Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-381/2024 14.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi və məhkəmə iclasının katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Ağstafa rayon Notariat ofisinə qarşı “miras əmlakın qəbul edilmiş hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək miras əmlakın qəbul edilmiş hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri X8 ilə 1982-ci ildə ailə qurmuşlar, nikahlarını xx.xx.1982-ci il tarixdə rəsmiləşdirmişlər. xx.xx.2015-ci il tarixdə əri X8 vəfat etmişdir. 1992-ci ildə qaynanası X4 vəfat etdikdən sonra sonuncunun adına olan Ağstafa rayonu, Dağkəsəmən kəndində yerləşən fərdi yaşayış evi ona miras qalmışdır. 2016-cı il tarixdə mərhum Zöhrə Salıfovadan qalmış miras əmlakın faktiki qəbul edilməsi, əmlaka vərəsəliyin müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(015)-2069/2016 nömərli, 11 avqust 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. xx.xx.2016-cı il tarixində Ağstafa rayon Notariat ofisi tərəfindən ona reyestrdə 2V-196 nömrəsi ilə qeydə alınan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mərhum ərinin bacısı oğlu X5 verdiyi apellyasiya şikayəti əsasında Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2107-ci il tarixli, 2(104)- 2050/2017 saylı qərardadı ilə Ağstafa Rayon Məhkəməsinin 11 avqust 2016-cı il tarixli qətnaməsi ləğv edilərək ərizəçi İddiaçı miras əmlakın faktiki qəbul edilməsinə, həmin miras əmlaka vərəsəliyin müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılaraq ümumi əsaslarla iddia vermək hüququ izah edilmişdir. Mərhum əri X8 valideynlərinin vərəsəsi olduğu kimi, o, da ərinin yeganə vərəsəsi olmaqla faktiki qəbul edilmiş mirasa nisbətdə irsi transsmisiya üzrə yeganə vərəsə hesab edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Müşafiq oğlu ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmaqla iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlara əsaslandırır. “Nikah haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X8 16 fevral 1982-ci il tarixdə 21 nömrəli qeydlə nikahlarını rəsmiləşdirmişlər. "Ölüm haqqında" şəhadətnamələrin surətindən görünür ki, X4 02 yanvar 1992-ci ildə və X8 isə xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X1 adına Ağstafa rayonu, Dağkəsəmən kəndində yerləşən ümumi sahəsi 78.2 kv/m olan fərdi yaşayış evi, X6 və İddiaçı Kduziqoyevnanın adına isə həmin fərdi yaşayış evinin yerləşdiyi 0,13 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Ağstafa Rayon Məhkəməsinin 11 avqust 2016-cı il tarixli, 2(015)-2069/2016 saylı qətnaməsi ilə İddiaçıın mərhum X2 miras qalmış Ağstafa rayonu, Dağkəsəmən kəndində yerləşən ümumi sahəsi 78.2 kv/m olan fərdi yaşayış evinə vərəsəlik hüququ tanınmış və oun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi Ağstafa rayon Notariat ofisinə həvalə edilmişdir. Ağstafa rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 2V-195 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.1992-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi – İddiaçı Ağstafa rayonu, Dağkəsəmən kəndində yerləşən ümumi mülkiyyətində 0,13 ha torpaq sahəsi olan, ümumi sahəsi 78.2 kv/m olan fərdi yaşayış evindən pay almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı Kduziqoyevnanın adına Ağstafa rayonu, Dağkəsəmən kəndində yerləşən ümumi sahəsi 78.2 kv/m olan fərdi yaşayış evi və yaşayış evinin yerləşdiyi 0,13 ha torpaq sahəsi tam pay hüququ ilə qeydiyyata alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli, 2(104)-2050/2017 nömrəli qəradına əsasən Ağstafa Rayon Məhkəməsinin 11 avqust 2016-cı il tarixli, 2(015)- 2069/2016 saylı qətnaməsi ləğv edilərək ərizəçi İddiaçı miras əmlakın faktiki qəbul edilməsi, həmin miras əmlaka vərəsəliyin müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılaraq ümumi əsaslarla iddia vermək hüququ izah edilmişdir. Ağstafa rayon Notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinə ünvanlanmış 15 mart 2018-ci il tarixli, 77 nömrəli məktubda xx.xx.2016-cı il tarixli, 2V-195 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin Gəncə Apellyasiya Məhkəməsinin qərardadına əsasən Notariat ofisinin notariusu tərəfindən ləğv edildiyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının məhrum qaynanası X4 02 yanvar 1992-ci ildə vəfat etdiyindən, ondan miras qalmış Ağstafa rayonu Aşağı Kəsəmən kəndidə yerləşən fərdi yaşayış evi ilə bağlı mübahisəyə Azərbaycan SSR-nin xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan SSR-nin Mülki Məcəlləsinin 552-ci maddəsinin 2-ci hissəsinə görə vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddənin 3-cü hissəsində isə qeyd olunub ki, bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Mirasın açıldığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 554-cü maddəsinin 1-ci hissəsinə görə mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. O cümlədən hazırda qüvvədə olan Mülki Məcəllənin 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. X1 02 yanvar 1992-ci ildə vəfatından sonra mirasın açılmasından 32 il keçmişdir. İddiaçının məhrum əri X8 isə miras açıldıqdan 23 il sonra, yəni xx.xx.2015-ci il tarixdə vəfat etdiyindən məhkəmə müddətin keçməsi səbəbini üzürlü hesab etmir. Məhkəmə hesab edir ki, hazırda xx.xx.2000-ci il tarixindən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi həmin məsələni daha dəqiq tənzimləyir. Qanunun zamana görə qüvvəsi baxımından həmin Məcəllənin qüvvəsi qeyd olunan vərəsəlik münasibətlərinə şamil edilməsə də, “irsi tansmissiya”nın mahiyyətinin dərk edilməsi üçün Məcəllənin 1252-ci maddəsinə nəzər yetirilməlidir: Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Qanunun mənasından da göründüyü kimi vərəsə, yəni mərhum Sovet Eyyubov miras açıldıqdan sonra, yəni mərhum Zöhrə Salıfovanın 1992-ci ildə vəfatından sonra, lakin miras qəbul edilənədək yəni, 23 il ərzində həmin mirasın qəbul edilməsi üçün Azərbaycan SSR-nin Mülki Məcəlləsinin 552-ci maddəsinin 3-cü hissəsində müəyyən edilmiş altı aylıq müddəti pozmuşdur. Vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 24 fevral tarixli Qərar). Məhkəmə hesab edir ki, mirasın qəbul edildiyi müddətlə bağlı Azərbaycan Respublikasının olan Mülki Məcəlləsinin qüvvədən düşmüş 1246-cı maddəsində nəzərdə tutulmuş müddəalar hazırki mübahsiəyə şamil olunmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası konstitusiya Məhkəməsi plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsə də, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Belə olan məhkəmə hesab edir ki, hazırda məhkəmənin icraatında olan “miras əmlakın qəbul edilmiş hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi barədə” mübahisə üzrə vərəsəlik münasibətləri Azərbaycan Respublikası konstitusiya Məhkəməsi plenumunun xx.xx.2023-cü il tarixli Qərarı qüvvəyə mindikdən sonra yarandığından mirasın qəbul edildiyi müddətlə bağlı qüvvədən düşmüş bu norma həmin münasibətə şamil olunmur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Ağstafa rayon Notariat ofisinə qarşı “miras əmlakın qəbul edilmiş hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi barədə” barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-381/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-381/2024
14.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver