Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-337/2023 06.04.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi X* ilə, İddiaçı və onun nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh *-İNCİ Kredit Təşkilatına qarşı müqavilənin etibarsız hesab olunması və qanunsuz saxlanılan qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi : İddiaçı *-İNCİ Kredit Təşkilatı ilə 2*.0*.202*-ci il tarixli *76346782 saylı kredit və girov müqaviləsinin etibarsız hesab olunmasını və ona məxsus girovda qanunsuz saxlanılan qızıl-zinyət əşyalarının ona geri qaytarılmasını və *04,40 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh *-İNCİ Kredit Təşkilatının nümayəndəsinə məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iş üzrə *-İNCİ Kredit Təşkilatının sahibi X4 məhkəməyə ərizə göndərərək bildirdi ki, o fiziki şəxsdir və mülki işin aidiyyəti üzrə onun qeydiyyatda olduğu yerin məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı bildirdi ki, ərizəni göndərən X3 *-İNCİ Kredit Təşkilatının nümayəndəsi olması barədə məlumatı yoxdur, həmin şəxsi tanımır, onun iştirakı məhkəmədə zəruridir. Məhkəmə proses iştirakçılarını dinləyib, X3 ərizəsini araşdırıb hesab edir ki, mülki iş aşağıdakılara əsasən baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənliyin yaranması ilə nəticələnir. Mülki işlərə baxılarkən məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi üçün Mülki Prosessual Məcəllənin tələbləri nəzərdən keçirilməlidir. Həmin Məcəllənin tələblərində iddia ərizəsi verilərkən onun cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğu nəzərdə tutulmuşdur. İş materiallarından və cavabdeh *-İNCİ Kredit Təşkilatının sahibi X3 qeydiyyat ünvanı barədə çıxarışdan görünür ki, onun fiziki şəxs kimi sahibkarlıq subyekti olması barədə baza məlumatlarında qeydiyyat ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ev **, Bina-8, mənzil 93-dür. Həmçinin, iddiaçı tərəfindən cavabdehin Ağstafa rayonunun inzibati ərazisində qeydiyyatda olması və ya yaşaması barədə heç bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 35.*-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 2*-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan *0 gün ərzində şikayət verilə bilər Beləliklə məhkəmə hesab edir ki, cavabdeh *-İNCİ Kredit Təşkilatının sahibi X3 fiziki şəxs kimi sahibkarlıq subyekti olması barədə baza məlumatlarında qeydiyyat ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ev **, Bina-8, mənzil 93 olduğundan hazırki mübahisəyə baxılmasını təmin etmək üçün mülki iş ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 35, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı cavabdeh *-İNCİ Kredit Təşkilatına qarşı müqavilənin etibarsız hesab olunması və qanunsuz saxlanılan qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-337/2023
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-337/2023
06.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver