Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-19/2024 22.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2nın Cavabdeh qarşı «pozucu tərəfindən zəbt olunmuş torpaq sahəsinin azad edilərək çıxarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan zəbt olunmuş 0.158 ha torpaq sahəsindən çıxarılması, tikilinin sökülərək əvvəlki vəziyyətə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınması qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı müdafiə edərək bildirdi ki, Bakı şəhərində yaşasalar da Ağstafa rayon ərazisində 0,158 ha torpaq sahəsi var. Həmin torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmuşdur və həmin torpaq sahəsində yaşayış evi tikilmişdir. Bu hadisələr iddiaçılar Bakı şəhərində olan zaman baş vermişdir. Eyni zamanda cavabdeh tərəfindən suni maneələr yaradılaraq həmin torpaq sahəsindən istifadə etməyə imkan verilmir. Cavabdehlə aralarında hər hansı mübahisə baş verməməsi üçün məsələnin qanun çərçivəsində həll olunması üçün çalışmışlar, lakin heç bir nəticə alınmamışdır. Ona görə də Cavabdeh tərəfindən zəbt olunmuş 0.158 ha torpaq sahəsindən çıxarılması, tikilinin sökülərək əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək bildirdi ki, tərəfindən heç bir torpaq sahəsi zəbt olunmayıb. Torpaq sahəsi satılıb X7 adına olan çıxarışla öz təsdiqini tapır. Cavabdeh məhkəmə iclasında iştirak etməsini həmin torpaqda mülkiyyəti olduğunu bildirmişdir. Ona görə də iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** saylı çıxarışın surətindən görünür ki, Ağstafa rayonu Xətai kəndində cavabdehə və onun ailə üzvlərinə 0,1445 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** saylı çıxarışın surətindən görünür ki, Ağstafa rayonu Xətai kəndində iddiaçılara və ailə üzvlərinə 0,158 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2024-cü il tarixli, 3-21-3-37/2-1-16/2024 saylı məhkəmə ekspertizasının rəyindən görünür ki, “Cavabdeh istifadəsi kimi təqdim olunan torpaq sahəsinin 968 kv.m-ə qədər hissəsi AZCAD və TEKUİS məlumatlarına əsasən iddiaçılar İddiaçı1 və X5 məxsus pay torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin üzərində inşa edilmiş tikilinin 99 kv.m-ə qədər hissəsi AZCAD və TEKUİS məlumatlarına əsasən iddiaçılar İddiaçı1 və X3 pay torpaq sahəsi üst-üstə düşür”. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən bu Məcəllənn 109-cu maddəsində göstərilən əqdlərin bağlanılması, torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması və digər hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» «İnsan Hüquqlarının və X6 X4 müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X6 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə arşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflərə məxsus torpaq sahəslərinin hüquqi və texniki vəziyyəti ilə bərabər əsaslandırılmış sübut olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi obyektiv və qərəzsiz sübut olaraq qəbul edilməlidir. Bununla bağlı tərəflərə aidiyyəti sənədlərin təqdim edilməsi və sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi təklif edilsə də, yalnız iş materiallarında olan sənədlər təqdim edilmişdir. Məhkəmə müvafiq rəy və təqdim edilmiş sənədlər əsasında hazırkı işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında iddiaçılara və onun ailə üzvlərinə məxsus torpaq sahəsinin Cavabdeh istifadəsi kimi təqdim olunan torpaq sahəsinin 968 kv.m-ə qədər hissəsinin iddiaçılar İddiaçı1 və X5 məxsus pay torpaq sahəsi ilə üst-üstə düşdüyünü, Cavabdeh istifadəsi kimi təqdim edilən torpaq sahəsinin üzərində inşa edilmiş tikilinin 99 kv.m-ə qədər hissəsi iddiaçılara məxsus pay torpaq sahəsi ilə üst-üstə düşməsinə əsasən iddianın qismən təmin olunması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi haları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək Ağstafa rayonu Xətai kəndində yerləşən iddiaçılara və ailə üzvlərinə məxsus torpaq sahəsinin 968 kv/m hissəsi zəbtdən azad edilsin, 99 kv/m hissəsində olan tikili sökülsün, iddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul cavabdehdən alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ60AİİB********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ37NABZ********************, S.W.İ.F.T. Bik AİİBAZ 2X saylı hesabına köçürülməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Ağstafa rayonu Xətai kəndində yerləşən İddiaçı1 və İddiaçı2 və ailə üzvlərinə məxsus pay torpaq sahəsinin 968 kv/m hissəsi (ekspert rəyinə əlavə olunmuş plan-sxemə müvafiq olaraq) Cavabdeh tərəfindən zəbtdən azad edilsin. Ağstafa rayonu Xətai kəndində yerləşən İddiaçı1 və İddiaçı2 və ailə üzvlərinə məxsus pay torpaq sahəsinin 99 kv/m hissəsində (ekspert rəyinə əlavə olunmuş plan-sxemə müvafiq olaraq) olan tikili Cavabdeh tərəfindən sökülsün. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 130 (yüz otuz) manat məbləğində pul Cavabdeh alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ60AİİB********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ37NABZ********************, S.W.İ.F.T. Bik AİİBAZ 2X saylı hesabına köçürülsün. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-19/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-19/2024
22.08.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver