Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-1816/2025 29.01.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Ağstafa rayon Notariat Ofisinə qarşı “sənədin eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Təsviri hissə:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1920-ci ildə Ermənistan Respublikasının Vartaşet rayonu Novruzlu kəndində anadan olmuş mərhum atası X5 məxsus 14 may 1988-ci ildə verilmiş texniki pasporta, xx.xx.1992-ci il tarixli İV-ЖГ № 340873-saylı ölüm haqqında şəhadətnamədə, ona məxsus xx.xx.1967-ci il tarixli XİV -ЖГ 378411-saylı doğum şəhadətnaməsində, xx.xx.1967-ci il tarixli АЗ- № 069601-saylı mərhuma məxsus nikah şəhadətnaməsində o cümlədən qardaş və bacısının doğum şəhadətnaməsində göstərilən X6 ilə X19 adlı şəxsin eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırmışdır ki, X6 1920-ci ildə Ermənistan Respublikasının Vartaşet rayonun Novruzlu kəndində anadan olmuşdur. Mərhum atası xx.xx.1992-ci ildə vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. Hazırda o, vərəsəliklə əlaqədar olaraq Ağstafa rayon Notariat Ofisinə müraciət etmiş və orada məlum olmuşdur ki, mərhum atasının ölüm haqqında şəhadətnaməsində onun adı İsa, atasının adı isə Norazoviç kimi səhv qeyd edilmişdir. Ağstafa rayon Notariat ofisi məhkəmə müraciət edilməsini tövsiyə etmişdir. xx.xx.1992-ci il tarixli İV-ЖГ № 340873-saylı ölüm haqqında şəhadətnamədə onun soyadı İsrailyan, adı İsa, ata adı isə Norazoviç kimi, ona məxsus XİV –ЖГ 378411-saylı doğum şəhadətnaməsində X6, ata-anasnıın A3- № 069601-saylı nikah şəhadətnaməsində X6, qardaş və bacısının doğum şəhadətnamələrində isə yalnız atasının atası adı X4 və xx.xx.1988-ci il tarixli evə məxsus texniki pasportda isə X21 kimi qeyd edilmişdir. Əslində isə mərhum atası soyadı İsralyan, adı İsmayıl, ata adı isə Novruzəli oğlu kimi qeyd edilməli idi. Ona görə də mərhum atasının iki adı və o cümlədən soyadı və ata adı olduğundan, yəni mərhumdan qalan mirasın qəbul edilməsi mükün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də hazırda mərhum atası X2 digər qeyd etdiyi sənədlərdə olan şəxslərlə eyni şəxs olması faktının müəyyən olunması zərurəti yaranmışdır.
Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında Ərizəçi bildirdi ki, hazırda vərəsəliklə bağlı işləri olduğu üçün 1920-ci ildə Ermənistan Respublikasının Vartaşet rayonu Novruzlu kəndində anadan olmuş mərhum atası X6 ilə X19 adlı şəxsin eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ona görə də, ərizəsinin təmin olunmasını xahiş etdi.
4. Maraqlı şəxs Ağstafa rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.
5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxs Ağstafa rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, ərizəçi onun əmisi oğludur. Mərhum əmisinin adı İsmayıl olmuşdur. Mərhumun ailə tərkibi 2 qardaş bir bacıdan ibarət olmuşdur. Mərhum əmisi X6 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. O, Ağstafa rayonu, Xətai kənd qəbiristanlığında dəfn edilmişdir.
7. Məhkəmə iclasda ərizəçini və şahidi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin olunmalıdır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarından görünür ki, Qazax rayonu, Marksovka kəndində xx.xx.1967-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X12 xx.xx.1967-ci il tarixdə nikaha daxil olmuşlar.
9. İş materiallarından görünür ki, Qazax rayonu, Marksovka kəndində XİV-ЖГ 378411 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Qazax rayonu, Marksovka kəndində anadan olmuşdur.
10. İş materiallarından görünür ki, Ağstafa rayonu, Marksovka kənd icra nümayəndəliyi tərəfindən verilmiş İV- ЖГ №340873 –li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1992-ci ildə ölmüşdür.
11. İş materiallarından görünür ki, 14 may 1988-ci ildə verilmiş texniki pasportdan görünür ki, həmin texniki pasport X16 adına tərtib edilmişdir.
12. Ağstafa rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi verilmiş arayışdan görünür ki, xx.xx.1993-cü il tarixdə Ağstafa rayonu, Xətai kənd icra nümayəndəliyi tərəfindən qeyd alınmış 01 nömrəli ölüm haqqında akt qeydində dəyişiklik edilməsi barədə müraciətə cavab olaraq bildirilmişdir ki, dəyişikli etmək üçün əsas olan sənəd atasının doğum haqqında akt qeydi aşkar edilmədiyi üçün onun ölüm haqqında akt qeydində dəyişiklik edilməsi mümkün olmaması, Azərbaycan Respublikası Nazirlər Kabinentinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar” ın 2-ci maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılması, dəyişiklik edilməsi üçün əsas sənədlərin olmadığı üçün Ağstafa rayon, Xətai kənd icra nümayəndəliyində xx.xx.1993-cü il tarixdə qeyd edilmiş 01 nömrəli ölüm haqqında akt qeydində “X23”i “X7” kimi dəyişiklik edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.
13. Ağstafa rayonu İcra hakimiyyəti başçısının Xətai kən iəd üzrə nümayəndəsinin 844/g nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1992-ci il tarixdə vəfat etmiş X24 ilə Xİ JQ 452066 doğum haqqında şəhadətnamənin ata qrafasında qeyd olunan X10 eyni şəxsdir.
14. Ağstafa rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi verilmiş arayışdan görünür ki, xx.xx.2025 il tarixli ərizəyə əsasən mərhum atanız X3 məxsus miras əmlak qalmışdır. Həmin miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsini istəyirsiniz. Lakin mərhum atanız X6 ölüm haqqında şəhadətnamə də X19 digər sənədlərdə isə X21 kimi qeyd edilmişdir. Bu səbəbdəndə vərəsəlik şəhadətnaməsi onlar tərəfindən verilməsi mümkün olmamışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. İşdə olan sənədlərlə müəyyən olunur ki, X6 1920-ci ildə Ermənistan Respublikasının Vartaşet rayonu Novruzlu kəndində anadan olmuş, mərhum atası X6 xx.xx.1992-ci ildə vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. Hazırda Ərizəçi vərəsəliklə əlaqədar olaraq Ağstafa rayon Notariat Ofisinə müraciət etmiş və orada məlum olmuşdur ki, mərhum atasının ölüm haqqında şəhadətnaməsində onun adı İsa, atasının adı isə Norazoviç kimi səhv qeyd edilmişdir. Ağstafa rayon Notariat ofisi məhkəmə müraciət edilməsini tövsiyə etmişdir. xx.xx.1992-ci il tarixli İV-ЖГ № 340873-saylı ölüm haqqında şəhadətnamədə onun soyadı İsrailyan, adı İsa, ata adı isə Norazoviç kimi, ona məxsus XİV –ЖГ 378411 saylı doğum şəhadətnaməsində X6, ata-anasının A3- № 069601-saylı nikah şəhadətnaməsində X6, qardaş və bacısının doğum şəhadətnamələrində isə yalnız atasının adı X4, xx.xx.1988-ci il tarixli evə məxsus texniki pasportda isə X21 kimi qeyd edilmişdir. Əslində isə mərhum atasının soyadı İsralyan, adı İsmayıl ata adı isə Novruzəli oğlu kimi qeyd edilməli idi. Ona görə də Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1920-ci ildə Ermənistan Respublikasının Vartaşet rayonu Novruzlu kəndində anadan olmuş mərhum atası X5 məxsus 14 may 1988-ci ildə verilmiş texniki pasporta, xx.xx.1992-ci il tarixli İV-ЖГ № 340873-saylı ölüm haqqında şəhadətnamədə, ona məxsus xx.xx.1967-ci il tarixli XİV -ЖГ 378411-saylı doğum şəhadətnaməsində, xx.xx.1967-ci il tarixli АЗ- № 069601-saylı mərhuma məxsus nikah şəhadətnaməsində, o cümlədən qardaş və bacısının doğum şəhadətnaməsində göstərilən X6 ilə X19 adlı şəxsin eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
16. Qeyd olunur ki, mülki qanunvericilikdə hazirki tələbdə göstərilmiş hüquqi əhəmiyyətli faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
18. Həmin Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının faktının müəyyən edilməsi barədə işlərə baxır.
19. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
20. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.
21. Göründüyü kimi, X17 adına tərtib olunmuş 14 may 1988-ci ildə verilmiş texniki pasporta, X18 məxsus xx.xx.1992-ci il tarixli İV JQ 340873 nömrəli ölüm haqqında şəhadətnamədə, Ərizəçi məxsus xx.xx.1967-ci il tarixli XİV JQ 378411 nömrəli doğum haqqında şəhadətnaməsində, xx.xx.1967-ci il tarixli A3-069601 nömrəli evlənmək haqqında şəhadətnamədə göstərilmiş X6 ilə X19 eyni şəxslərdir. Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən ərizə həmin hissədə təmin olunmalıdır.
22. Məhkəmə, ərizəçinin digər tələbi olan qardaş və bacısının doğum şəhadətnaməsində göstərilən X6 ilə X19 adlı şəxsin eyni şəxs olmasına münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
24. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər.
25. Göründüyü kimi, ərizəçinin digər şəxsin sənədində göstərilən sənədin eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün subyektiv hüququ yaranmamışdır. Həmçinin, ərizəçinin bacı və qardaşları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər qismində işə qoşulmaları barədə ərizə verməmişlər. Ona görə də, ərizəçinin tələbi həmin hissədə təmin oluna bilməz.
26. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
Nəticə hissəsi:
30. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi :
Ərizə qismən təmin edilsin. X17 adına tərtib olunmuş 14 may 1988-ci ildə verilmiş texniki pasporta, X18 məxsus xx.xx.1992-ci il tarixli İV JQ 340873 nömrəli ölüm haqqında şəhadətnamədə, Ərizəçi məxsus xx.xx.1967-ci il tarixli XİV JQ 378411 nömrəli doğum haqqında şəhadətnamədə, xx.xx.1967-ci il tarixli A3-069601 nömrəli evlənmək haqqında şəhadətnamədə göstərilmiş X6 ilə X17 məxsus olması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Heyran Mürsəlova