Məhkəmə qərarları › İş №2(015)-32/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-32/2024

04.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-32/2024 04.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə Müşafiq oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Abdı oğluna qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən cavabdehə məxsus olan 1/7 payın əvəzi olaraq 4285 manat pull əvəz olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı işin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edib, cavabdehlə birgə mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən cavabdehə məxsus olan 1/7 payın əvəzi olaraq 5000 manat pull əvəz olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi). İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşayış evini mərhum həyat yoldaşı X3 ilə birlikdə yaşayan zaman əldə etmiş olduqları əmlak olduğundan həyat yoldaşı vəfat etdikdən sonra 1998-ci ildə o, birinci növbəli vərəsə olaraq vərəsəliyi qəbul etmişdir. Digər vərəsələr olan övladları vərəsəlikdən onun xeyrinə imtina etmişlər. Lakin hazırki Cavabdeh Abdı oğlu Azərbaycan Respublikasında yaşamadığı üçün onun öz payı yəni 1/7 payı müəyyən edilmişdir. Onun evində payı olsa da qeydiyyatı yoxdur. Bir övlad olaraq cavabdeh 25 ildən artıqdır ki, onunla maraqlanmamışdır. Cavabdeh oğlu Cavabdeh Abdı oğlu öz evində ona bir çox problemlər yaşadır. Özü Rusiya Federasiyasında yaşamaqla, həyat yoldaşını da həmin yaşayış evində qoymaqla və onun həyat yoldaşının öz istədiyi kimi həyat yaşaması onun yaşam tərxinə təsir edir. Məhz bu səbəbdən də, onunla bir mənzildə yaşamaqla onu görmək istəmədiyini bildirmək istəyir. O, həmin əmlaka tam mülkiyyətçi olmaq üçün həmin əmlakın üzərində sərəncam vermək hüququnu tam həyata keçirə bilmir. Cavabdehin ona məxsus mənzildə yaşaması mülkiyyət hüquqlarını pozur və digər tərəfdən mübahisənin kəskin ola biləcəyindən ehtiyatlanaraq onunla bir mənzildə yaşamaqları qeyri mümkündür. Elə həmin evdə də yaşayır, cavabdehin etinasız olaraq yanaşması onun payının tam olaraq real bölgüsünün aparılmasına mane olur. O, da həmin yaşayışevindən payların tam müəyyənləşdirilməsi, cavabdehə məxsus olan əşyaların öz pay hissəsindən yığması və onları görmək istəməməsi kimi hallar mövcuddur, məhz bu səbəbdən də real bölgünün aparılmasını qəti olaraq istəyir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, vəkil Nümayəndə Müşafiq oğlu iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh Abdı oğluna rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil **********37-05101-093019 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Həmin mənzil ünvan 2 ünvanında yerləşən binanın 1ci mərtəbəsində yerləşir, 4 otaqlıdır, sahəsi 64 kv.metr təşkil edir, bütün məişət şəraitinə malikdir. Cavabdeh Abdı oğlu, mənzildən istifadə hüququna malikdir, hal-hazıra kimi həmin şəxslər mənzildə qeydiyyatda olmaqla yaşayırlar. İş materiallarında olan arayışdan görünür ki, Orucova X1 şəhəri M. Ə.Rəsulzadə küçəsi ev 92, mənzil 17 qeydiyatdadır. İş materiallarında olan texniki pasportdan görünür ki, Orucova X1 şəhəri M. Ə.Rəsulzadə küçəsi ev 92, mənzil 17 mülki sahibidir. İş materiallarında olan daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, Orucova X1 şəhəri M. Ə.Rəsulzadə küçəsi ev 92, mənzil 17 X2 hədiyyə kimi vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətlə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz edilməsi ilə xitam verilir. Həmin Məcəllənin 223.1-ci və 223.2-ci maddələrinə görə, birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyinin mövcudluğuna son qoyulması ilə xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyil, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməli və bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Göründüyü kimi ünvan 2-də iddiaçının payı 6/7 hissədə, cavabdehin payı isə 1/7 hissədədir. Yəni, iddiaçının payı cavabdehə nisbətdə üstünlük təşkil etməklə, sonuncunun əmlaka cüzi hissədə payı mövcuddur. Ona görə də əmlak real surətdə ayrıla bilmədiyindən və ümumi əmlakdan istifadə edilməsində cavabdehin mühüm mənafeyi olmadığından cavabdehin razılığı olmadan iddiaçının öhdəsinə cavabdehə kompensasiya ödənilməsi vəzifəsi qoyulmalıdır. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh Abdı oğluna İddiaçı tərəfindən 5000 (beş min) manat məbləğində kompensasiya verilməklə onun İddiaçı məxsus ünvan 2-dən istifadə hüququna xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Abdı oğluna İddiaçı tərəfindən 5000 (beş min) manat məbləğində kompensasiya verilməklə Cavabdeh Abdı oğlunun İddiaçı məxsus ünvan 2-dən istifadə hüququna xitam verilsin. Qətnamə Cavabdeh Abdı oğlunun İddiaçı məxsus ünvan 2-dən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar