Məhkəmə qərarları › İş №2(015)-30/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-30/2024

28.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-30/2024 28.02.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı nümayəndəsi (anası) Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında xx.xx.2011-ci il tarixdə bağlanmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 24 dekabr 2011-ci il tarixdə Ağstafa rayon Qeydiyyat şöbəsində 25 saylı akt qeydi ilə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 20 avqust 2012-ci il tarixdə Rəsul və 11 noyabr 2016-cı il tarixdə Mədinə adlı uşaqları anadan olmuşdur. Onlar hal-hazırda cavabdehlə ayrı yaşayırlar və yenidən barışmaqları mümkün deyil. Ailə münasibətləri Cavabdeh ilə ilk vaxtlarda normal olsada sonralar cavabdeh tərəfindən baş vermis ziddiyətlər ailələrinin dayaqlarını sarsıtmışdır. Belə ki, cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi onların ailəsinin faktiki dağılmasına səbəb olmuşdur. Artıq ailə münasibətləri formal xarakter daşıyır. Onların yenidən bir ailə olaraq bir yerdə yaşamaqlarıvə ailələrinin bərpası mümkün deyildir. Ona görə də Cavabdeh ilə aralarında xx.xx.2011-ci il tarixdə bağlanmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdaifə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, boşanmağa razı deyil, ailələrinin bərpa olunmasını istəyir. Ona görə də iddia tələbinin təmin edilməməai barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “nikah haqqında” şəhadətnamədən görünür ki, tərəflər arasında xx.xx.2011-ci il tarixində nikah bağlamış və bu nikah Ağstafa RİHB-nın Qırılı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən həmin tarixli, 25 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İşdə olan sənədlərdən görünür ki, tərəflərin nikahından iki uşaqları – 20 avqust 2012-ci il tarixdə X2 və 11 noyabr 2016-cı il tarixdə X1 doğulmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinin əsasında, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM-in) 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə iddiaçının nikahın pozulmasında israrlı olduğunu nəzərə alaraq hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Azərbaycan Respublikası AM-in 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Göründüyü kimi, nikah könüllü ittifaqdır, odur ki, heç kəs iradəsinə zidd olaraq nikahda qalmağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1-22.2.3-cü maddəsinə görə nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu və əmlak bölgüsünü müəyyən etməsidir. Məhkəmə bununla bağlı qeyd edir ki, tərəflər məhkəməyə müraciət etməmişdən əvvəl müdiasiyaya müraciət etmişlər, xx.xx.2023-cü il tarixli MŞQ/1-00465 saylı Barışıq sazişindən görünür ki, tərəflər aralarına olan bütün mübahisələr üzrə aralarında razılığa gəlmişlər. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə MPM-in 216-220-ci maddələrinə əsasən qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixində bağlanmış, Ağstafa RİHB-nın Qırılı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən həmin tarixli, 25 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin nikahından doğulmuş uşaqlar - 20 avqust 2012-ci il təvəllüdlü X2 və 11 noyabr 2016-cı il təvəllüdlü X1 nikahın pozulmasından sonra anaları Cavabdeh yanında qalsınlar. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Agstafa Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar