Məhkəmə qərarları › İş №2(015)-441/2023

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-441/2023

02.08.2023 · Sair mülki iş - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-441/2023 02.08.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X9 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC X3 və Maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X13 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilərək ilkin sənədlərin bərpa edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək əvvəllər onun mülkiyyətində olan Ağstafa rayonu Vurğun qəsəbəsində yerləşən yaşayış evinin və qeyri yaşayış sahəsinin hazırda isə "xxxx" ASC-nin adına qeydiyyata alınmış çıxarışın ləğv edilməsi və əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, onun mülkiyyətində Ağstafa rayonu Vurğun qəsəbəsində 0,078 ha torpaq sahəsində inşa edilmiş 40,3 kv.m, zirzəmi sahəsi 40,3 kv.m olan qeyri yaşayış sahəsi və 0,10 ha torpaq sahəsində birmərtəbəli, 3 otaqlı, 67,8 kv.m yaşayış, 39,7 kv.m köməkçi sahəsindən ibarət fərdi yaşayış evi vardır. "xxxx" ASC cavabdeh "xxxx" MMC-nin təsisçisi X5 23 avqust 2010-cu il tarixli 304/18-AZN nömrəli kredit müqaviləsi üzrə 2012-ci il mayın 30dək 50.000 manat əsas, 17.058,17 manat faiz, 2882,20 manat cərimə, cəmi 69.940,37 manat eyni tarixli 258/18-SKMF nömrəli kredit müqaviləsi üzrə isə 2012-ci il mayın 02dək 20.000 manat əsas, 1458,49 manat faiz, 1580,46 manat cərimə, cəmi 23038,95 manat, hər iki müqavilə üzrə cəmi 92.979,32 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin tutulması borcun əvəzinin Ağstafa rayonu Vurğun qəsəbəsində İddiaçı mülkiyyətində olan 0,10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə və 40,3 kv.m qeyri-yaşayış sahəsinə, habelə X6 mülkiyyətində olan 0,397 və 1.789123 ha torpaq sahələrinin hərracda satılaraq tələbin borca yönəlməsi qət edilmişdir. Həmin əmlakların hərracda satılması barədə xəbərdar olmamış, hansısa formada həmin əmlaklar satılması, həmin əmlakların hansı şəkildə Bankın mülkiyyətinə keçməsindən xəbəri olmamışdır. Həmçinin həmin iş üzrə məhkəmə mübahisəsi olmasına baxmayaraq, iş üzrə tam yekun qərar çıxarılmadan, onlara məxsus olan əmlakları bankın adına sənədləşdirmək onların mülkiyyət hüququmuzu pozulmasına gətirib çıxarmışdır. Bu işdə cinayət faktı mövcuddur. Çünki Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə zidd olaraq əmlakları mənimsənilmişdir. Həmin iş Gəncə Apellyasiya məhkəməsinin icraatında olmasına baxmayaraq, DƏDRX-nin 15 saylı Ərazi İdarəsi hansısa yolla onlara məxsus olan əmlakları, Dəmir Bankın müvafiq şəxsləri ilə birləşərək, Ağstafa rayon İcra və Probasiya şöbəsinin belə həmin hərracın keçirilməsindən xəbərsiz olmasına baxmayaraq, saxta şəkildə bankın adına hüquqmüəyyənedici sənəd əldə etmişlər. Dəfələrlə cavabdehǝ müraciət etməyinə baxmayaraq cavabdehlər təkliflərini rədd edərək mübahisənin sülh yolu ilə həll olunmasını istəmirlər. Ona görə də qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh ASC X3 və Maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X13 15 saylı Tovuz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göründüyü kimi, iş üzrə İddiaçı 26 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə sənədlər təqdim edərək bildirmişdir ki o, Cavabdeh ASC X1 borcunu ödməmişdir və bu barədə qəbz mövcuddur. Eyni zamanda pulun bacısı, X7 tərəfindən ödənilməsini bildirsə də, qəbzdə banka pulu ödəyən şəxsin adı X4 qeyd olunmuşdur. İddiaçının təqdim etdiyi sənədlərdə olan ödəniş qəbzində qeyri müəyyənlik olduğundan həmin sənədlər məhkəmə tərəfindən qəbul edilməmiş, həmin qeyrimüəyyənliyin aradan qaldırılması üçün iddiaçıya vaxt verilsə də iddiaçı həmin sənədlərin notarial təsdiq olunmuş surətlərini sonuncu məhkəmə iclasına təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmin nöqsanın aradan qaldırılması üçün iddiaçıya şərait yaradılmasına baxmayaraq, qeyd edilən nöqsan aradan qaldırılmamışdır. Eyni zamanda, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221301 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ03TURA******************** saylı hesaba 100 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla ərizə ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göründüyü kimi hazırki ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla baxılmamış saxlanıldığından İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023cü il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221416 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 149.2.3, 259.0.12, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Cavabdeh ASC X3 və Maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X13 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilərək ilkin sənədlərin bərpa edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Ağstafa filialı vasitəsilə 14221416 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Ağstafa rayonu üzrə Maliyyə şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar