Məhkəmə qərarları › İş №2(015)-44/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-44/2024

27.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-44/2024 27.02.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı nümayəndəsi (həyat yoldaşı) Nümayəndə, Cavabdeh2, Cavabdeh1 və onun nümayəndəsi və vəkili X9 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və maraqlı şəxs Ağstafa rayon Notariat ofisinə qarşı “mirasın bütövlükdə qəbul edilmiş hesab edilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək mərhum nənəsi X8 məxsus Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində yerləşən yaşadığı evə mirasın bütövlükdə onun tərəfindən qəbul edilmiş hesab edilməsi və ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə cavabdeh olan Cavabdeh1 öz növbəsində Ağstafa Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində yerləşən anası X4 miras qalmış fərdi evi üzrə varislərin müəyyən edilməsi və şəhadətnamələrin verilməsi və icrasının üçüncü şəxsə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-nin) 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, tərəflərin və mübahisə predmetinin eyni olmasını, tərəflərin məhkəmənin icraatında olan işlərin bir icraatda birləşdirilməsinə və birlikdə baxılmasına etirazlarının olmadığını nəzərə alaraq 31 yanvar 2024-cü il tarixli qərardadla iddia tələblərinin bir icraatda birləşdirilməsi qərara alınmışdır. İddiaçı məhkəmə baxışı iclasında iştirak etməmiş, onu nümayəndəsi Nümayəndə təmsil etmişdir. Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, iddiaçının mərhum nənəsi X8 məxsus Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində yerləşən ev vardır. Mərhum nənəsi 20 avqust 1994cü il tarixində vəfat etmişdir. İddiaçı və onun ailə üzvləri uzun müddətdir ki, nənəsinə məxsus evdə ailə üzvləri ilə birlikdə yaşayırlar. X11 6 nəfər övladları anadan olmuşdur: X14, X21, Cavabdeh1, X20, X15 və X16. İddiaçı və onun ailə üzvləri mərhum nənəsi vəfat etməmişdən və vəfat edəndən sonra da həmin evdə yaşamaqla, həmin evdə qeydiyyatdadırlar və mirası faktiki qəbul edərək ona sahiblik edirlər. Həmçinin evin təmir tikinti işlərini və o cümlədən təsərrüffat işlərini idarə edirlər. Hesab edir ki, iddiaçı uzun müddətdir ki, mərhum nənəsindən qalan miras əmlakı qəbul etdiyindən və həmin əmlaka sahiblik etdiyindən mərhum nənəsindən iddiaçının mərhum atasına çatası pay ona verilmələklə bu barədə ona vərəsəlik şəhadətnaməsi verilməsi zərurəti yaranmışdır. Ona görə də iddianın təmin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı iddia tələbində qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, İddiaçı mərhum qardaşı Məzahirin oğlu olmaqla bir neçə il bundan əvvəl onun tərəfindən razılıq verilmiş və bu səbəbdən həmin fərdi evə köçmüşdür. Mərhum anasının sağlığında və vəfatından sonra fərdi evdə o, ailə üzvləri ilə birgə yaşamışdır. Belə ki, hal-hazırda Bakı şəhərində yaşamasına baxmayaraq yay fəslini bütövlükdə, başqa vaxtlar isə davamlı olaraq anasına qayğı göstərmiş və təsərrüffatı idarə etmişdir. Həmin fərdi ev qiymətləndirilmiş və onun tərəfindən Turan ona çatacaq hissəsinin pul vəsaiti ilə ödənilməsi və son zamanlar fərdi evin dam örtüyünün xərci çəkilməklə könüllü fərdi evi tərk etməyi xahiş etsə də nəticə əldə edilməmişdir. Hazırda İddiaçı baxmayaraq ki, özü də varislərin 6 nəfər olmasını etiraf etsə də miras əmlakı tam şəkildə adına rəmiləşdirməyi məhkəmədən xahiş edir. İş üzrə X4 miras qalmış Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində yerləşən fərdi yaşayış evi ilə bağlı varislərin dairəsi müəyyən edilməlidir. Məhkəmə baxışı iclasında iştirak edən, Cavabdeh1 nümayəndəsi və vəkili X17 təmsil etdiyi şəxsin izahatına uyğun izahat verdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 İddiaçı iddia tələbini qəbul etməyərək bildirdi ki, notarial qaydada mərhum anası X5 irsi qalmış miras əmlakın ona çatası hissəsindən imtina edib. Ona görə də Cavabdeh1 iddiasının təmin olunmasına razıdır. Ağstafa rayon Notariat ofisinin nümayəndəsi də məhkəmə baxışı iclasında iştirak etməmişdir. MPM-in 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmadığından Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxmışdır. İddia ərizəsində Ağstafa rayon Notariat ofisi maraqlı şəxs kimi göstərilsə də, Məhkəmə qeyd edir ki, iddia icraatı qaydasında baxılan işlər üzrə hər hansı hüquqi və ya fiziki şəxs, o cümlədən dövlət orqanları “maraqlı şəxs” adı ilə işdə iştirak etməyə cəlb edilə bilməzlər. MPMin 46-cı maddəsində nəzərdə tutulan “maraqlı şəxs” xüsusi icraat qaydasında baxılan işlər üzrə işdə iştirak etməyə cəlb edilən subyektin prosessual-hüquqi adıdır. Ağstafa rayon Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb edilməsi üçün isə MPM-in 57-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcuddur. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara görə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və maraqlı şəxs Ağstafa rayon Notariat ofisinə qarşı “mirasın bütövlükdə qəbul edilmiş hesab edilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair” iddia ərizəsi təmin edilməməli, Cavabdeh1 cavabdeh İddiaçı qarşı “miras əmlak payının müəyyən edilməsi və şəhadətnamənin verilməsi tələbinə dair" iddia ərizəsi əsaslı hesab olunaraq təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının məhrum nənəsi X12 20 avqust 1994-cü ildə vəfat etdiyindən, ondan miras qalmış Ağstafa rayonu Aşağı Kəsəmən kəndidə yerləşən fərdi yaşayış evi ilə bağlı mübahisəyə Azərbaycan SSR-nin xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki Nümayəndə və İddiaçı 20 dekabr 2014-cu il tarixdə 10 nömrəli qeydlə nikahlarını rəsmiləşdirmişlər. İş materiallarına əlavə olunmuş "ölüm haqqında" şəhadətnamənin surətindən görünür ki, X14 16 may 1994-cü ildə vəfat etmişdir və bu barədə 19 may 1994-cu il tarixində Azərbaycan Respublikası Qazax rayonunun VVAQ şöbəsində 40 №-li ölim haqqında akt qeydi tərtib olunmuşdur. İşa materiallarına əlavə edilmiş Ağstafa rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 527 nömrəli məktubdan görünür ki, mərhum X12 xx.xx.1004-cü il tarixində vəfat etdiyindən və mərhum X14 mərhum anası X4 əvvəl vəfat etdiyindən irsi transmissiya yoxdur. Məhkəmə hesab edir ki, hazırda xx.xx.2000-ci il tarixindən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi həmin məsələni daha dəqiq tənzimləyir. Qanunun zamana görə qüvvəsi baxımından həmin Məcəllənin qüvvəsi qeyd olunan vərəsəlik münasibətlərinə şamil edilməsə də, “irsi tansmissiya”nın mahiyyətinin dərk edilməsi üçün Məcəllənin 1252-ci maddəsinə nəzər yetirilməlidir: Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu baxımdan, Mülki Məcəllənin vərəsə ola biləcək şəxslərin dairəsini müəyyən edən 1134.1-ci maddəsində nəzərdə tutulmuş “miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər” müddəası miras qoyanın öldüyü anda sağ olan vərəsələr mənasında başa düşülməlidir. Miras qoyanın vərəsələrinin təyin edilməsi üçün də onun dəqiq ölüm anı müəyyən edilməlidir. Bu an irsi transmissiya ilə bağlı məsələnin həllində mühüm əhəmiyyət kəsb edir. Mirasın açılma vaxtı Mülki Məcəllənin 1146-cı maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, miras qoyanın öldüyü və ya fiziki şəxsin məhkəmə qaydasında ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki iş materiallarından müəyyən olunur ki, X13 xx.xx.1994-ci il tarixində vəfat edən günədək Aşağı Kəsəmən kəndində yaşamışdır. Vəfatından sonra aşağıdakı ailə üzvləri olub:

1. oğlu - X14 (vəfat edib),

2. oğlu - X21 (vəfat edib),

3. oğlu - X22 (Bakı şəhərində),

4. oğlu - X20 (vəfat edib),

5. oğlu - X15 (vəfat edib),

6. qızı - X16 (Tovuz,Qədirlik). Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə müvafiq olaraq, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə bərabər pay huquqlu birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Məhkəmə hesab edir ki, vərəsəliyin əsasını şəxslərin vərəsə kimi tanınması, həmin şəxlərin vərəsəlik hüquqlarının əmələ gəlməsi və vəfat edən şəxsin əmlak hüquq və vəzifələrinin ona keçməsinə səbəb olur. Miras əmlak ölmüş şəxsin vərəsəlik qaydasında keçən əmlakından yəni əmlak hüquq və vəzifələrin məcmusundan ibarətdir. Bu da öz növbəsində mirasın aktivini və passivini təşkil edir. Bu səbəbdən miras qoyan X6 vəfat etdiyi ana kimi əldə etdiyi əmlak xarakterli hüquqları yəni aktiv vərəsəlik obyektini (predmetini) təşkil edir. Miras qoyan X1 əldə etdiyi hüquqları, mirası qəbul etmiş vərəsələrin miras əmlakı hesab edilir. Bu əmlak isə yuxarıda qeyd olunduğu kimi Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində yerləşən fərdi yaşayış evi təşkil edir. Göründüyü kimi, X16 miras əmlakdan özünə çatası paydan imtina etmişdir. Mülki Məcəllənin 1270.3-cü maddəsinə əsasən, ölmüş vərəsənin bir neçə vərəsəsinin hər biri yalnız öz miras payından imtina edə bilər. Ona görə də X10 miras əmlakdan imtinası məhkəmə tərəfindən qəbul olunmalıdır. X2 miras qalmış əmlaklar toplusu bərabər şəkildə paylara uyğun bölünməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 13-cü hissəsinə əsasən notariat hərəkətinin aparılması zamanı X7nın qeydiyyatına (doğumun, nikahın, nikahın pozulmasının, ölümün qeydə alınması və s.) dair məlumatların yoxlanılmasına zərurət olduqda, notarius bu məlumatları “X7” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Həmin Təlimatın 102-ci hissəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi zamanı notariat orqanları məsələyə formal yanaşmamalı, mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Notariat orqanlarının bu istiqamətdə fəaliyyəti uzun müddətli məhkəmə çəkişmələrinin qarşısının alınmasına və məhkəmələrin artıq işlərlə yüklənməməsinə xidmət etmiş olar. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ :

İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və maraqlı şəxs Ağstafa rayon Notariat ofisinə qarşı “mirasın bütövlükdə qəbul edilmiş hesab edilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair” iddiası təmin edilməsin. Cavabdeh1 cavabdeh İddiaçı qarşı “miras əmlak payının müəyyən edilməsi və şəhadətnamənin verilməsi tələbinə dair" iddia ərizəsi təmin edilərək X4 miras qalmış Ağstafa rayonu Aşağı Kəsəmən kəndində yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququ tanınsın. Qətnamə əmlak üzrə paylara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar