Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-212/2023 27.04.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, Ərizəçi Ərizəçi Maraqlı şəxs başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərinə qəyyum təyin edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək 25 aprel 1979-cu il tarixdə Qazax rayonu Göycəli kəndində anadan olmuş, Ağstafa rayonu Göycəli kəndində yaşayan və qeydiyyatda olan X3 fəaliyyət qabiliyyəti olmayan hesab və onun üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsasında mülki iş başlanmışdır. Məhkəmə iclasında iştrak edən Ərizəçi bildirdi ki, o Ağstafa rayonu Göycəli kəndində yaşayır. Onun 25 aprel 1979-cu il təvəllüdlü X5 adlı oğlu vardır. Onun digər övladları isə onunla yaşamırlar. X2 anadangəlmə ruhi xəstədir və 1-ci dərəcəli əlil olmaqla onun himayəsindədir. Hətta oğlu ömürlük birinci dərəcə əlilliyə görə sosial müavinət alır. Eyni zamanda X2 ruhi xəstə olduğundan onun özünün qulluğa ehtiyacı vardır. Bu səbəbdən də onu bir dəqiqə də olsun gözündən uzaq qoymur. Belə ki, o tək olanda heç cürə özünü sərbəst apara bilmir. Ona görə də 25 aprel 1979-cu il tarixdə Qazax rayonu Göycəli kəndində anadan olmuş, Ağstafa rayonu Göycəli kəndində yaşayan və qeydiyyatda olan X3 fəaliyyət qabiliyyəti olmayan hesab və onun üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Maraqlı şəxs başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 185.6-cı maddəsinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçini və işin faktiki hallarını araşdırıb işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********5 nömrəli arayışdan görünür ki, X5 birinci dərəcəli əlilliyə görə 130 manat məbləğində prezident təqaüdü, 220 manat məbləğində müavinət alır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 308 nömrəli arayışdan görünür ki, X5 hərbi xidmətə yararsızdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 469 nömrəli Qazax Rayon Psixiatriya Xəstəxanasının məktubundan görünür ki, X5 xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixə kimi Qazax psixiatriya xəstəxanasında satasionar müalicə olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 521 nömrəli Qazax Rayon Psixiatriya Xəstəxanasının həkim rəyinən görünür ki, X5 çox ağır dərəcəli gərilik, psixopatabənzər davranışla. Qulluq və müalicə tələb edən davranış pozuntusuvardır. Mülki işin icraatı zamanı məhkəmənin qərardadına əsasən X5 məhkəmə psixiatriya ekspert komissiyasına təqdim olunmuş və Qazax Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 521 nömrəli rəyindən göründüyü kimi, X5 D-Z:F 73.1 çox ağır dərəcəli gərilik, psixopatabənzər davranışla. Qulluq və müalicə tələb edən davranış pozuntusu vardır. Bununla əlaqədar olaraq X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikasının MPM-in 305.1.3-cü maddəsinə müvafiq olaraq şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə Məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərini başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikasının MPM-in 317.2-ci maddəsinə müvafiq olaraq məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 326, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. 25 aprel 1979-cu il tarixdə Qazax rayonu Göycəli kəndində anadan olmuş, Ağstafa rayonu Göycəli kəndində yaşayan və qeydiyyatda olan X5 fəaliyyət fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və Ərizəçi onun üzərində qəyyum təyin olunması üçün əsasdır. Ərizənin qalan hissəsi təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-212/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-212/2023
27.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver