Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1668/2025 11.12.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X15 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Ərizəçi (Abbasova) iştirakı ilə, Ərizəçi (Abbasova) maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı sənədin eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, Müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə ona və mərhum ailə üzvünə verilmiş JN: 263 F KOD: 50208018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən X11 ilə X5 – Ərizəçi ilə X6 eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi tələbini müdafiə edib izahatında göstərdi ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə JN: 263 F KOD: 50208018 saylı torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə ilə ona və ailə üzvü mərhum həyat yoldaşı X8 0,06 ha həyətyanı topraq sahəsi verilmişdir. Mərhum həyat yoldaşı 06 mart 1997-ci ildə vəfat etmiş və Ağstafa rayonu, Tatlı kənd qəbiristanlığında dəfn edilmişdir. Hazırda o, torpaq sahəsinə çıxarış alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etmiş, idarənin xx.xx.2025-ci il tarixli müraciətə baxılması barədə məktubunda qeyd edilmişdir ki, onun təqdim etdiyi sənədlərdə Ərizəçi kimi qeyd edilməsinə baxmayaraq arxiv məlumatlarında X1 qeyd edilmişdir. Ona görə də məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Belə ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun soyadı səhvən Əsgərova, adı Sürəyya, ata adı Əli qızı kimi qeyd edilmiş, mərhum həyat yoldaşının soyadı Əsgərov, adı Əkbər, ata adı isə Əsgər oğlu kimi qeyd edilmişdir. Əslində isə onun adı Ərizəçi kimi, mərhum həyat yoldaşının adı isə X2 qeyd edilməli idi. Onun doğum haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində, evinin texniki pasportunda, nikah şəhadətnaməsində Ərizəçi kimi, mərhum həyat yoldaşının doğum və ölüm şəhadətnaməsində isə X3 düzgün qeyd edilmişdir. Torpaq şəhadətnaməsində qeyd etdiyi hüquqi əhəmiyyətli hallar düzgün qeyd edilmədiyindən o, çıxarış ala bilmir. Ona görə də qeyd etdiklərini nəzərə alıb ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Onun atasının adı Murtuzdur. Atası vəfat etməmişdən əvvəldən onu tanıyır. Surayanın həyat yoldaşı X9r. O, vəfat etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İdarənin rəisi Füzuli İsayev məhkəməyə ərizə göndərərək iş həcminin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və işə onların iştirakı olmadan baxıb qanunauyğun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. Qeyd olunur ki, mülki qanunvericilikdə hazirki tələbdə göstərilmiş hüquqi əhəmiyyətli faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. İşdə olan sənədlərlə müəyyən olunur ki, Ərizəçi xx.xx.1958-ci ildə Qazax rayonu, Kosalar kəndində, ərizəçinin mərhum həyat yoldaşı X12 isə xx.xx.1962-ci ildə Yaradullu kəndində anadan olmuş, X12 xx.xx.1997-ci il tarixdə Ağstafa rayonunda vəfat etmişdir. İsmayılova (Abbasova) Suraya Murtuz qızının bütün hüquqi sənədlərində soyadı, adı və ata adı İsmayılova (Abbasova) Suraya Murtuz qızı kimi, onun mərhum həyat yoldaşı X6 bütün hüquqi sənədlərində soyadı, adı və ata adı X2 göstərilmişdir. Lakin ərizəçi və onun həyat yoldaşına Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı əsasında torpaq sahəsi verilərkən həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN- 263F KOD 50208018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ərizəçinin adı X1, ərizəçinin mərhum həyat yoldaşının adı X4 qeyd olunmuşdur. Qeyd olunan sənəddə yalnışlıq olduğuna görə ərizəçi torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmir. Ona görə də ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan JN-263F KOD 50208018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə ərizəçi və onun həyat yoldaşına ümumi birgə mülkiyyət əsasında Ağstafa rayonu Xətai kəndi ərazisindən 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. X17 ərizəçinin adı X1, ərizəçinin mərhum həyat yoldaşının adı X4 qeyd edilmişdir. İş materiallarında olan ərizəçiyə məxsus doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin sənədlərdə onun adı Suraya, ata adı Murtuz, soyadı İsmayılova kimi qeyd edilmişdir. İş materiallarında olan nikahın bağlanılması haqqında şəhadətnamədən görünür ki, X12 ilə Ərizəçi arasında rəsmi nikah 24 yanvar 1987-ci il tarixdə Qazax rayonu, Tatlı kənd sovetliyində 9 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan ərizəçinin mərhum həyat yoldaşına məxsus doğum haqqında şəhadətnamənin surətindən görünür ki, həmin sənəddə onun adı Ələkbər, ata adı Əli, soyadı Abbasov kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Göründüyü kimi, Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə ərizəçiyə və onun həyat yoldaşına ümumi birgə mülkiyyət əsasında Ağstafa rayonu Xətai kəndi ərazisindən 0,06 ha həyətyanı torpaq sahəsi verilməsinə dair JN-263F KOD 50208018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ərizəçinin adı Sürəyya, ata adı Əli, soyadı Əsgərova, onun həyat yoldaşının adı Əkbər, ata adı Əsgər, soyadı isə Əsgərov kimi göstərilmişdir. Lakin ərizəçiyə və onun mərhum həyat yoldaşına məxsus bütün hüquqmüəyyənedici sənədlərdə o, cümlədən ərizəçiyə məxsus doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində, nikahın bağlanılması haqqında şəhadətnamədə onun adı Suraya, ata adı Murtuz, soyadı İsmayılova, ərizəçinin mərhum həyat yoldaşına məxsus doğum haqqında şəhadətnamədə, nikahın bağlanılması haqqında və ölüm haqqında şəhadətnamədə isə onun adı Ələkbər, ata adı Əli, soyadı Abbasov kimi qeyd edilmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməli, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə X7 və X10 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN: 263 F KOD: 50208018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən X11 ilə Ərizəçi, X14 ilə X6 eyni şəxsə məxsus olması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə təmin edilsin. Ağstafa rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə X7 və X10 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN: 263 F KOD: 50208018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən X11 ilə Ərizəçi, X14 ilə X6 eyni şəxsə məxsus olması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-1668/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-1668/2025
11.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver