Məhkəmə qərarları › İş №2(015)-444/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-444/2024

17.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-444/2024 17.04.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Həmzəlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Ağstafa rayon Notariat Ofisinə qarşı sənədin eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, Müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1936-cı ildə Gürcüstan Respublikasının Axalsix rayonunda anadan olmuş və xx.xx.2023-cü il tarixdə Ağstafa rayonu Vurğun qəsəbəsində vəfat etmiş mərhum həyat yoldaşı X3 məxsus, xx.xx.2023cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamə və xx.xx.2000-ci il tarixdə Ağstafa rayon Aqrar İslahat Komissiyasının 06 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən X6 ilə Keleşov Həmid adlı şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi tələbini müdafiə edib izahatında göstərdi ki, o, 1940-cı ildə Gürcüstanda anadan olmuşdur. X1 onun həyat yoldaşı olmuşdur. Həyat yoldaşı 1936-cı ildə Gürcüstan Respublikasının Axalsix rayonunda anadan olmuş və xx.xx.2023-cü il tarixdə Ağstafa rayonu Vurğun qəsəbəsində vafat etmiş və qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. O, vərəsəliklə əlaqədar Ağstafa rayon Notariat Ofisinə müraciət etdikdə orada məlum olmuşdur ki, mərhum həyat yoldaşı X3 məxsus ölüm haqqında şəhadətnamədə adı X6, torpağın mülkiyyətə verilməsinə dair JN-538A, KOD 50202018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə isə Keleşov Həmid kimi qeyd edilmişdir. Əslində isə X2 qeyd edilməlidir. Ona görə də qeyd etdiklərini nəzərə alıb ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Ağstafa rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə Ağstafa rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. Qeyd olunur ki, mülki qanunvericilikdə hazirki tələbdə göstərilmiş hüquqi əhəmiyyətli faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. İşdə olan sənədlərlə müəyyən olunur ki, ərizəçinin mərhum həyat yoldaşı X6 1936-cı ildə Gürcüstan Respublikasının Axalsix rayonunda anadan olmuş, xx.xx.2023cü il tarixdə Ağstafa rayonu Vurğun qəsəbəsində vəfat etmişdir. Onun bütün hüquqi sənədlərində soyadı, adı və ata adı X2 göstərilmişdir. Lakin ərizəçinin həyat yoldaşına Aqrar İslahat Komissiyası tərəfindən torpaq sahəsi verilərkən həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-538A KOD 50202018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adı və soyadı Keleşov Həmid kimi qeyd olunmuşdur. Qeyd olunan sənəddə yalnışlıq olduğuna görə həyat yoldaşından miras qalmış torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmir. Ona görə də ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan JN 538A, KOD 50202018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Ağstafa Rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 2000-ci il tarixli 06 saylı qərarı ilə ərizəçinin həyat yoldaşına və onların ailə üzvlərinə ümumi birgə mülkiyyət əsasında Ağstafa rayonu Vurğun qəsəbəsi ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. X8 ərizəçinin həyat yoldaşının adı Keleşov Həmid kimi qeyd edilmişdir. İş materiallarında olan ərizəçinin həyat yoldaşına məxsus şəxsiyyət vəsiqəsinin və ölüm haqqında şəhadətnamənin surətlərindən görünür ki, həmin sənədlərdə onun adı Xalid, ata adı Əli, Soyadı Kələşov kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Göründüyü kimi, Ağstafa Rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 2000-ci il tarixli 06 saylı qərarı ilə ərizəçiyə və onun həyat yoldaşına ümumi birgə mülkiyyət əsasında Ağstafa rayonu Vurğun qəsəbəsi ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsi verilməsinə dair JN 538A, KOD 50202018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ərizəçinin həyat yoldaşının adı Həmid, soyadı isə Keleşov kimi göstərilmişdir. Lakin mərhuma məxsus bütün hüquqmüəyyənedici sənədlərdə o, cümlədən şəxsiyyət vəsiqəsində və ölüm haqqında şəhadətnamədə onun onun adı Xalid, ata adı Əli, soyadı isə Kələşov kimi qeyd edilmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməli, Ağstafa Rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 2000-ci il tarixli 06 saylı qərarına əsasən ərizəçinin həyat yoldaşına və onların ailə üzvlərinə Ağstafa rayonu Vurğun qəsəbəsi ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsi verilməsinə dair JN 538A, KOD 50202018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ərizəçinin həyat yoldaşının adının Xalid, ata adının Əli, soyadının Kələşov olması nəzərə alınaraq həmin hüquqmüəyyənedici sənədin mərhum X4 məxsus olması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 307 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : Ərizə təmin edilsin. Ağstafa Rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 2000-ci il tarixli 06 saylı qərarına əsasən ərizəçinin həyat yoldaşına və onların ailə üzvlərinə Ağstafa rayonu Vurğun qəsəbəsi ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsi verilməsinə dair JN 538A, KOD 50202018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ərizəçinin həyat yoldaşının adının Xalid, ata adının Əli, soyadının Kələşov olması nəzərə alınaraq həmin hüquqmüəyyənedici sənədin mərhum X4 məxsus olması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar