Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-397/2023 18.05.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X16 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Həmzəlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Ağstafa rayon Notariat kontoruna qarşı mirasın vərəsələr tərəfindən faktiki qəbul edilmiş hesab edilməsi, paylara uyğun qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Ağstafa rayon Notariat kontoruna qarşı mirasın vərəsələr tərəfindən faktiki qəbul edilmiş hesab edilməsi, paylara uyğun qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, mərhum babası X12 və mərhum nənəsi X5 rəsmi nikahla ər arvad kimi Ağstafa rayonu Dağ Kəsəmən kəndində yaşamışlar və həmin nikahdan onların 3 uşaqları Cavabdeh1, Cavabdeh2 və X8 adlı uşaqları anadan olmuşdur. Hazırda 3 nəfər övladdan bir nəfər X8 vəfat etmişdir. Mərhum babası X6 miras qalmış Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evi onun adına qeydiyyatdadır, evin həyətyani torpaq sahəsi isə nənəsi X3 adına qeydiyyatdadır. Mərhum babası xx.xx.1992-ci ildə, nənəsi isə xx.xx.2003-cü ildə və övladları mərhum atası X10 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Mirasın qəbul edilməsi barədə Ağstafa rayon Notariat Ofisinə müraciət etmiş və vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığı bildirilərək məhkəməyə müraciət etməyi tövsüyyə edilmişdir. Hazırda isə mərhum baba və nənəsindən qalan mirasın vərəsələr tərəfindən faktiki qəbul edilmiş hesab edilməsi, paylara uyğun qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi zərurəti yaranmışdır. Ona görə də mərhum babası X6 miras qalmış Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evi və mərhum nənəsi X2 miras qalmış JN-806 A, KOD 50200028-saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə 0,40 ha torpaq sahəsinə dair mirasın vərəsələr tərəfindən faktiki qəbul edilmiş hesab edilməsi paylara uyğun qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh1 iddia tələbini qəbul edib izahatında göstərdi ki, Bakı şəhərində yaşayır. Valideynlərindən qalan mirasla bağlı vərəsəliyi qəbul etməməyinin səbəbi səhlənkarlığı olub, ona görə də müddəti ötürmüşdür. İddia ərizəsi ilə tanış olub, mirasın vərəsələr tərəfindən faktiki qəbul edilmiş hesab edilməsi, paylara uyğun qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh2 iddia tələbini qəbul edib izahatında göstərdi ki, mərhum atası xx.xx.1992-ci ildə, mərhum nənəsi xx.xx.2003-cü ildə və qardaşı X8 isə xx.xx.2001-ci ildə vəfat etmişdir. 1978-ci ildə ailə həyatı qurub, ata evindən çıxmışdır. Hal-hazırda Ağstafa rayonu Dağ Kəsəmən kəndində yaşayır. İddia ərizəsi ilə tanış olub, mirasın vərəsələr tərəfindən faktiki qəbul edilmiş hesab edilməsi, paylara uyğun qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Sonuncu məhkəmə baxış iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Ağstafa rayon Notariat kontoruna rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk növbədə iddiaçının miras əmlakın faktiki olaraq qəbul edilmiş hesab olunması tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qanunvericiliyin tələblərinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Miras isə istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. İşdə olan sənədlərlə müəyyən edilir ki, Qənbər Şəhniyarov ilə Həmidə Şəhniyarovanın birgə nikahlarından Cavabdeh1, Cavabdeh2 və X8 adlı 3 nəfər uşaqları anadan olmuşdur. Qənbər Şəhniyarov xx.xx.1992-ci ildə, Həmidə Şəhniyarova xx.xx.2003-cü ildə, Təbriz Şəhniyarov isə xx.xx.2001-ci ildə vəfat etmişdir. X6 Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evi, X2 isə JN-806 A, KOD 50200028-saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə 0,40 ha torpaq sahəsi miras qalmış, onların sağ qalmış övladları birinci dərəcəli qanun üzrə vərəsə kimi həmin miras əmlakdan pay almaq hüquqları yaranmışdır. Eyni zamanda, pay almaq hüquqları olan şəxslərdən Cavabdeh2, Cavabdeh1, Pərvanə Alməmmədova və Rəna Şahniyarova miras paydan imtina etmişlər və barədə onların notariat qaydada təsdiq olunmuş ərizələri təqdim olunmuşdur. Belə ki, iş materiallarında olan texniki pasportun surətindən görünür ki, X11 adına Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evi vardır. İş materiallarından olan JN-806 A, KOD 50200028-saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X3 adına Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən 0,40 ha torpaq sahəsi vardır. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, Təbriz Şəhniyarov xx.xx.2001-ci il tarixdə, Qənbər Şəhniyarov xx.xx.1992-ci il tarixdə və Həmidə Şəhniyarova isə xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Cavabdeh2, Cavabdeh1, X1 və X4 notariat qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, xx.xx.1992-ci ildə vəfat etmiş X7 miras qalmış əmlakdan onlara çatası paydan imtina edirlər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iş üzrə iddiaçının nənəsi Həmidə Şəhniyarovadan miras qalmış əmlaka 2000-ci ildə qəbul olunmuş və qüvvədə olan Azərbaycan Respublikası MM-nin 1159.1.3, babası Qənbər Şəhniyarovdan miras qalmış əmlaka isə Azərbaycan SSR Mülki Məcəlləsinin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsə olmaq hüququ yaranmışdır. Belə ki, iddiaçının mərhum atası X15 Şəhniyarovdan miras qalmış əmlakı qəbul etdikdən sonra, Həmidə Şəhniyarovadan miras qalmış əmlakı isə qəbul etməmiş vəfat etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan SSR Mülki Məcəlləsinin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları müəyyən olunmaqla, uşaqlar o cümlədən (övladlığa götürənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsə hesab olunur. 2000-ci ildə qəbul olunmuş və qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. MM-nin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-nin 1147.1-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. MM-nin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-nin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-nin 1159.1.3-cü maddəsinə əsasən, ölənin nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. MM-nin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Eyni zamanda, MM-nin 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. MM-nin 1270.3-cü maddəsinə əsasən ölmüş vərəsənin bir neçə vərəsəsinin hər biri yalnız öz miras payından imtina edə bilər. Göründüyü kimi, iddiaçının başqa bütün vərəsələr olan Cavabdeh2, Cavabdeh1, Pərvanə Alməmmədova və Rəna Şahniyarova miras qalmış miras paydan imtina etmələri barədə notariat qaydada təsdiq olunmuş ərizələrini məhkəməyə təqdim etmişlər. Ona görə də onların miras əmlakdan imtinaları məhkəmə tərəfindən qəbul olunmalıdır. MM-nin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-nin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-nin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda qeyd olunur ki, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut, vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd olmuş olsun. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Qənbər Şəhniyarov ilə Həmidə Şəhniyarovanın birgə nikahlarından Cavabdeh1, Cavabdeh2 və X9 adlı 3 nəfər uşaqları anadan olması, Qənbər Şəhniyarovun xx.xx.1992-ci ildə, Həmidə Şəhniyarovanın xx.xx.2003-cü ildə, Təbriz Şahniyarovun isə xx.xx.2001-ci ildə vəfat etməsi, X6 Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evinin, X2 isə JN-806 A, KOD 50200028-saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə 0,40 ha torpaq sahəsinin miras qalması, iddiaçının atasının babasından qalmış miras qəbul etdikdən sonra vəfat etməsi, onun sağ qalmış övladları birinci dərəcəli qanun üzrə vərəsə kimi həmin miras əmlakdan pay almaq hüquqlarının, pay almaq hüquqları olan şəxslər Cavabdeh2, Cavabdeh1, Pərvanə Alməmmədovanın və Rəna Şahniyarovanın miras paydan imtina etməsi, bu barədə onların notariat qaydada təsdiq olunmuş ərizələrinin məhkəməyə təqdim olunması, iş üzrə iddiaçının nənəsi Həmidə Şəhniyarovadan miras qalmış əmlaka MM-nin 1159.1.3, babası Qənbər Şəhniyarovdan miras qalmış əmlaka isə Azərbaycan SSR Mülki Məcəlləsinin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsə olmaq hüququ yaranması məhkəmə iclasında öz təsdiqini tapdığından iddia təmin olunmalı, İddiaçı tərəfindən mərhum babası X6 miras qalmış Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evi və mərhum nənəsi X2 isə JN-806 A, KOD 50200028-saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə 0,40 ha torpaq sahəsi miras əmlak üzrə mirası faktiki olaraq qəbul edilmiş hesab olunmalı və həmin əmlaklara dair ona müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. İddiaçı tərəfindən mərhum babası X6 miras qalmış Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evi və mərhum nənəsi X2 isə JN-806 A, KOD 50200028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə 0,40 ha torpaq sahəsi olan miras əmlak üzrə mirası faktiki olaraq qəbul edilmiş hesab olunsun. Qətnamə əmlaklara dair İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-397/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-397/2023
18.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver