Məhkəmə qərarları › İş №2(015)-169/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-169/2024

07.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-169/2024 07.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X24 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı və onun qanuni nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Ağstafa rayon Notariat Kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, mirasın faktiki qəbul edilməsi, vərəsələr arasında paylara bölünməsi və həmin paylara uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Ağstafa rayonu Aşağı Göycəli kəndində yerləşən mərhum nənəsi X7 məxsus ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evi və 0,19 ha torpaq sahəsi üçün Ağstafa rayon Notariat ofisi tərəfindən 22 noyabr 2023-cü il tarixdə 2V-448/2023 saylı Cavabdeh verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, mirasın onun tərəfindən faktiki qəbul edilməsi, vərəsələr arasında paylara bölünməsi və həmin paylara uyğun ona və digər vərəsələr olan əmisi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağstafa rayonu Aşağı Göycəli kəndində mərhum nənəsi X7 məxsus ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evi və 0,19 ha torpaq sahəsi mövcuddur. Hazırda o, mərhum nənəsinə məxsus evdə anası ilə birlikdə yaşayır. Mərhum nənəsi X11 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Mərhum atası X14 isə nənəsindən sonra xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Atası vəfat edən günə kimi həmin evdə yaşamışdır. Hazırda ayrıca evi olan və Gürcüstan Respublikasında yaşayan əmisi Cavabdeh tərəfindən Ağstafa rayon Notariat ofisinə müraciət olunaraq vərəsəliyi tam şəkildə mərhum nənəsindən birbaşa öz adına keçirməyi barədə qanunsuz olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaqla mərhum nənəsindən atasına çatan miras əmlakdan onu bilərəkdən məhrum etmişdir. Aşağı Göycəli kənd icra nümayəndəliyi tərəfindən Ağstafa rayon Notariat ofisinə təqdim olunmuşş vərəsəlik arayışında mərhum atası X8 adının da qeyd olunmasına baxmayaraq, notariat ofisi atasına çatası payı açıq saxlamaq əvəzinə onun payını nəzərə almadan vərəsəliyin dairəsi tam müəyyən edilmədən Mülki Qanunvericiliyin, həmçinin “Notariat haqqında AR-sı Qanunvericiliyinin” və təlimatın tələbləri pozulmuş və qanunsuz şəkildə 22 noyabr 2023-cü il tarixdə 2V-448/2023 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni tam şəkildə cavabdehə verərək hüquq pozuntusu etmişdir. Hazırda icra nümayəndəliyinin arayışı ilə də təsdiq olunur ki, o mərhum nənəsinə məxsus evdə yaşayır. Ona görə də hazırda mərhum nənəsi X1 mərhum atası X10 çatası payın irsi transmissiya üzrə ona çatası hissəsinin ona verilməsi zərurəti yaranmışdır. Belə ki, atası miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək vəfat etmişdir. Bu səbəbdən nənəsinə çatası miras əmlak payı atasının yeganə vərəsəi kimi ona verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib izahatında göstərdi ki, iş üzrə İddiaçı onun qızıdır. O, 2007-ci ildən Xanbaba Həsənov ilə ailə qurmuş, birgə evliliklərindən Aişə adlı qızları anadan olmuşdur. Lakin həyat yoldaşı Gürcüstanda evli olduğu üçün onunla aralarında rəsmi nikah bağlanmamış, lakin mərhum həyat yoldaşı uşağa atalıq vermişdir. O, ailə qurduqdan sonra həyat yoldaşının anası Zavtazərdən mirası qalmış, hal-hazırda barəsində mübahisə edilən Ağstafa rayonu Aşağı Göycəli kəndində yerləşən evdə qızı ilə birlikdə yaşayır. X13 xx.xx.2009-cu il tarixdə, həyat yoldaşı Həsənov Xanbaba isə xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Onlar ailədə 6 övlad, 4 qardaş və 2 bacı olmuşlar. Xanbaba və digər 2 qardaşı vəfat etmiş, sağ qalan təkcə Cavabdehdur. Hal-hazırda qızının ayağında problem var və onun müalicəsi ilə əlaqədar çox vaxt Bakı şəhərində olur. 12 noyabr 2023-cü ildə Bakı şəhərindən qayıtdıqdan sonra qonşulardan eşitmişdir ki, onun qaynı Cavabdeh yaşadıqları evi öz adına rəsmiləşdirib. O, bu barədə qaynına bildirdikdə qaynı ona o evdə yaşamaqlarını, evin onun adına olmasının heç bir əhəmiyyəti olmamasını bildirmişdir. Həmçinin baldızları da Cavabdeh xeyrinə fərdi yaşayış evindən imtina etmişlər. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edib izahatında göstərdi ki, X11 onun anasıdır. Onlar ailədə 6 uşaq 2 bacı, 4 qardaş olmuşlar. X6, Həsənov Bəybala, Həsənov Əlibala vəfat etmişdir. Sağ qalan təkcə o və 2 bacısı, Həsənova Qənfirə və Həsənova Qənirədir. Anası xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Anasından qalmış miras əmlakı o, qəbul edib tam olaraq miras əmlaka şəhadətnamə almışdır. O, hazırda Gürcüstan Respublikasının Rustavi şəhərində yaşayır, lakin Azərbaycana gəldikdə ünvan 1ində yerləşən ata yurdunda yaşayır. O, qardaşı qızına miras əmlakdan pay verilməsinə etiraz etmir. Sadəcə olaraq miras əmlakdan ona ½ payın verilməsini düzgün hesab etmir. Həmçinin qardaşı Xanbabanın Gürcüstan Respublikasında nikahda olduğu xanımdan bir övladı da var, o da gəlib həmin miras əmlakdan payını tələb edəcəkdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs Ağstafa rayon Notariat kontoruna rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X11 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. X2, X15, X16, Cavabdeh, X12 və X17 adlı 6 uşaqları anadan olmuşdur. X14 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. X11 vəfat etdikdən sonra mirasın açıldığı vaxt sağ qalmış vərəsələri Cavabdeh və X14 olmuşlar. Belə ki, MM-nin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən ölənin nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Göründüyü kimi, Xanbaba Həsənov anası Zavtazər Həsənovadan sonra, yəni miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək vəfat etmişdir. Onun isə İddiaçı adlı 1 uşağı vardır. Belə ki, Xanbaba Həsənov ilə Nümayəndə 2007-ci ildə qeyri rəsmi olaraq ailə qurmuş, onların birgə nikahlarından xx.xx.2010-cu il tarixdə İddiaçı anadan olmuş, X.Həsənov Nümayəndə ilə ailə qurduqdan sonra mübahisəli fərdi yaşayış evində yaşamışlar. X.Həsənov vəfat etdikdən sonra iddiaçı anasi ilə birlikdə miras əmlak hesab edilən mübahisəli fərdi yaşayış evində yaşamışlar. Məhkəmə miras əmlak toplusu ilə bağlı isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, X5 ölümündən sonra ondan miras əmlak kimi, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evi və 0,19 ha torpaq sahəsi miras qalmışdır. MM-nin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə miras əmlakın faktiki olaraq qəbul etməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qanunvericiliyin tələblərinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi, Cavabdeh miras əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsi alaraq qəbul etmiş, iddiaçı isə anasi ilə birlikdə hal-hazıradək miras əmlak hesab edilən mübahisəli fərdi yaşayış evində yaşayaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etmişdir. Vərəsələr ayrı-ayrı əsaslarla mirası qəbul etmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, qanun üzrə vərəsələr olan Cavabdeh və İddiaçı mirası qəbul etmiş hesab olunmalıdır. Belə ki, MM-nin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Bundan başqa məhkəmə iddia tələbinin Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 2V-448 reyestr nömrəli xx.xx.2023-cü il tarixli şəhadətnamədən görünür ki, həmin şəhadətnamə xx.xx.2023-cü ildə X3 adına qeydiyyata alınmış ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evi və 0,19 ha torpaq sahəsinə dair verilmişdir. Həmin şəhadətnamə verilərkən digər vərəsələrin dairəsini müəyyən edilməmiş, mərhumun digər vərəsələrinin olması gizlədilmiş və bununla da onların hüquqlarını pozulmuşdur. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 13-cü hissəsinə əsasən notariat hərəkətinin aparılması zamanı X9nın qeydiyyatına (doğumun, nikahın, nikahın pozulmasının, ölümün qeydə alınması və s.) dair məlumatların yoxlanılmasına zərurət olduqda, notarius bu məlumatları “X9” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Həmin Təlimatın 102-ci hissəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Mülki Məcəllənin 1157-1.1-ci maddəsinə əsasən miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Məcəllənin 1249-cu maddəsinə əsasən digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz. Həmin Məcəllənin 1292.1-ci maddəsinə əsasən hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir. Həmin Məcəllənin 1301.1 və 1301.2-ci maddələrinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1304-cü maddəsinə əsasən üstünlük hüququnun həyata keçirilməsi zamanı miras bölgüsündə iştirak edən digər vərəsələrin əmlak hüquqları nəzərdə tutulmalıdır. Əgər əmlak onlara çatası payı almağa kifayət etməzsə, üstünlük hüququnu həyata keçirən vərəsələr onlara müvafiq pul və ya əmlak kompensasiyası verməlidirlər. Göründüyü kimi Cavabdeh adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən digər vərəsələr barədə tam məlumat verilməmiş, onlar vərəsəliyə çağırılmamış, olduqları yer müəyyənləşdirilməmiş, onlara mirası bölüşdürmək niyyətləri barəsində bildiriş göndərilməmiş, digər vərəsələrinin olması gizlədilmiş, onların mövcudluğu barədə notarius tərəfindən notariat hərəkətinin aparılması zamanı X9nın qeydiyyatına sorğu göndərilməmiş, bununla da “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın və Mülki Məcəllənin tələbləri pozulmuşdur. Bu səbəbdən həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli, həmin şəhadətnamələrdə göstərilmiş əmlaklar da qanun üzrə vərəsələr arasında paylara bərabər şəkildə bölünməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, xx.xx.2023-cü ildə X3 adına qeydiyyata alınmış ünvan 1i ünvanda yerləşən ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evi və 0,19 ha torpaq sahəsinə dair Cavabdeh adına verilmiş Ağstafa rayon Notariat ofisinin 2V-448 reyestr nömrəli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, X4 miras qalmış ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evi və 0,19 ha torpaq sahəsinin 1/2 (ikidə bir) hissəsinə Cavabdeh, 1/2 (ikidə bir) hissəsinə isə İddiaçı qanun üzrə vərəsəlik hüquqları tanınmalı və həmin əmlak paylarına dair onlara müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. xx.xx.2023-cü ildə X3 adına qeydiyyata alınmış ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evi və 0,19 ha torpaq sahəsinə dair Cavabdeh adına verilmiş Ağstafa rayon Notariat ofisinin 2V-448 reyestr nömrəli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. X4 miras qalmış ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evi və 0,19 ha torpaq sahəsinin 1/2 (ikidə bir) hissəsinə Cavabdeh, 1/2 (ikidə bir) hissəsinə isə İddiaçı qanun üzrə vərəsəlik hüquqları tanınsın. Qətnamə əmlak üzrə paylara dair Cavabdeh və İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar