı mərhum nənəsindən miras qalmış əmlakları qəbul edərək faktiki idarə etmiş, digər vərəsələr is miras əmlakla maraqlanmamış və öz paylarından imtina etmişlər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iş üzrə iddiaçının nənəsi X7 miras qalmış əmlaka qanun üzrə vərəsə olmaq hüququ yaranmışdır. Belə ki, iddiaçının mərhum atası Eldar Məmmədov anası Səyalı Məmmədovadan miras qalmış əmlakı qəbul etdikdən sonra vəfat etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. 2000-ci ildə qəbul olunmuş və qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. MM-nin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-nin 1147.1-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. MM-nin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-nin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-nin 1159.1.3-cü maddəsinə əsasən, ölənin nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. MM-nin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Eyni zamanda, MM-nin 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. MM-nin 1270.3-cü maddəsinə əsasən ölmüş vərəsənin bir neçə vərəsəsinin hər biri yalnız öz miras payından imtina edə bilər. Göründüyü kimi, iddiaçıdan başqa bütün vərəsələr olan Cavabdeh4, X11, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 miras qalmış miras paydan imtina etmələri barədə notariat qaydada təsdiq olunmuş ərizələrini məhkəməyə təqdim etmişlər. Həmçinin iş üzrə digər vərəsə olan üçüncü şəxs X4 da məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasına etiraz etməmiş, miras əmlakdan ona çatası paydan İddiaçı xeyrinə imtina etmişdir. Ona görə də onların miras əmlakdan imtinaları məhkəmə tərəfindən qəbul olunmalıdır. MM-nin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-nin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-nin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda qeyd olunur ki, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut, vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd olmuş olsun. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Muxtar Məmmədov ilə Səyalı Məmmədovanın birgə nikahlarından X14, X15, Cavabdeh3 və Cavabdeh4 adlı 4 nəfər uşaqlarının anadan olması, Muxtar Mamedovun xx.xx.1976-cı ildə, Səyalı Məmmədovanın xx.xx.2000-ci ildə, Eldar Məmmədovun xx.xx.2014-cü ildə və Nəsib Məmmədovun xx.xx.2015-ci il tarixdə vəfat etməsi, X7 Ağstafa rayonu Poylu kəndində yerləşən 0,13 ha həyatyanı torpaq sahəsi və 48,7 kv.m yaşayış evinin miras qalması, iddiaçının atasının nənəsindən qalmış mirası qəbul etdikdən sonra vəfat etməsi, onun sağ qalmış övladları birinci dərəcəli qanun üzrə vərəsə kimi həmin miras əmlakdan pay almaq hüquqlarının, pay almaq hüquqları olan şəxslər Cavabdeh4, X6, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 miras paydan imtina etməsi, bu barədə onların notariat qaydada təsdiq olunmuş ərizələrinin məhkəməyə təqdim olunması, həmçinin iş üzrə digər vərəsə olan X1 da məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasına etiraz etməməsi, miras əmlakdan ona çatası paydan İddiaçı xeyrinə imtina etməsi, iş üzrə iddiaçının nənəsi X7 miras qalmış əmlakları faktiki qəbul edərək idarə etməsi, onun qanun üzrə vərəsə olmaq hüququnun yaranması məhkəmə iclasında öz təsdiqini tapdığından iddia təmin olunmalı, İddiaçı tərəfindən mərhum nənəsi X7 miras qalmış JN – 034A, KOD 50209018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Ağstafa rayonu Poylu kəndində yerləşən 0,13 ha həyatyanı torpaq sahəsi və qeyd edilən torpaq sahəsi üzərində yerləşən 48,7 kv.m yaşayış evi miras əmlak üzrə mirası faktiki olaraq qəbul edilmiş hesab olunmalı və həmin əmlaklara dair ona müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. İddiaçı tərəfindən mərhum nənəsi X7 miras qalmış JN – 034A, KOD 50209018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Ağstafa rayonu Poylu kəndində yerləşən 0,13 ha həyatyanı torpaq sahəsi və qeyd edilən torpaq sahəsi üzərində yerləşən 48,7 kv.m yaşayış evi olan miras əmlak üzrə mirası faktiki olaraq qəbul edilmiş hesab olunsun. Qətnamə əmlaklara dair İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-1572/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1572/2025
13.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver