Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-20/2024 06.02.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının, Cavabdeh2 Əlövsət oğlunun, Cavabdeh X16 vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının cavabdehlər X21, Cavabdeh2 Əlövsət oğluna, Cavabdeh3 və maraqlı şəxs Ağstafa rayon Notariat ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakın mirası qəbul etmiş vərəsələr arasında paylara uyğun bölüşdürülməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən X2 adına olmuş yaşayış evi üzrə Ağstafa rayon Notariat ofisində verilmiş xx.xx.2004-cü il tarixli, 2V-03 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin ləğv edilməsi, xx.xx.2002-ci ildə vəfat etmiş məhrum atası X11 ilə xx.xx.1967-ci ildə vəfat etmiş mərhum anası Allahyarova (Nəbiyeva) Arus Heydər qızının 1965-ci ildə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən yaşayış evi üzrə miras əmlakın vərəsə tərəfindən qəbul edilmiş hesab edilməsi və miras əmlakın miras sahiblərindən mirası qəbul etmiş vərəsələr arasında paylara uyğun bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra - xx.xx.2023-cü il tarixində İddiaçı ərizə ilə Məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin həcmini artırmış, Ağstafa rayon Notariat Kontorunda verilmiş xx.xx.2004cü il tarixli, 2V-02 reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması barədə də qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızı iddianı müdafiə edərək bildirdi ki, mərhum atası X11 ilə anası X14 1957-ci ildə faktiki olaraq ailə həyatı qurmuşlar. Onlar nikahlarını xx.xx.1957-ci ildə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.1958-ci il tarixdə iddiaçı özü, xx.xx.1960-cı ildə qardaşı Cavabdeh2 Əlövsət oğlu dünyaya gəlmişdir. Valideynləri ailə qurduqdan sonra ünvan 2 ünvanında yerləşən torpaq sahəsini alaraq orada ev tikmişlər. 1965-ci ildə yaşayış evi hazır olmuş, rəsmi qeydiyyata alınmış və içində yaşamağa başlamışlar. Yaşayış evi atası X6 adına qeydə alınmışdır. xx.xx.1967-ci ildə anası X15 vəfat etmişdir. Anası vəfat etdikdən 1 il sonra atası iş üzrə cavabdeh X27 ilə ailə haytı qurmuşdur. Atası xx.xx.2002-ci ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra iş üzrə cavabdeh X27 və Cavabdeh2 Əlövsət oğlu atasının adına olan yaşayış evi üzrə vərəsəlik işi açdırmışlar. Ağstafa rayon Notariat ofisində verilmiş xx.xx.2002-cü il tarixli, 2V-03 reyestr nömrəli “Qanun üzrə vərəsəliq hüququ haqqında” şəhadətnamə əsasında atasının adına olan yaşayış evinin yarısı üzrə cavabdeh X16 atası ilə birgə nikah dövründə əldə etdiyi əmlak kimi nəzərə alınaraq, əmlakın digər yarısı miras əmlak kimi açılaraq ¾ hissəsi X21, ¼ hissəsi isə Cavabdeh2 Əlövsət oğluna verilmişdir. Bu barədə verilən vərəsəlik şəhadətnaməsi əsasında əmlak qeyd edilən hissələr üzrə bölünüb daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınmışdır. Hal-hazırda da iş üzrə cavabdeh X27 həmin əmlakın naturada bölgüsünü tələb edir. O, bu işdən indi xəbər tutub və hüquqları nəzərə alınmadan belə bir bölgü mümkün deyil. Mübahisəli yaşayış evi atası ilə anasının birgə nikah dövründə əldə etdikləri əmlak olduğundan yaşayış evinin ər-arvaddan hansının adına olmasından asılı olmayaraq hər ikisinin mülkiyyəti sayılır, onlar vəfat etdiklərindən də hər ikisindən qalan miras əmlak sayılır. Onun həm mərhum anası Allahyarova (Nəbiyeva) Arus Heydər qızından miras qalan, həm də atasından miras qalan əmlakdan payı vardır. Ona görə də iddianın təmin edilməsini Məhkəmədən xahiş edir. Cavabdeh X27 məhkəmə baxışı iclasında iştirak etməmiş, onu vəkili və nümayəndəsi Nümayəndə təmsil etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, başqa bir icraatda vəkili və nümayəndəsi olduğu X16 adından “mirasın əmlakın naturada bölünməsi” ilə bağlı iddia vermişlər. Həmin işə baxılan müddətdə Azalya xanım da məhkəmə iclasında iştirak edib. Hazırki iddiadan görünür ki, iddia tələbi planlı şəkildə qoyulub və Azalya xanımın mirasın qəbulu ilə bağlı hər hansı bir sübutu yoxdur. Hətta Azalya xanım atasının vəfatı müddətində Ağstafa rayonunda yaşamayıb, Bakı şəhərində yaşayıb. Həmin vaxt mirasın açıldığı müddətdə mirasın qəbulu ilə bağlı Azalya xanım tərəfindən hər-hansı bir hərəkət edilməyib. Hesab edir ki, iddianı sübut edəcək bir əsas yoxdur. Sadəcə digər məhkəmə işini yubadmaq üçün verilmiş bir iddiadır və o, hesab edir ki, qanunvericiliyin tələbinə əsasən də bu iddia təmin edilə bilməz. Əmlakın iddiaçının atasının birgə nikahı dövründə tikilməsi ilə bağlı iş materiallarında hər-hansı bir sənəd yoxdur. Sadəcə əmlakın qeydiyyat vəsiqəsi var, orada da əmlakın nə vaxt tikilməsi ilə bağlı konkret tarix göstərilməyib. Hesab edir ki, miras nə notarial, nə də faktiki qəbul edilməyib, ona görə də təmin edilməməlidir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 Əlövsət oğlu iddianı etiraf edərək bildiridi ki, iddianın təmin olunmasına razıdır. Cavabdeh3 məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Ağstafa rayon Notariat ofisinin nümayəndəsi də məhkəmə baxışı iclasında iştirak etməmişdir. MPM-in 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmadığından Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxmışdır. İddia ərizəsində Ağstafa rayon Notariat ofisi maraqlı şəxs kimi göstərilsə də, Məhkəmə qeyd edir ki, iddia icraatı qaydasında baxılan işlər üzrə hər hansı hüquqi və ya fiziki şəxs, o cümlədən dövlət orqanları “maraqlı şəxs” adı ilə işdə iştirak etməyə cəlb edilə bilməzlər. MPMin 46-cı maddəsində nəzərdə tutulan “maraqlı şəxs” xüsusi icraat qaydasında baxılan işlər üzrə işdə iştirak etməyə cəlb edilən subyektin prosessual-hüquqi adıdır. Ağstafa rayon Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb edilməsi üçün isə MPM-in 57-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcuddur. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, mərhum məhrum atası X11 xx.xx.2002-ci ildə vəfat etdiyindən, ondan miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evi ilə bağlı mübahisəyə xx.xx.2000ci il tarixində qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) normaları tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan “Ölüm haqqında” şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, X11 xx.xx.2002-ci il tarixdə və X14 xx.xx.1967-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X8 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş 197 saylı arayışa və 955 nömrəli qeydiyyat vəsiqəsinə əsasən X2 adına ünvan 1 ünvanında, 1965-ci ildə tikilmiş, 3 otaqlı, ümumi sahəsi 168.7 kv/m olan fərdi yaşayış evi qeydiyyata alınmışdır. Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X12 və X14 24 iyun 1957-ci il tarixdə 67 nömrəli qeydlə nikahlarını rəsmiləşdirmişlər. Evlənmək haqqında şəhadətnamədən görünür ki, X11 və X27 xx.xx.1968-ci il tarixdə 32 nömrəli qeydlə nikahlarını rəsmiləşdirmişlər. İş materiallarına əlavə olunmuş №2V-02/2V-03 nömrəli vərəsəlik işindən görünür ki, X11 vəfat edən günədək ünvan 1 ünvanında yaşamışdır. Vəfatından sonra aşağıdakı ailə üzvləri olub:
1. həyat yoldaşı - X28 (xx.xx.1937),
2. oğlu - Cavabdeh2 Əlövsət oğlu (xx.xx.1964),
3. qızı - X13 (xx.xx.1972),
4. oğlu - Cavabdeh3 (xx.xx.1960),
5. qızı - X9 (xx.xx.1970) №2V-02/2V-03 nömrəli vərəsəlik işindəki X4, Cavabdeh3 və X7 notarial qaydada təsdiq olunmuş ərizələrindən görunur ki, məhrum ataları X5 qalmış miras əmlakın onlara çatası hissəsindən imtina etmişlər. İş materiallarına əlavə olunmuş Ağstafa rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 2V-02 saylı “Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında” və xx.xx.2004-cü il tarixli, 2V-03 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X6 vərələri – X27 və Allahyarov X18 şəhəri, Ü.Hacıbəyov küçəsi 32 ünvanında yerləşən yaşayış evindən (miras əmlakdan) ½ hissədə pay almışlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə müvafiq olaraq, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə uyğun olaraq, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə bərabər pay huquqlu birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Məhkəmə hesab edir ki, vərəsəliyin əsasını şəxslərin vərəsə kimi tanınması, həmin şəxlərin vərəsəlik hüquqlarının əmələ gəlməsi və vəfat edən şəxsin əmlak hüquq və vəzifələrinin ona keçməsinə səbəb olur. Miras əmlak ölmüş şəxsin vərəsəlik qaydasında keçən əmlakından yəni əmlak hüquq və vəzifələrin məcmusundan ibarətdir. Bu da öz növbəsində mirasın aktivini və passivini təşkil edir. Bu səbəbdən miras qoyan X6 vəfat etdiyi ana kimi əldə etdiyi əmlak xarakterli hüquqları yəni aktiv vərəsəlik obyektini (predmetini) təşkil edir. Miras qoyan X1 əldə etdiyi hüquqları, mirası qəbul etmiş vərəsələrin miras əmlakı hesab edilir. Bu əmlak isə yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X8 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş 955 nömrəli qeydiyyat vəsiqəsinə əsasən X2 adına ünvan 1 ünvanında yerləşən, 1965-ci ildə tikilmiş, 3 otaqlı, ümumi sahəsi 168.7 kv/m olan fərdi yaşayış evinin 1/3 hissəsi təşkil edir. Göründüyü kimi, X9, Cavabdeh3 və X13 miras əmlakdan özlərinə çatası paydan imtina etmişlər. Mülki Məcəllənin 1270.3-cü maddəsinə əsasən, ölmüş vərəsənin bir neçə vərəsəsinin hər biri yalnız öz miras payından imtina edə bilər. Ona görə də X4, Cavabdeh3 və X7 miras əmlakdan imtinaları məhkəmə tərəfindən qəbul olunmalıdır. X2 övladı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızı da qanun üzrə vərəsə sayılmalıdır. X3 miras qalmış əmlaklar toplusu bərabər şəkildə 3 hissəyə, X28, Cavabdeh2 Əlövsət oğlu və Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızı arasında paylara uyğun bölünməlidir. Bundan başqa məhkəmə iddia tələblərinin X16 və Cavabdeh2 Əlövsət oğlunun adlarına verilmiş qanun üzrə vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, X16 və Cavabdeh2 Əlövsət oğlunun adlarına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 2V-02 və 2V-03 reyestr nömrəli xx.xx.2004-cü il tarixli şəhadətnamələrin verilməsinə əsas olmuş bütün hüquqmüəyyənedici sənədlər Ağstafa rayon Notariat ofisindən əldə olunaraq öyrənilmiş və bu zaman müəyyən olunmuşdur ki, həmin şəhadətnamələr xx.xx.2003-cü ildə X2 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair verilmişdir. Həmin şəhadətnamələr verilərkən digər vərəsələrin dairəsi müəyyən edilməmiş, mərhumun digər vərəsələrinin olması gizlədilmiş və bununla da onların hüquqlarını pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 13-cü hissəsinə əsasən notariat hərəkətinin aparılması zamanı X10nın qeydiyyatına (doğumun, nikahın, nikahın pozulmasının, ölümün qeydə alınması və s.) dair məlumatların yoxlanılmasına zərurət olduqda, notarius bu məlumatları “X10” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Həmin Təlimatın 102-ci hissəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi zamanı notariat orqanları məsələyə formal yanaşmamalı, mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Notariat orqanlarının bu istiqamətdə fəaliyyəti uzun müddətli məhkəmə çəkişmələrinin qarşısının alınmasına və məhkəmələrin artıq işlərlə yüklənməməsinə xidmət etmiş olar. Mülki Məcəllənin 1292.1-ci maddəsinə əsasən hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir. Həmin Məcəllənin 1301.1 və 1301.2-ci maddələrinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1304-cü maddəsinə əsasən üstünlük hüququnun həyata keçirilməsi zamanı miras bölgüsündə iştirak edən digər vərəsələrin əmlak hüquqları nəzərdə tutulmalıdır. Əgər əmlak onlara çatası payı almağa kifayət etməzsə, üstünlük hüququnu həyata keçirən vərəsələr onlara müvafiq pul və ya əmlak kompensasiyası verməlidirlər. Göründüyü kimi X16 və Cavabdeh2 Əlövsət oğlunun adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən digər vərəsələr barədə tam məlumat verilməmiş, onlar vərəsəliyə çağırılmamış, olduqları yer müəyyənləşdirilməmiş, onlara mirası bölüşdürmək niyyətləri barəsində bildiriş göndərilməmiş, digər vərəsələrinin olması gizlədilmiş, onların mövcudluğu barədə notarius tərəfindən notariat hərəkətinin aparılması zamanı X10nın qeydiyyatına sorğu göndərilməmiş, bununla da “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın və Mülki Məcəllənin tələbləri pozulmuşdur. Bu səbəbdən həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli, həmin şəhadətnamələrdə göstərilmiş əmlaklar da qanun üzrə vərəsələr arasında paylara bərabər şəkildə bölünməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ :
İddia təmin edilsin. xx.xx.2003-cü ildə X2 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair X16 və Cavabdeh2 Əlövsət oğlunun adlarına verilmiş Ağstafa rayon Notariat ofisinin 2V-02 və 2V-03 reyestr nömrəli xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilsin. X6 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evinin 1/3 (üçdə bir) hissəsinə X17, 1/3 (üçdə bir) hissəsinə Cavabdeh2 Əlövsət oğlunun, 1/3 (üçdə bir) hissəsinə Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının qanun üzrə vərəsəlik hüquqları tanınsın. Qətnamə əmlak üzrə paylara dair X22, Cavabdeh2 Əlövsət oğluna, Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov