Məhkəmə qərarları › İş №2(015)-43/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-43/2023

24.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-43/2023 24.05.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X29 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi İddiaçı, Müstəqil tələb irəli sürən üçüncü şəxs X7 nümayəndəsi, vəkil X14 iştirakı ilə, İddiaçı cavabdeh X6 və maraqlı şəxs Ağstafa rayon Notariat ofisinə qarşı miras əmlakdan vərəsəliyin müəyyən edilməsi, paylara bölünməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdehlər İddiaçı, Ağstafa rayon Notariat ofisinə və üçüncü şəxs X20 qarşı miras əmlaka pay hüququnun müəyyən edilməsi və bölünməsi tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Ağstafa şəhəri C.Cabbarlı küçəsi ev 31-də yerləşən 89.3 kv m 6 otaqlı yaşayış evi və 7,00 ha həyətyanı torpaq sahəsindən vərəsələrə düşən miras əmlakdan vərəsəliyin müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi və paylara bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X16 iddia ilə məhkəməyə müraciət edərək, babası X12 miras qalmış Ağstafa şəhəri C.Cabbarlı küçəsi ev 31-də yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik qaydasında payının müəyyən edilməsi və bölünərək ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərardadı ilə həmin ərizələr bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, Ağstafa şəhəri C.Cabbarlı küçəsi ev 31-də mərhum atası X18 məxsus ümumi sahəsi 89.3 kv.m olan 6 otaqlı ev və 7,00 ha həyətyanı torpaq sahəsi mövcuddur. O, hazırda mərhum atasına məxsus ev və həyatyanı torpaq sahəsinin vərəsəlik şəklində adına keçirilməsi barədə Ağstafa rayon Notariat Ofisinə müraciət etmiş, lakin digər vərəslər arasında mübahisə olduğundan ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina barədə cavab məktubu verilmişdir. Bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də Ağstafa şəhəri C.Cabbarlı küçəsi ev 31-də mərhum atası X18 məxsus ümumi sahəsi 89.3 kv.m olan 6 otaqlı ev və 7,00 ha həyətyanı torpaq sahəsindən vərəsəlik paylarının müəyyən edilməsi, həmin payların bölünməsi və paylara uyğun vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X7 nümayəndəsi, vəkil X21 bildirdi ki, nümayəndəsi olduğu X32 Həsənovanın nəvəsidir. Gülnar Həsənovanın da atası Sahib Həsənov vəfat etmişdir. Gülnar Həsənovanın mərhum babası X26 şəhəri C.Cabbarlı küçəsi ev 31-də yerləşən fərdi yaşayış evi miras qalmışdır. Qara Həsənov isə vəfat etməzdən əvvəl 2019-cu ildə Gülnar Həsənovaya vəsiyyətnamə vermiş, lakin onun məlumatı olmadan qeyd edilən vəsiyyətnamə ləğv edilmişdir. Buna baxmayaraq, Gülnar Həsənovanın atası Sahib Həsənov xx.xx.2009-cu ildə, babası Qara Həsənov isə xx.xx.2022-ci il tarixdə vəfat etdiyindən onun vəsiyyətnamə olması belə babasından miras qalmış yaşayış evindən pay almaq hüququ vardır. Ona görə də X12 miras qalmış Ağstafa şəhəri C.Cabbarlı küçəsi ev 31-də yerləşən fərdi yaşayış evinə X1 üzrə vərəsəlik qaydasında payının müəyyən edilməsi və bölünərək ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 26 oktyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X23 izahatında göstərmişdir ki, o, mərhum atası X19 atası X15 nəvəsidir. X30 ölümündən sonra ondan miras qalan ünvan 1-də yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəsidir. Onun babasından qalan həmin fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququ yaranır və həmin əmlaka pay hüququnun müəyyən edilərək ona çatan hissədən pay verilməsini xahiş etmişdir. İş üzrə cavabdeh X10 isə məhkəməyə ərizə göndərərək göstərmişdir ki, atası Qara Həsənovun vəfatından sonra onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 89.3 kv.m 6 otaqlı yaşayış evindən və 7 ha həyatyanı torpaq sahəsindən miras payı əldə etmək hüququndan istifadə etmək qərarına gəlmişdir. İddia tələbini qismən qəbul edir. Belə ki, əmlakdan tək onun deyil, vəfat etmiş qardaşı Sahibində iki övladının da pay almaq hüququ nəzərə alınmaqla miras əmlak 3 hissəyə bölünməlidir. Bölgünün isə ideal, real bölgü əsasında aparılmasını və evdə olan otaqların sayı, ölçüsü, həyətdəki tikililər və istifadədə olan torpaq sahəsinin ölçüləri üzrə aparılmasının təmin edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh X6, maraqlı şəxs Ağstafa rayon Notariat ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddialar təmin olunmalıdır. Məhkəmə miras əmlak toplusu ilə bağlı isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən əmlak hüquq (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən əmlak hüquq (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir. Qanunvericiliyin tələblərinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Miras isə istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. MM-nin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, ünvan 1 ünvanında yerləşən 89.3 kv.m 6 otaqlı yaşayış evi və 7 ha həyatyanı torpaq sahəsi X15 adına qeydiyyata alınmış, sonuncu isə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra miras açılmışdır. Qara Həsənov isə vəfat etməzdən əvvəl 2019-cu ildə Gülnar Həsənovaya vəsiyyətnamə vermiş, lakin sonradan qeyd edilən vəsiyyətnamə ləğv edilmişdir. X7 nümayəndəsi, vəkil X21 vəsiyyətnamənin ləğvinə dair ərizə vəsiyyət edən tərəfindən imzalanmamasını əsas gətirilərək yazılı vəsatət təqdim edib məhkəmə xəttşünaslıq ekspertizası təyin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən mülki işin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədi ilə tərəflərin təqdim etdikləri, o cümlədən ekspert tərəfindən tələb edilən sənədlər əsasında mülki iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından ekspertiza təyin etmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə verilmiş ekpert rəyinə əsasən “Ekspertizaya təqdim edilmiş, X24 ilə X9 adlarından olan Ağstafa rayon notariat ofisində xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmiş vəsiyyətnamənin ləğvinə dair X24 tərəfindən Notariat Ofisinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 8İ-5282 reyestr nömrəli “Ərizədə” “X24 (tel:(050) 359-04-48)” yazılarının qarşısında olan imza – X24 tərəfindən icra olunmuşdur. Göründüyü kimi X2 bütün əmlakını nəvəsi X11 vəsiyyət etsə sonradan həmin vəsiyyətnaməni ləğv etdirmişdir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə miras əmlak toplusuna X15 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən 89.3 kv.m 6 otaqlı yaşayış evi və 7 ha həyatyanı torpaq sahəsi daxildir və həmin əmlakdan onun sağ qalmış övladları birinci dərəcəli qanun üzrə vərəsə kimi həmin miras əmlakdan pay almaq hüquqları yaranmışdır. Məhkəmə vərəsələrin dairəsinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X15 və X5 birgə nikahlarından İddiaçı, X10 və X25 adlı 3 uşaqları anadan olmuşdur. X28 xx.xx.2009-cu il tarixdə, X13 xx.xx.2020-ci il tarixdə, X24 isə xx.xx.2022-ci il tarixdə, vəfat etmişdir. Sonuncu vəfat etdikdən sonra mirasın açıldığı vaxt sağ qalmış vərəsələri İddiaçı və Kəmalə Abdullayeva olmuş, Sahib Həsənov isə miras açılmamışdan əvvəl vəfat etmişdir. Bu səbəbdən onun uşaqları qanun üzrə vərəsə sayılmalıdır. Yəni, İddiaçı miras qalmış əmlaklar toplusu bərabər şəkildə 3 hissəyə bölünməlidir. MM-nin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən ölənin nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Göründüyü kimi, Sahib Həsənov atasından əvvəl miras açılmamışdan vəfat etmişdir. Onun isə Gülnar Həsənova və Elçin Həsənov adlı 2 uşağı vardır. Onlar da miras əmlakdan paylarını tələb etmişlər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, X15 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən 89.3 kv.m 6 otaqlı yaşayış evinin və 7 ha həyatyanı torpaq sahəsinin 1/3 (üçdə bir) hissəsinə İddiaçı, 1/3 (üçdə bir) hissəsinə X3, 1/3 (üçdə bir) hissəsinə isə Sahib Qara oğlunun vərəsləri olan X7 və X17 qanun üzrə vərəsəlik hüquqları tanınmalı və həmin əmlak paylarına dair onlara müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 116.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri üzrə ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməli, X7 nümayəndəsi, vəkil X14 yazılı vəsatətində göstərdikləri xüsusatlar ekspert rəyi ilə təsdiq edilmədiyindən, iş üzrə keçirilmiş ekspertiza xərci olan 124 manat məbləğində pul Gülnar Həsənovadan tutularaq Dövlət xəzinədarlığı agentliyinin hesabına keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbləri təmin edilsin. X15 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən 89.3 kv.m 6 otaqlı yaşayış evinin və 7 ha həyatyanı torpaq sahəsinin 1/3 (üçdə bir) hissəsinə İddiaçı, 1/3 (üçdə bir) hissəsinə X3, 1/3 (üçdə bir) hissəsinə isə X22 vərəsələri olan X7 və X17 qanun üzrə vərəsəlik hüquqları qanun üzrə vərəsəlik hüquqları tanınsın. Qətnamə əmlak üzrə paylara dair İddiaçı, X6, X22 vərəsələri olan X11 və X20 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. İş üzrə məhkəmə ekspertizası təqdiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat məbləğində pul X8 tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, м/h АZ41NАBZ********************, SWİFТ. Bik: CТRЕАZ22, VÖEN **********, hesab АZ34CТРЕ******************** saylı hesabına keçirilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar