Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-317/2023 26.05.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X30 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, İddiaçılar İddiaçı* və İddiaçı2 cavabdehlər Cavabdeh*, Cavabdeh2 və Ağstafa rayon Notariat ofisinə qarşı *8.0*.2022-ci il tarixli V-446/202* saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, miras əmlakın vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, miras əmlakın vərəsələr arasında paylara uyğun şəkildə bölünməsi tələbinə dair iddia ərizəsi, həmçinin Babək Rəfayıl oğlu X3 Kərimova, İddiaçı2 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrinin ləğv edilməklə miras qalmış əmlakın qanunamüvafiq qaydada paylara mütənasib bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçılar İddiaçı* və İddiaçı2 iddia ilə məhkəməyə müraciət edərək, X4 miras qalmış Ağstafa rayon Aqrar İslahat Komissiyasının 27 may *997-ci il tarixli 06 saylı qərarı ilə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsi və üzərində olan yaşayış evinin, Sumqayıt şəhəri, 43-cü məhəllədə istifadədə olan 0,022 ha torpaq sahəsində yerləşən * girişli, *94,86 kv.m ümumi, 64,68 kv.m əsas, *30,*8 kv.m köməkçi sahədən ibarət * mərtəbəli qeyri yaşayış binasının (mağaza), Ağstafa rayon Aqrar İslahat Komissiyasının 27 may *997-ci il tarixli 06 saylı qərarı ilə verilmiş 0,29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin, Ağstafa rayon X*4 xx.xx.2023-cü il tarixli 02 saylı qərarı və xx.xx.2023-cü il tarixli 02 saylı icarə müqaviləsi ilə Ağstafa rayonu X*4 torpaq sahəsindən kənd təsərrüfatının inkişafı üçün 50 ha torpaq sahəsinin üzərində tikilmiş fermanın tərəfindən vərəsəliyin qəbul edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi və *8.0*.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh* nümayəndəsi vəkil Əkbər Yusif oğlu X*6 Kərimlinin qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim edərək, Sumqayıt, MİK-*7, ev 34, mənzil *5 ünvanında yaşayan Cavabdeh2 da hazırki qarşılıqlı iddiaya cavabdeh olaraq əlavə edilməklə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı* və İddiaçı2 ilkin iddiası təmin edilmədən, cavabdeh İddiaçı* adına verilmiş olan qanun üzrə vərəsəlik şəhadətnamələri ləğv edilməklə, qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş müvafiq dövlət qurumları tərəfindən verilmiş cavablara uyğun olaraq miras qalmış əmlakın dairəsinin tam müəyyənləşdirilərək qanunamüvafiq qaydada paylarına mütənasib bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı* tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X20 ilə mərhum anası X*7 *9 dekabr *957-ci il tarixdə rəsmi nikahla qeydiyyatdan keçməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından 25.08.*960-cı il tarixdə X2*, 02.02.*963-cü il tarixdə Cavabdeh2, xx.xx.*965-ci il tarixdə İddiaçı2 və xx.xx.*968-cı il tarixdə İddiaçı* anadan olmuşlar. X* 0*.09.20*4-cü il tarixdə anaları isə 30.**.20*4-cü il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən də göründüyü kimi, məhrum qardaşı atası və anasından əvvəl 06 noyabr 2003-cü il tarixdə vəfat etmişdir. İddiaçı* uzun müddət Rusiya Federasiyasında yaşamaqla orada yüksək məbləğdə qazanc əldə etmişdir. İddia ərizəsində qeyd etdikləri torpaq sahələri, yaşayış və qeyri-yaşayış binaları onun qazancı ilə əldə edilmişdir. Özü Azərbaycan Respublikasında yaşamadığı üçün məcburiyyət qarşısında qalıb əmlakları atası X8 adına qeydə alıb. Eyni zamanda 30.**.20*4-cü il tarixdə vəfat etmiş mərhum anası X2 qalmış daşınar və daşınmaz əmlaklar tərəfindən qəbul edilmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmışdır. Belə ki, 30.**.202*-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq məhrum anasına məxsus buraxılış ili 2007-ci il olan TOYOTA PRADO minik markalı *0 VE 864 dövlət nişanlı nəqliyyat vasitəsinə və Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev *9 B mənzil *9 ünvanında yerləşən ümumi sahəsi 8* kv.m. 3 otaqlı olan mənzilə vərəsəlik işi açılmış və vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. O, yenidən vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Ağstafa rayon Notariat ofisinə müraciət etsə də ona qardaşı oğlu Cavabdeh* vərəsəlik şəhadətnaməsinin verildiyini bildiriblər və mirasdan pay tələbi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Göründüyü kimi, atası və anasından əvvəl vəfat etmiş mərhum qardaşı X9 övladı Cavabdeh*, onlar birinci növbəti vərəsələr ola-ola saxta yollarla guya məhrum atasının vərəsəsi olaraq atasına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev *9B, mənzil 22 ünvanda yerləşən mənzilə vərəsəlik şəhadətnaməsi əldə edərək özgəninkiləşdirmişdir. O, birinci növbəli vərəsə olaraq mirası qəbul etmiş və onu idarə etmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alaraq X6 miras qalmış Ağstafa rayon Aqrar İslahat Komissiyasının 27 may *997-ci il tarixli 06 saylı qərarı ilə verilmiş 0,25 ha hətyani torpaq sahəsi və üzərində olan yaşayış evinin, Sumqayıt şəhəri, 43-cü məhəllədə istifadədə olan 0,022 ha torpaq sahəsində yerləşən * girişli, *94,86 kv.m. ümumi, 64,68 kv.m. əsas, *30,*8 kv.m. köməkçi sahədən ibarət * mərtəbəli qeyri yaşayış binasının (mağaza), Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 27 may *997-ci il tarixli 06 saylı qərarı ilə verilmiş 0,29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı sahəsinin, Ağstafa rayon X*4 xx.xx.2003-cü il tarixli 02 saylı qərarı və xx.xx.2003-cü il tarixli 02 saylı icarə müqaviləsi ilə Ağstafa rayonu Yuxarı Göycıli bələdiyəsinin torpaq sahəsindən kənd təsərrüfatının inkişafı üçün 50 ha torpaq sahəsinin üzərində tikilmiş fermanın tərəfindən vərəsəliyin qəbul edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi və *8.0*.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı* və İddiaçı2 nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edib, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh* nümayəndəsi Vəkil* iddia tələbini müdafiə edib, ilkin iddianı qismən qəbul edib izahatında göstərdi ki, Cavabdeh* iddiaçılar İddiaçı* və İddiaçı2 qardaşları X7 oğludur. X*2 06 noyabr 2003-cü ildə vəfat etmişdir. İddiaçıların iddia ərizəsində ləğvini iddia etdikləri *8.0*.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tam şəkildə əsaslıdır. Ləğv edilməsi üçün hər-hansı bir əsas mövcud deyildir. İddiaçıların qeyd etdiyi miras üzrə Cavabdeh* məxsus olan paylar da mövcuddur ki, bu paylar da qanunamüvafiq qaydada paylara mütənasib bölünməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin **93 və *200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 8 yanvar 202*-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına istinad edərək bildirdi ki, Mülki Məcəllənin **59.*.* və **93-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Ona görə hazırki iş üzrə Cavabdeh* birinci dərəcəli pay hüququna malik olan şəxsdir. Ona görə də, Konstitusiya Məhkəməsi Plenumunun qərarının mövqeyinə uyğun olaraq payın bölünməsinə razıdırlar və etirazları yoxdur. İddiaçı tərəfindən 2* saylı Notariat kontorunda 30.**.202*-ci ildə “TOYOTA PRADO minik” markalı *0 VE 864 dövlət nişanlı nəqliyyat vasitəsini öz adına keçirilən zaman “Notariat haqqında” qanunun 55-ci maddəsinin tələbinin pozuntusuna yol verilib. Belə ki, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış yeri məlum olan vərəsələrə xəbər verməmişdir. Qeyd etdiklərini nəzərə alaraq, X20 və X5 adına olan əmlaklar onun 4 övladı arasında tamamlanmalıdır. Eyni zamanda, Cavabdeh* iddiaçılara təklif edir ki, öz aralarında razılığa gəlsinlər və tərəflər birbirlərinə iş üzrə barışıq sazişinə dair qaydalar təkliflər irəli sürərək payları bölünməlidir, əgər tərəflər arasında barışıq sazişi həll olunmadıqda məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Ona görə də qeyd etdiklərini nəzərə alıb qarşılıqlı iddianın təmin, ilkin iddianın isə qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçılar İddiaçı*, İddiaçı2, onların nümayəndəsi Vəkil2, cavabdehlər Cavabdeh2, Cavabdeh*, onun nümayəndəsi Vəkil* və Ağstafa rayon Notariat ofisinə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, ilkin və qarşılıqlı iddia qismən təmin olunmalıdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X8 və X5 birgə nikahlarından İddiaçı*, İddiaçı2, X*8 və Cavabdeh2 adlı 4 uşaqları anadan olmuşdur. X*9 0*.09.20*4cü il tarixdə, X*3 30.**.20*4-cü il tarixdə X*8 06.**.2003-cü il tarixdə vəfat etmişdir. Onlar vəfat etdikdən sonra mirasın açıldığı vaxt sağ qalmış vərəsələri İddiaçı*, İddiaçı2 və Cavabdeh2 olmuş, Rafail Kərimov isə miras açılmamışdan əvvəl vəfat etmişdir. İlkin iddia üzrə İddiaçı* və İddiaçı2 nümayəndəsi Vəkil2 miras əmlakdan Rafail Kərimovun uşaqlarının qanun üzrə vərəsə sayılmamasını əsas gətirərək onlara miras əmlakdan pay bölünməməsini xahiş etmişdir. Məhkəmə həmin fikirlə razılaşmır. Belə ki, MM-nin **59.*.*-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin **59.*.3-cü maddəsinə əsasən ölənin nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Göründüyü kimi, Rafail Kərimov isə valideynlərindən əvvəl miras açılmamışdan vəfat etmişdir. Onun isə Cavabdeh*, Aqşin Kərimli və Gülnarə Tağıyeva adlı 3 uşağı vardır. X29 və Gülnarə Tağıyeva miras əmlakdan özlərinə çatası paydan imtina etmişlər. MM-nin *270.3-cü maddəsinə əsasən, ölmüş vərəsənin bir neçə vərəsəsinin hər biri yalnız öz miras payından imtina edə bilər. Ona görə də Aqşin Kərimlinin və Gülnarə Tağıyevanın miras əmlakdan imtinaları məhkəmə tərəfindən qəbul olunmalıdır. Rafail Kərimovun övladı Cavabdeh* də qanun üzrə vərəsə sayılmalıdır. Bu səbəbdən Ərrəhman Kərimovdan və Telli Kərimovadan miras qalmış əmlaklar toplusu bərabər şəkildə 4 hissəyə, İddiaçı*, İddiaçı2, Cavabdeh2, Cavabdeh* bölünməlidir. Məhkəmə miras əmlak toplusu ilə bağlı isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, Ərrəhman Kərimovun və Telli Kərimovanın ölümündən sonra onlardan miras əmlak kimi: Ağstafa rayon X*4 xx.xx.2023-cü il tarixli 02 saylı qərarı və xx.xx.2023-cü il tarixli 02 saylı icarə müqaviləsi ilə Ağstafa rayonu X*4 torpaq sahəsindən kənd təsərrüfatının inkişafı üçün 50 ha torpaq sahəsinin üzərində tikilmiş ferma, Sumqayıt şəhəri 43-cü məhəllə ünvanda yerləşən qeyri-yaşayış binası, ünvan 5tı ilə 0,29 ha kənd təsərrüfatı təyinatlı, JN 47A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,25 ha həyətyanı torpaq sahəsi, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev *9b ünvanda yerləşən 3 otaqlı *9 nömrəli mənzil, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev *9b ünvanda yerləşən 2 otaqlı 22 nömrəli mənzil, Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AB 0*5864 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2007-ci il olan “Toyota Prado minik” markalı *0VE864 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi miras qalmışdır. MM-nin **33-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-nin **5*.*-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə miras əmlakın faktiki olaraq qəbul etməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qanunvericiliyin tələblərinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi, İddiaçı* və Cavabdeh* mirasın bir hissəsinə qanun üzrə vərəsəlik şəhadətnamələri alaraq faktiki idarə etməyə başlamışlar. Eyni zamanda nə ilkin iddiada, nə də qarşılıqlı iddiada vərəsələr tərəfindən vərəsələyin qəbulu mübahisələndirilməmişdir. Vərəsələr ayrı-ayrılıqda mirasın bir hissəsinə sahiblik etmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, qanun üzrə vərəsələr olan İddiaçı*, İddiaçı2, Cavabdeh2, Cavabdeh* mirası qəbul etmiş hesab olunmalıdır. Belə ki, MM-nin *243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Bundan başqa məhkəmə iddia tələblərinin X*0 və Cavabdeh* adlarına verilmiş qanun üzrə vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, X*0 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 2V-468 və 2V- 469 reyestr nömrəli 30.**.202*-ci il tarixli şəhadətnamələrin verilməsinə əsas olmuş bütün hüquqmüəyyənedici sənədlər Bakı şəhəri 27 saylı notariat kontorundan əldə olunaraq öyrənilmiş və bu zaman müəyyən olunmuşdur ki, həmin şəhadətnamələr 3*.0*.*997-ci ildə X5 adına qeydiyyata alınmış Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev *9b, mənzil *9 ünvanında yerləşən mənzilə və Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AB 0*5864 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2007-ci il olan “Toyota Prado minik” markalı *0VE864 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair verilmişdir. Həmin şəhadətnamələr verilərkən digər vərəsələrin dairəsini müəyyən edilməmiş, mərhumun digər vərəsələrinin olması gizlədilmiş və bununla da onların hüquqlarını pozulmuşdur. Analoji hal Cavabdeh* adına Ağstafa rayon Notariat ofisi tərəfindən təsdiq edilmiş *8.0*.2022-ci il tarixli V-446/202* saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən də baş vermişdir. Belə ki, həmin şəhadətnamənin verilməsinə əsas olmuş bütün hüquqmüəyyənedici sənədlər Ağstafa rayon Notariat ofisindən şəhəri 27 saylı notariat kontorundan əldə olunaraq öyrənilmiş və bu zaman müəyyən olunmuşdur ki, X4 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev *9B, mənzil 22 ünvanında yerləşən mənzilə dair verilmişdir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın *3-cü hissəsinə əsasən notariat hərəkətinin aparılması zamanı X*5nın qeydiyyatına (doğumun, nikahın, nikahın pozulmasının, ölümün qeydə alınması və s.) dair məlumatların yoxlanılmasına zərurət olduqda, notarius bu məlumatları “X*5” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Həmin Təlimatın *02-ci hissəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın *3cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Mülki Məcəllənin **57-*.*-ci maddəsinə əsasən miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Məcəllənin *249-cu maddəsinə əsasən digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz. Həmin Məcəllənin *292.*-ci maddəsinə əsasən hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir. Həmin Məcəllənin *30*.* və *30*.2-ci maddələrinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin *304-cü maddəsinə əsasən üstünlük hüququnun həyata keçirilməsi zamanı miras bölgüsündə iştirak edən digər vərəsələrin əmlak hüquqları nəzərdə tutulmalıdır. Əgər əmlak onlara çatası payı almağa kifayət etməzsə, üstünlük hüququnu həyata keçirən vərəsələr onlara müvafiq pul və ya əmlak kompensasiyası verməlidirlər. Göründüyü kimi X*0 və Cavabdeh* adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən digər vərəsələr barədə tam məlumat verilməmiş, onlar vərəsəliyə çağırılmamış, olduqları yer müəyyənləşdirilməmiş, onlara mirası bölüşdürmək niyyətləri barəsində bildiriş göndərilməmiş, digər vərəsələrinin olması gizlədilmiş, onların mövcudluğu barədə notarius tərəfindən notariat hərəkətinin aparılması zamanı X*5nın qeydiyyatına sorğu göndərilməmiş, bununla da “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın və Mülki Məcəllənin tələbləri pozulmuşdur. Bu səbəbdən həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli, həmin şəhadətnamələrdə göstərilmiş əmlaklar da qanun üzrə vərəsələr arasında paylara bərabər şəkildə bölünməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı* adına verilmiş Bakı şəhəri 27 saylı notariat kontoru 2V-468 və 2V-469 reyestr nömrəli 30.**.202*-ci il tarixli, həmçinin Cavabdeh* adına verilmiş Ağstafa rayon Notariat ofisinin *8.0*.2022-ci il tarixli V-446/202* saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilərək, X4 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev *9B, mənzil 22 ünvanında yerləşən mənzil, 3*.0*.*997-ci ildə X5 adına qeydiyyata alınmış Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev *9b, mənzil *9 ünvanında yerləşən mənzil və Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AB 0*5864 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2007-ci il olan “Toyota Prado minik” markalı *0VE864 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi də miras əmlak toplusuna daxil edilməlidir. İlkin iddia üzrə iddiaçılar X4 miras qalmış Ağstafa rayon X*4 xx.xx.2023-cü il tarixli 02 saylı qərarı və xx.xx.2023-cü il tarixli 02 saylı icarə müqaviləsi ilə Ağstafa rayonu X*4 torpaq sahəsindən kənd təsərrüfatının inkişafı üçün 50 ha torpaq sahəsinin üzərində tikilmiş fermanın onlar tərəfindən vərəsəliyin qəbul edilmiş hesab edilməsi, qarşılıqlı iddiada isə iddiaçı bütün miras əmlakın qanun üzrə vərəsələr arasında paylara bərabər şəkildə bölünməsi tələbi ilə çıxış etmişlər. Yuxarıda qeyd olunduğu kimi, miras əmlakları bütün qanun üzrə vərəsələr qəbul etmişlər və həmin əmlak qanun üzrə bütün vərəsələr arasında bölünəcək miras əmlak toplusuna daxil edilməldir. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddia həmin hissədə təmin oluna bilməz. Qarşılıqlı iddia isə təmin həmin hissədə olunaraq həmin miras əmlak qanun üzrə vərəsələr arasında paylara bərabər şəkildə bölünərək, onlara müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, 3*.0*.*997-ci ildə X5 adına qeydiyyata alınmış Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev *9b, mənzil *9 ünvanda yerləşən mənzilə və Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AB 0*5864 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2007-ci il olan “Toyota Prado minik” markalı *0VE864 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair X** verilmiş Bakı şəhəri 27 saylı notariat kontorunun 2V-468 və 2V-469 reyestr nömrəli 30.**.202*-ci il tarixli, həmçinin X4 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev *9B, mənzil 22 ünvanda yerləşən mənzilə dair Cavabdeh* adına verilmiş Ağstafa rayon Notariat ofisinin *8.0*.2022-ci il tarixli V- 446/202* saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməli, X4 miras qalmış Ağstafa rayon X*4 xx.xx.2023-cü il tarixli 02 saylı qərarı və xx.xx.2023-cü il tarixli 02 saylı icarə müqaviləsi ilə Ağstafa rayonu X*4 torpaq sahəsindən kənd təsərrüfatının inkişafı üçün 50 ha torpaq sahəsinin üzərində tikilmiş fermanın, Sumqayıt şəhəri 43-cü məhəllə ünvanında yerləşən qeyri-yaşayış binasının, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev *9B, mənzil 22 ünvanda yerləşən mənzil, X8 və X5 adına ümumi birgə mülkiyyət hüququ əsasında Ağstafa rayonunu Göycəli kəndində JN 47 saylı dövlət aktı ilə 0,29 ha kənd təsərrüfatı təyinatlı, JN 47A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,25 ha həyətyanı torpaq sahəsinin, X2 miras qalmış Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev *9b, mənzil *9 ünvanda yerləşən mənzil və Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AB 0*5864 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2007-ci il olan “Toyota Prado minik” markalı *0VE864 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin */4 (dörddə bir) hissəsinə İddiaçı*, */4 (dörddə bir) hissəsinə İddiaçı2, */4 (dörddə bir) hissəsinə Cavabdeh2, */4 (dörddə bir) hissəsinə isə Cavabdeh* qanun üzrə vərəsəlik hüquqları tanınmalı və həmin əmlak paylarına dair onlara müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İlk və qarşılıqlı iddia qismən təmin edilsin. 3*.0*.*997-ci ildə X5 adına qeydiyyata alınmış Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev *9b, mənzil *9 ünvanda yerləşən mənzilə və Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AB 0*5864 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2007-ci il olan “Toyota Prado minik” markalı *0VE864 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair İddiaçı* verilmiş Bakı şəhəri 27 saylı notariat kontorunun 2V-468 və 2V-469 reyestr nömrəli 30.**.202*-ci il tarixli, həmçinin X4 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev *9B, mənzil 22 ünvanında yerləşən mənzilə dair Cavabdeh* adına verilmiş Ağstafa rayon Notariat ofisinin *8.0*.2022-ci il tarixli V-446/202* saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilsin. X4 miras qalmış Ağstafa rayon X*4 xx.xx.2023-cü il tarixli 02 saylı qərarı və xx.xx.2023-cü il tarixli 02 saylı icarə müqaviləsi ilə Ağstafa rayonu X*4 torpaq sahəsindən kənd təsərrüfatının inkişafı üçün 50 ha torpaq sahəsinin üzərində tikilmiş fermanın, Sumqayıt şəhəri 43-cü məhəllə ünvanda yerləşən qeyri-yaşayış binasının, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev *9B, mənzil 22 ünvanda yerləşən mənzil, X8 və X5 adına ümumi birgə mülkiyyət hüququ əsasında Ağstafa rayonunu Göycəli kəndində JN 47 saylı dövlət aktı ilə 0,29 ha kənd təsərrüfatı təyinatlı, JN 47A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,25 ha həyətyanı torpaq sahəsinin, X2 miras qalmış Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ev *9b, mənzil *9 ünvanda yerləşən mənzilin və Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AB 0*5864 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2007-ci il olan “Toyota Prado minik” markalı *0VE864 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin */4 (dörddə bir) hissəsinə İddiaçı*, */4 (dörddə bir) hissəsinə İddiaçı2, */4 (dörddə bir) hissəsinə Cavabdeh2, */4 (dörddə bir) hissəsinə isə Cavabdeh* qanun üzrə vərəsəlik hüquqları tanınsın. Qətnamə əmlak üzrə paylara dair İddiaçı*, İddiaçı2, Cavabdeh2 və Cavabdeh* qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 0* (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-317/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-317/2023
26.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver