Məhkəmə qərarları › İş №2(015)-420/2023

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-420/2023

04.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-420/2023 04.05.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı Ərizəçi və cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidmətinin (SHXÇDX-nın) Ağstafa rayon şöbəsinin nümayəndəsi X1 iştrakı ilə, İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə qarşı "sənədin şəxsə aid olması faktının müəyyən edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı Ərizəçi xx.xx.2023-cü il tarixdə Məhkəməyə müraciət edərək, o, xx.xx.1975-ci ildə Qazax rayonunun Göycəli kəndində anadan olmuş Ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi arxivində qeyd edilmiş İbrahimzadə kimi qeyd olunmuş arxiv arayışının Ərizəçi məxsus olması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştrak edın İddiaçı Ərizəçi ərizə təqdim edərək bildirdi ki, yaranmış zərurətlə əlaqədər iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştrak edın cavabdeh PHXCDX-nın nümayəndəsi X2 bildirdi ki, mülki işin baxılmamış saxlanmasına etiraz etməmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı mülki iş üzrə iddianın baxılmamış saxlanılması barədə ərizə təqdim etdiyindən və cavabdehin mülki işə baxılmamış saxlanılmasına etiraz etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh (maraqlı şəxs) işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 119.1-ci, 259-260-cı, 263- 264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Ərizəçi cavabdeh Səfərbərlik və hərbi xidmətə çagırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon Şöbəsinə qarşı "sənədin şəxsə aid olması faktının müəyyən edilməsi" tələbinə dair ərizə baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar