Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-442/2024 13.06.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı tələbini müdafiə edib izahatında göstərdi ki, ailəsi ilə birlikdə ünvan 1ində yaşayır. Təbii qaz abunəçisi olmaqla adına abonent saldosu vardır. Anası evdə olan zaman qaz idarəsinin işçiləri yaşadıqları evə gələrək qaz sayğacının istifadə müddətinin bitməsini bildirərək sayğacı yenisi ilə əvəz etmişlər. Sayğacın dəyişdirilməsindən bir ay müddət keçdikdən sonra onlara qaz sərfiyyatına görə 1555,2 manat məbləğində borclarının olması barədə bildiriş gəlmişdir. Onlar sayğaca heç bir müdaxilə etməmiş və hər ay vaxtlı vaxtında ödənişlərini etmişlər. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh təşkilatın nümayəndəsinə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh təşkilat tərəfindən İddiaçıun və ailə üzvlərinin yaşadığı ünvan qaz xətti ilə təmin edilmişdir. Cavabdehlə iddiaçı arasında olan müqaviləyə əsasən cavabdeh təşkilat iddiaçıya fasiləsiz olaraq təbii qazın verilməsini, iddiaçı isə həmin təbii qazdan istifadə etdiyi sərfiyatı vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 25 mart 2023-cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən qaz sayğacı yenisi ilə əvəz edilmiş, sayğacın çıxarılma səbəbi kimi sayğaca müdaxilə ehtimalı göstərilmişdir. 31 mart 2023-cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən labarator şəraitdə qaz sayğacına baxış keçirilmiş və həmin zaman sayğacın hesablama mexanizminə vurulan qurğuşun plombun kəsilməsi, daha sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunması və sayğacın yararsız olması qeyd olunmuş, itirilmiş qaz sərfiyyatına görə 1555,20 manat ziyanlıq hesablanaraq bu barədə də akt tərtib olunmuşdur. Eyni zamanda 31 mart 2023-cü il tarixdə sayğaca laborator şəraitdə baxış keçirilərkən iddiaçının iştirakı təmin edilməmiş, onun iştirakı ilə baxış keçirilməmişdir. İddiaçının qəsd və ya ehtiyatsızlıqdan həmin qaz sayğacını yararsız hala salması öz təsdiqini tapmır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə görə, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 4.7-ci bəndində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə məhkəmə hesab edir ki, İddiaçıun təbii qazdan istifadəyə görə yaşadığı ünvan 1i ünvanında quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, 25 mart 2023-cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən qaz sayğacının yenisi ilə əvəz edilməsi, sayğacın çıxarılma səbəbi kimi sayğaca müdaxilə ehtimalı göstərilməsi, 31 mart 2023-cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən labarator şəraitdə qaz sayğacına baxış keçirilməsi və həmin zaman sayğacın hesablama mexanizminə vurulan qurğuşun plombun kəsilməsi, daha sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunması və sayğacın yararsız olması qeyd olunması, eyni zamanda 31 mart 2023-cü il tarixdə sayğaca laborator şəraitdə baxış keçirilərkən iddiaçının iştirakının təmin edilməməsi, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, lakin sayğaca müdaxilənin İddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da iddiaçıya borcun əsassız hesablanması sübuta yetirildiyindən iddia əsaslıdır. Bu səbəbdən iddia təmin edilməli, “Azəriqaz” İBnin Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən fərdi yaşayış evinə dair tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 mart 2023-cü il tarixli ******* №-li aktı ilə İddiaçı hesablanmış 1555,20 manat borc silinməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. “Azəriqaz” İB-nin Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən ünvan 1i ünvanda yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 mart 2023-cü il tarixli ******* №-li aktı ilə İddiaçı hesablanmış 1555,20 manat borc silinsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-442/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-442/2024
13.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver