Məhkəmə qərarları › İş №2(015)-432/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-432/2024

02.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-432/2024 02.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi , Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı tərəf Ağstafa rayon Dövlət Notariat Ofisinə qarşı «sənədin şəxsə aid olması faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı tərəf Ağstafa Rayon Dövlət Notariat Ofisinə qarşı «sənədin şəxsə aid olması faktının müəyyən edilməsi» barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışlar ki, o, Ağstafa rayon Poylu kəndində yaşayır. Mərhum nənəsi X5, 09 yanvar 1936-cı ildə Qazax rayon Poylu kəndində anadan olmuşdur. xx.xx.2012-ci ildə Ağstafa rayonu Poylu kəndində vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmişdir. Hazırki vəziyyətdə vərəsəliklə əlaqədar olaraq Ağstafa rayon Dövlət Notariat Ofisinə müraciət edilmiş, mərhum nənəsi X3 doğum haqqında şəhadətnaməsində atasının adı səhvən Alı kimi yazılmışdır. O cümlədən digər sənədlərdə isə məsələn ölüm haqqında şəhadətnamədə Yusif qızı, Poylu kəndi üzrə təsərüffat başına kitabdan çıxarışda Yusif qızı və onun adına olan JN-996 Kod 50209018 saylı Dövlət Aktında da Yusif qızı kimi qeyd edilmişdir. Mərhumun atasının adı həqiqətən də “ Yusif ” kimi qeyd edilməli idi. Ona görədə mərhumdan qalan mirasın qəbul edilməsi mümkün olmadığı üçün sənədin şəxsə aid olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hazırki mülki iş üzrə Ərizəçi bacısıdır. 1961-ci ildə Qazax rayonu Poylu kəndində anadan olmuşdur. Ali təhsilli müəllimədir. Ərizəçiyə qarşı düşmənçiliyi və ədavəti yoxdur. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, ərizəçinin nənəsinin (nənəmizin) ata adı Yusifdir, doğum haqqında sənəd də yazılmış Alı adı nənəsinin (nənəmizin) atasının yox qardaşının adı olduğunu xatırlayıram. Hal-hazırda nənəmizin heç bir övladı yaşamır. Həqiqətən ərizəçinin nənəsinin (nənəmizin) ata adı Yusifdir, doğum haqqında sənəddə yazılmış ata adı Alı yanlışdır. Məhkəmə iclasının yeri və vaxtı haqqında maraqlı tərəf Ağstafa rayon Dövlət Notariat Ofisinə nümayəndəsi lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 185.6-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cü il tarixdə anadan olmuş, Qazax rayon Poylu kəndində qeydiyyatdadır. İş materiallarında olan Ağstafa RİHB-nin Poylu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfində verilmiş arayışda görünürki, Ərizəçi Sumqayıt şəhəri məhəllə 18, ev 6/27, mənzil 19-da daimi qeydiyyatda olmaqla, hal-hazırda müvəqqəti olaraq Ağstafa rayonu Poylu kəndində yaşayır. İş materiallarında olan Ağstafa rayon Dövlət Notariat Ofisi tərəfindən Ərizəçi 24 yanvar 2024-cü il 58 nömrəli məktubdan görünür ki, mərhum nənəniz X4 məxsus miras əmlakı qalmışdır. Lakin, təqdim edilən doğum haqqında şəhadətnamədə mərhum nənəniz X7 və digər sənədlərdə isə X1 qeyd edilmişdir. Bu səbəbdən həmin miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi mümkün olmamışdır. İş materiallarında olan ölüm haqqında 10 may 1999-cu il 17 nömrə ilə qeyd edilmiş şəhadətnamədən görünürki, xx.xx.1999-cu il də ölmüş ərizəçinin mərhum nənəsi X5 adı ilə qeydə alınmışdır. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli 09 nömrəli Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Poylu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Ağstafa rayon Dövlət Arxivində mühafizə olunan 1974-1976-ci illərə aid Təsərrüfatbaşı kitabında X2 qeyd edilmişdir. İş materiallarında olan, xx.xx.2024-cü il 05 nömrəli Ağstafa Rayon Dövlət arxivində mühafizə olunan 1936-1938-ci illərə aid Poylu kənd doğum aktı qeyd kitabından çıxarışda X7 adı ilə qeyd edilmişdir. Beləliklə, yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, Ağstafa Rayon Dövlət arxivində mühafizə olunan 1936-1938-ci illərə aid Poylu kənd doğum aktı qeyd kitabında texniki səhv nəticəsində ərizəçinin mərhum nənəsinin “ ata adı ” düzgün yazılmamışdır. Ona görə də ərizə təmin edilməli, Ərizəçi mərhum nənəsininin ata adı “ Alı ” deyil “ Yusif ” faktı təsdiq edilməlidir. Çünki Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu 307.2.5-ci maddəsindəki şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının, 307.2.11-ci maddəsindəki qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin hazırkı qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 234, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1936-cı ildə Qazax rayon Poylu kəndində anadan olmuş ərizəçinin mərhum nənəsi X4 məxsus xx.xx.2024-cü il tarixdə arxiv idarəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən çıxarışda göstərilən X7 ilə X3 olması faktı müəyyən olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: ZAMİQ RƏSULOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar