Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-345/2023 25.05.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X22 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Cavabdehlər Cavabdeh*, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı Cavabdeh*, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və üçüncü şəxs Ağstafa rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka qanun üzrə vərəsə tanınma, mirasdan payların müəyyən edilməsi və naturada bölünməsi tələbinə dair iddia ərizəsinə, həmçinin Cavabdeh* cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və üçüncü şəxs Ağstafa rayon Notariat Ofisinı qarşı vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması, mirasdan payın müəyyən edilməsi və naturada bölünərək təhvil verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, 22 fevral 200*-ci ildə vəfat etmiş mərhum atası X6 miras qalmış əmlakı faktiki qəbul etməyi faktının müəyyən edilməsi, *5.04.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında mərhum atası X9 mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə vərəsə tanınması, mirasdan payının müəyyən edilməsi və payının naturada bölünərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh* qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianı qismən, yəni ilk İddiaçı mirası qəbul etməsi faktının müəyyən edilməsi və miras əmlakdan ¼ hissədə payının müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən *5.04.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında mərhum atası X9 mülkiyyətində olan fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə qanun üzrə vərəsə tanınması, mirasdan payının müəyyən edilməsi və payının naturada bölünərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, qarşılıqlı iddianı qismən qəbul edib izahatında göstərdi ki, onun atası X*5, anası isə Kərimova Başxanım Məhəmmədəli qızıdır. Anası Kərimova Başxanım Məhəmmədəli qızı 23 oktyabr *978-ci ildə, atası X2 22 fevral 200*-ci ildə vəfat etmişlər. Valideyinlərinin birgə nikahlarından *957-ci ildə o, qardaşları X7 *937-ci ildə, X*3 22 fevral 200*-ci ildə, bacıları X8 *940-cı ildə və Cavabdeh* *947-ci ildə anadan olmuşdur. X* hələ valideynlərinin sağlığında ailə qurub başqa ünvana köçmüş, *964-cü ildə isə ata yurdundan qeydiyyatdan çıxmışdır. X20 *995-ci ildə vəfat etmişdir. X3 da hələ atasının sağlığında ata yurduna bitişik torpaq sahəsində özünə fərdi yaşayış evi inşa etdirərək, ailə üzvləri ilə birlikdə oraya köçmüş və orada yaşayaraq, ayrıca təsərrüfat idarə etmişdir. X24 20*9-cu ildə vəfat etmişdir. Digər qardaşı X** *964-cü ildə, o, isə *974-cü ildə Bakı şəhərinə köçmüş olsalar da, 22 fevral 200*-ci ildə atası Haqverdi Kərimov vəfat etdikdən sonra gəlib onu dəfn etmişlər, atasının dəfnindən sonra ondan miras qalmış əmlakdan yaşayaraq istifadə etmişlər. Belə ki, atası hələ sağlığında *4 aprel *998-ci il tarixdə 2V-38 reyestr nömrə ilə qeyd edilmiş vəsiyyətnamə əsasında ünvan 2 ünvanda yerləşən 4 otaq və * zaldan ibarət olan fərdi yaşayış evinin * otaq və * padvalını bacısı Cavabdeh* vəsiyyət etmişdir. Atasının vəfatından sonra o, qalan 3 otaqdan birində yaşamışdır. Digər 2 otaq isə qardaşı Firudin Kərimovun istifadəsində olmuşdur. Qardaşı Firudin də həmin otaqlarda yerləşən atasına məxsus əşayalardan istifadə və özü də bir neçə əşya alaraq oraya yerləşdirmişdir. Bacısı Cavabdeh* isə mərhum atasından qalan mirasa vəsiyyət üzrə vərəsədir. xx.xx.2005-ci il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə ilə bacısı Cavabdeh* evin */4 hissəsinə vəsiyyət üzrə vərəsə tanınmışdır. Hazırda *5.04.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin */4 hissəsi bacısı Cavabdeh*, 3/4 hissəsi isə mərhum ataları X9 mülkiyyətinə verilmişdir. O, hazırda mərhum atasından miras qalmış həyətyanı torpaq sahəsindən və fərdi yaşayış evindən ona düşən paya mülkiyyət hüququna dair sənəd almaq istəyir. Lakin, miras əmlakın bölgüsü ilə bağlı mübahisə olduğundan məhkəməyə müraciət etmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb ilk iddiasının təmin, qarşılıqlı iddianın isə qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X*4 ilk iddianın təmin, qarşılıqlı iddianın isə qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh* iddia tələbini müdafiə edib, ilk iddianı qismən qəbul edib izahatında göstərdi ki, atası X*5 özünə məxsus fərdi yaşayış evinin */4 hissəsini ona vəsiyyət etmiş, əmlakın qalan hissəsi isə, vəsiyatnamədən 3/4 hissəsi isə atasının mülkiyyətində qalmışdır. O, atasının ölümündən sonra xx.xx.2005ci il tarixində notariat kontoruna müraciət edərək, vəsiyyatnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və evin */4 hissəsinə vəsiyyət üzrə vərəsə tanınmışdır. Hesab edir ki, o, vasiyyətnamədən kənarda qalmış əmlaka da qanunu üzrə vərəsə tanınmalıdır. Belə ki, atasının vəfatından sonra da ondan miras qalmış əmlakda yaşayaraq ondan qalan mirası faktiki qəbul etmiş, hazırda da həmin evdə yaşayır. Ona görə də qeyd etdiklərini nəzərə alıb qarşılıqlı iddiasının təmin, ilkin iddianın isə qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 mərhum X9 mülkiyyətində olan fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə qanun üzrə vərəsə tanınması, mirasdan payının müəyyən edilməsi və payının naturada bölünərək ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 mərhum X9 mülkiyyətində olan fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə qanun üzrə vərəsə tanınmağısı, mirasdan payının müəyyən edilməsi və payının naturada bölünərək ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı, Cavabdeh4, Cavabdeh5 və üçüncü şəxs Ağstafa rayon Notariat Ofisinə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85-ci maddəsini rəhbər tutaraq işə onların və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, ilkin və qarşılıqlı iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk növbədə miras əmlak toplusu ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Göründüyü kimi *5.04.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,0547 ha torpaq sahəsinin */4 hissəsi Cavabdeh*, 3/4 hissəsi isə X9 mülkiyyətinə verilmiş, sonuncu isə 22 fevral 200*-ci il tarixdə vəfat etmişdir. Hazırki mübahisə üzrə miras əmlak toplusuna X9 adına olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,0547 ha torpaq sahəsinin 3/4 hissəsi daxildir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X*5 22 fevral 200*-ci il tarixdə vəfat etmişdir. Bundan başqa məhkəmə miras əmlakın faktiki olaraq qəbul edilmiş hesab olunması tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qanunvericiliyin tələblərinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Miras isə istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. İşdə olan sənədlərlə müəyyən edilir ki, X*5 ilə Kərimova Başxanım Məhəmmədəli qızının birgə nikahlarından İddiaçı, X7, X*3, X8 və Cavabdeh* adlı 5 uşaqları anadan olmuşdur. Yasəmən Kərimova 28.*0.*995-ci il, Feruz Kərimov 09.*2.2009-cu il, Firudin Kərimov xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X9 vəfatından sonra ondan miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,0547 ha torpaq sahəsinin 3/4 hissəsi onun sağ qalmış övladlarının, eyni zamanda vəfat etmiş övladlarının vərəsələrinin birinci dərəcəli qanun üzrə vərəsə kimi həmin miras əmlakdan pay almaq hüquqları yaranmışdır. Lakin, Haqverdi Kərimovun vərəsərindən yalnız sağ qalmış övladları olan İddiaçı və Cavabdeh* miras əmlakdan qanun üzrə vərəsəlik qaydasında paylarını tələb etmək üçün məhkəməyə iddia ilə müraciət etmişlər. Ona görə də yalnız onların payları müəyyən edilməli, digər vərəsələr tərəfindən pay tələb edilmədiyindən onların payları açıq saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) **33.*-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin **34.*-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. MM-nin **46-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-nin **47.*-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. MM-nin **5*.*-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-nin **59.*.*-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-nin **66-cü maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. MM-nin **72-ci maddəsinə əsasən, əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. MM-nin **93-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. MM-nin **95-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. MM-nin *243.*-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. MM-nin *243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-nin *243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-nin *32*.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda qeyd olunur ki, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut, vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd olmuş olsun. Məhkəmə payların hansı hissədə bölünməsi hissəsində isə aşağıdakıları qeyd edir. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,0547 ha torpaq sahəsinin */4 hissəsi vəsiyyətnamə əsasında Cavabdeh*, 3/4 hissəsi isə X9 mülkiyyətinədir. Bu işin mübahisəsiz halıdr və iş materialları ilə təsdiq olunur. Məlumdur ki, İddiaçı və Cavabdeh* birinci növbəli vərəsə kimi X6 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,0547 ha torpaq sahəsinin 3/4 hissəsinə qanun üzrə vərəsəlik hüququ yaranmışdır. Cavabdeh* iddiası üzrə məhkəmə bir daha qeyd edir ki, əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsənin payı bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsəyə də aid edilir. Nəzərə alsaq ki, qanun üzrə vərəsələrin sayı 5 nəfər olduğundan onların qanun üzrə vərəsəlik hüquqları bərabər şəkildə tanınmalıdır. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və 0,0547 ha torpaq sahəsinin ¾ (dörddə üç) hissəsi, yəni 75%-i miras əmlakdır. Nəzərə alsaq ki, miras qoyanın 5 vərəsəsi var, deməli hər bir paya *5 % düşür, bu da ümumi əmlaka paylar üzrə 3/20 təşkil edir. X6 miras qalmış ¾ hissəyə İddiaçı 3/20 hissəsinə, Cavabdeh* vəsiyyət üzrə qəbul etdiyi vərəsəlik payından əlavə 3/20 hissəsinə qanun üzrə vərəsəlik hüquqları tanınmalı və həmin əmlak paylarına dair onlara müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyesterində *5.04.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən qeyd alınmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və 0,0547 ha torpaq sahəsinin ¾ (dörddə üç) hissəsinin birinci dərəcəli vərəsələr olan X5, X*0, X4 payına düşən 3/20 hissəsinə isə onların vərəsələri tərəfindən pay tələb edilmədiyindən həmin hissələr açıq saxlanılmalıdır. Məhkəmə iddia tələblərinin naturada bölünərək təhvil verilməsi hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin *52.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Mülki Məcəllənin 2*3-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: *) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Mülki Məcəllənin 220.* və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Göründüyü kimi, hazırki iş üzrə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və 0,0547 ha torpaq sahəsinin ¾ (dörddə üç) hissəsinin, yəni atalarından qalan mirasa iddiaçılar vərəsəlik payının müəyyən edilməsini iddia edirlər. Vərəsəlik payı müəyyən edilmədən, naturada pay bölgüsü aparılması mümkün deyildir. Məhkəmə payları müəyyən etmədən ekspert qarşısında hansı paya uyğun bölgü aparılmasını sual qoya bilməz. Vərəsəlik payları müəyyən edildikdən sonra və həmin qətnamə qanuni qüvvəsini aldıqdan və paylı mülkiyyətin mülkiyyətçiləri öz paylarına müvafiq çıxarış aldıqdan sonra paylarının naturada ayrılması hüququndan istifadə edə bilər. Ona görə də iddialar həmin hissədə təmin oluna bilməz. Eyni zamanda izah olunur ki, iddianın bu hissədə imtinası tərəflərə gələcəkdə eyni predmet üzrə iddia irəli sürməsinə mane olmur. Çünki, tərəflər mülkiyyət hüquqlarını rəsmiləşdirdikdən sonra yeni hüquqi status əldə etmiş olurlar. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İlkin və qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı və Cavabdeh* ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0,0547 ha torpaq sahəsində ataları İddiaçı miras qalmış əmlakı faktiki qəbul etmə faktı müəyyən edilsin. Daşınmaz Əmlakın Dövlət Reyesterində *5.04.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən qeyd alınmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və 0,0547 ha torpaq sahəsinin 3/20 hissəsinə İddiaçı, 3/20 hissəsinə isə Cavabdeh* qanun üzrə vərəsəlik hüquqları tanınsın. Qətnamə əmlak üzrə paylara dair İddiaçı və Cavabdeh* qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. Daşınmaz Əmlakın Dövlət Reyesterində *5.04.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən qeyd alınmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və 0,0547 ha torpaq sahəsinin İddiaçı məxsus mirasın qalan hissəsinin birinci dərəcəli olan digər vərəsələri üçün açıq saxlanılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 0* (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-345/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-345/2023
25.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver